2020-ci il üçün Əmək Haqqı Cədvəli-Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0

Bildiyimiz kimi, 2020-ci il  1 yanvar tarixindən Əmək haqqı tutulmalarında olacaq dəyişikliklər  İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. Belə ki, artıq 2-ci oxunuşdan keçmiş “Tibbi Sığorta Haqqında” qanun qüvvəyə minərsə, İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:

  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin  2019 və 2020-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:

2019 2020
Əmək Haqqı Məbləği 500 500
Gəlir vergisi (işçi tərəfindən) 0 0
Pensiya Fondu (işçi tərəfindən) 36 36
Pensiya Fondu (işəgötürən tərəfindən) 89 89
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) 2,5 2,5
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) 2,5 2,5
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) 0 5
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) 0 5
İşçinin aldığı net əmək haqqı 461,5 456,5

2020-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz. Amma nəzərə alın ki, bu hesablama cədvəli “tibbi sığorta haqqında” qanun qüvvəyə mindikdən sonra istifadə edilə bilər.

2020-ci il üçün Əmək Haqqı Cədvəlini keçidə daxil olmaqla yükləyə bilərsiniz:  2020-ci il üçün Əmək Haqqı Cədvəli (8234 downloads )
Müəllif: Ramin Ramazanov / Muhasibat.Az MMC-nin Direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
2020-ci il üçün Əmək Haqqı Cədvəli

İcarə zamanı vergi və bəyannamə təqdim etmək öhdəliyi

posted in: sual-cavab, Xəbər | 0

İcarəSual: Bir fiziki şəxs (vergi ödəyicisi kimi uçota alınmış şəxs) digər fiziki şəxsdən (vergi ödəyicisi kimi uçota alınmış şəxsdən) qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Şəxslər arasında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən İcarəyə götürən İcarəyə verənə bütün vergilər daxil (o cümlədən Ödəmə mənbəyində vergilər) aylıq 1000 manat icarə haqqı ödəyir. Həmçinin icarə müqaviləsinin digər maddəsində tərəflər razılığa gəlmişdirlər ki, İcarəyə verən hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə ödəmə mənbəyində vergini özü ödəyir.

Sual 1. – bu şəkildə razılaşma əsasında ödəmə mənbəyində vergilərin İcarə verən tərəfindən hesablanması və ödənilməsi cari Vergi Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edirmi ?

Sual 2. – Əgər bu razılaşma əsasında İcarə verən şəxs özü ödəmə mənbəyində vergiləri hesablayacaq və ödəyəcəksə, o zaman İcarəyə götürən şəxs ÖMV bəyannaməsi təqdim etməlidirmi? (bəyannamə)

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda, icarə haqqını ödəyən şəxs ödəmə mənbəyində 140 manat gəlir vergisini tutaraq büdcəyə ödəməli, qalan 860 manat vəsaiti icarəyə verənə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü maddələri.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İcarə, vergi, bəyannamə

DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub

posted in: Xəbər | 0

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 006 341,24 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.

Bu ilin 11 ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% artaraq 998 823,44 min manat olub.

Həmçinin, cari ilin yanvar-noyabr ayları ərzində (ötən ilin eyni dövrü ilə müqayisədə) ƏDV üzrə daxilolmalar 23% artaraq 2 735 087,45 min manat, aksizlər üzrə 39,6% artaraq 230 853,18 min manat, yol vergisi üzrə daxilolmalar isə 13,8% artaraq 41 576,44 min manat təşkil edib.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
DGK

DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb

posted in: Xəbər | 0

DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb

Bu ilin noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 361 014,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 8,6% azdır.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin oktyabr ayı ilə müqayisədə 19,2% azalaraq 89 500,3 min manat olub.

ƏDV üzrə daxilolmalar isə noyabrda aylıq ifadədə 4,5% azalaraq 253 020,5 min manat, aksizlər üzrə 14,5% azalaraq 13 531,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 33,5% artaraq 4 962,3 min manat təşkil edib.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
büdcə daxilolmaları DGK