» » » Peşəkar mühasib sertifikatının I mərhələsi üzrə imtahan tarixi dəqiqləşdirildi

Peşəkar mühasib sertifikatının I mərhələsi üzrə imtahan tarixi dəqiqləşdirildi

posted in: Xəbər | 0

Peşəkar mühasib sertifikatı imtahanlarına dair birinci mərhələnin tarixləri elan olunub. İmtahanın birinci mərhələsi üçün qeydiyyat 21 iyun – 8 iyul tarixləri arasında aparılacaq və imtahan 20 iyulda baş tutacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); 2024, № 2, maddə 241, № 3, maddə 341, № 5 (II kitab), maddə 611; 2025, № 1, maddə 83, № 2, maddə 206) ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bəndə “(bundan sonra – tapşırıqlar toplusu)” sözlərindən sonra “təşkil edən sualları əhatə edən mövzuları (proqramları), tapşırıqlar toplusunu” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Tapşırıqlar toplusu Maliyyə Nazirliyinin nümayəndələrinə (mütəxəssislərinə) yalnız Mərkəzin inzibati binasında qapalı rejimdə təqdim edilir.”.

2. 2.3.8-ci yarımbənddə “10” rəqəmləri “ən azı 5 (beş)” sözləri ilə, “hər bir namizədi məlumatlandırır” sözləri “namizədlərin buraxılış vərəqəsini və imtahanın qaydaları barədə məlumatları əks etdirən yaddaş kitabçasını rəsmi internet saytında yerləşdirir” sözləri ilə əvəz edilsin.

3. 2.3.9-cu yarımbənddən “və imtahanda iştirak edəcək namizədlərin siyahısını” sözləri çıxarılsın.

4. 2.4-cü bənddə “Nazirliyinin tövsiyə etdiyi” sözləri “Nazirliyi ilə razılaşdırılmış” sözləri ilə əvəz edilsin.

5. 2.8.4-cü yarımbəndə “sertifikatına” sözündən sonra “(ACA/ICAEW – Chartered Accountant Qualification)” sözləri əlavə edilsin.

6. 2.8.5-ci yarımbənddə “Serifikatlı” sözü “Sertifikatlı” sözü ilə əvəz edilsin.

7. 2.9-cu bənddə “CİPFA” akronimi “CIPFA” akronimi ilə əvəz edilsin.

8. 2.10–2.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.10. Peşəkar mühasib sertifikatı almaq məqsədilə imtahanın keçirilməsi haqqında elan Mərkəzin rəsmi internet saytında yerləşdirilir. Namizəd imtahanın keçirilməsi haqqında elan verildiyi gündən 30 (otuz) gün müddətində imtahanda iştirak etmək üçün fərdi identifikasiya nömrəsini (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİN kodu) göstərməklə, Mərkəzin rəsmi internet saytında yaratdığı “Şəxsi kabinet”i vasitəsilə aşağıda qeyd edilən sənədlər və ya məlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir: