İşçilər arasında ayrı-seçkiliyə yol verən hüquqi və fiziki şəxslərin məsuliyyəti

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Qanunvericiliyin bu tələbini insan resursları üzrə mütəxəssis Kəmalə Yusifova şərh edir. 

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.

Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.
Əmək münasibətləri prosesində işçilər arasında ayrıseçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 205-1.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

  • əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;
  • əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;
  • müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
  • müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;
  • əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;
  • işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə, 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 205-1.2-ci maddəsinində isə göstərilib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir.

Ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Mənbə: vergiler.az

Məcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər

“Daşkəsən Dəmir Filiz” auditor seçib

posted in: Xəbər | 0

“AzerGold” QSC-nin törəməsi “Daşkəsən Dəmir Filiz” MMC audit xidmətləri üzrə birbaşa satınalma həyata keçirib.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, şirkətin seçimi “PraysvoterhausKupers Audit Azərbaycan” MMC olub.

Ona 172 516 manat ödəniləcək.

“Daşkəsən Dəmir Filiz” 2020-ci ildə yaradılıb.

Mənbə: report.az

Turizm bələdçilərinə hansı vergi güzəşti aid edilir?

Turizm bələdçilərinə hansı vergi güzəşti aid edilir?

posted in: Xəbər | 0

Rəhbəri olduğum turizm şirkəti ilə əməkdaşlıq edən bələdçilər 2024-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar 75 faiz güzəştdən faydalana bilməyib və nəticədə onların vergi yükü artıb. Eşitdik ki, bu ildən bir çox fəaliyyət sahələrinə yenidən güzəştlər verilir. Həmin fəaliyyət sahələrinə bələdçilər də aid edilibmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətləri, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçiliyi, xidmətlərin ixracı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Buna əsasən, turizm bələdçiliyi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olarsa, həmin şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi

Mənbə: vergiler.az

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

Dövlət Ehtiyatları Agentliyi auditor seçir

posted in: Xəbər | 0

Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. Tenderdə iştirak haqqı 155 manatdır.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini avqustun 26-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.

Təkliflərə avqustun 26-da, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Dövlət Ehtiyatları Agentliyi Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb.

Mənbə: report.az

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

1 152 153 154 155 156 157 158 2. 396