ƏDV tutulan əməliyyatın vaxtının hesablanması

posted in: Vergi, Xəbər | 0

ƏDVVergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, Əlavə Dəyər Vergisi tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. İqtisadçı ekspert Anar Bayramov dəyişikliyin misallarla şərhini davam etdirir. ƏDV

Misal 1. Əlavə Dəyər Vergisi ödəyicisi olan “A” MMC 15 yanvar 2020-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların 540 manatlıq Əlavə Dəyər Vergisi dəyəri 30 yanvar 2020-ci il tarixdə, 3.000 mantlıq tam məbləğ isə 6 fevral 2019-cu il tarixdə daxil olub. Bu zaman vergi ödəyicisi yanvar yox, ödənişin daxil olduğu fevral ayının bəyannaməsində 540 manatlıq Əlavə Dəyər Vergisini bəyan edəcək.

Misal 2. Əlavə Dəyər Vergisi ödəyicisi olan “A” MMC 17 yanvar 2020-ci il tarixdə 2.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf malların tam dəyərini 30 yanvar 2020-ci il tarixdə, Əlavə Dəyər Vergisi məbləğini isə 3 fevral 2020-ci il tarixə ödəyib. Malların Əlavə Dəyər Vergisiz dəyəri yanvar ayında daxil olduğu üçün vergi ödəyicisi həmin ayın bəyannaməsində 360 (2000×18%) manatlıq ƏDV məbləğini bəyan edəcək.

Misal 3. Vergi ödəyicisi 4.000 manatlıq mallları 3 fevral 2020-ci ildə təqdim etsə də, malların dəyəri 24 yanvar 2020-ci il tarixdə avans olaraq ödənilib. Bu zaman, malların fevral ayında təqdim olunmasa baxmayaraq, mallar dəyəri yanvar ayında ödənildiyi üçün, vergi ödəyici həmin ayın bəyannaməsində 720 (4000×18%) manatlıq Əlavə Dəyər Vergisi məbləğini bəyan edəcək.

Misal 4. Vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulan mallar üzrə avans məbləği olaraq 22 yanvar 2019-cu ildə 5.000 manat ödənilib. Amma mart ayında vergi ödəyicisi qarşı tərəfə malları təqdim edə bilmədiyi üçün ödənilən avans məbləğini geri ödəməli olub. Bu zaman vergi ödəyicisi yanvar ayının bəyannaməsində 900 (5000×18%) manatlıq ƏDV-ni bəyan etdiyi üçün, mart ayının ƏDV bəyannaməsində dəqiqləşdirmə aparmaqla həmin dövriyyəni azaltmalıdır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV

Bu Müavinətdən gəlir vergisi tutulmalıdırmı?

posted in: Vergi, Xəbər | 0

müavinət gəlir vergisiSual: müavinət gəlir vergisi

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Qeyd olunan müavinətdən gəlir vergisi tutulur? Əgər tutulmursa zəhmət olmasa nəyə əsasən tutulmadığını yazın.

Cavab:

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
müavinət gəlir vergisi

Mühasibat uçotu: təşəkkül və inkişafı (8-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu: təşəkkülü, inkişafı və təşkilatların idarə olunmasında onun müasir rolu (8-ci hissə)

7-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Besta mühasibat uçotuna iqtisadi (təsərrüfat) nəzarət vasitəsi kimi baxırdı. Hesab edirdi ki, mühasibat uçotu dəyərlərin hərəkətini öyrənir və bu təsərrüfat agentlərinin rəhbərliyi, idarə edilməsi və nəzarəti ilə bağlıdır. Besta da D. Rossi kimi, nəzarəti ilkin, cari və növbəti hissələrə ayırırdı. Hal-hazırda nəzarət növlərinin oxşar təsnifatından istifadə olunur. Bundan başqa, Besta hesablama formalarının dörd sistemini ayırıb:

1) əmlakın uçotunun əsasını təşkil edən patrimonial;

2) əsasında smeta duran maliyyə;

3) saxlama üçün alınmış başqasının əmlakının uçotunu daxil edən depozit;

4) müqavilə, müqavilələrdən irəli gələn öhdəlikləri və onların yerinə yetirilməsini nəzərə almaq üçün nəzərdə tutulmuşdur.

Besta, hesabların təsnifatını aşağıdakı xüsusiyyətlərə görə hazırlamışdı:

1) registr üzrə (kitab və kartoçka üzrə);

2) qeydiyyatın xarakterinə görə (sadə və ya ikili);

3) hesablarda qeydlərin yerinə yetirilməsi üsulu (əməliyyatın mətnini əks etdirən təsviri və sinoptik, yazının xarakteri onun yeri və rekvizitləri ilə müəyyən edilmişdir).

Bestanın təklif etdiyi sinoptik uçot qeydiyyatı təsnifatda öz növbəsində sadə xronoloji və sistematik qeydləri birləşdirən sadə sinoptik və sinxronikalara bölünür. Əsas etibarilə, Bestanın elmi tədqiqatları mühasibat uçotunun müasir formalarının formalaşdırılmasının əsasını təşkil etmişdir: jurnal-orderia, memorial-orderia və bir-birindən istifadə olunan uçot registrlərinin tərkibinə görə fərqlənən digər formalar və bütün hərəkət üzrə uçot-analitik informasiyanın hərəkətinin ardıcıllığı: ilkin sənədlərdən mühasibat hesabatlarınadək.

Dzappanın elmi nəzəriyyəsinə əsasən:

1) balansa yerləşdirilmiş obyekt öz-özlüyündə götürüləndən daha informativdir. Yəni, balans elementlər arasında informasiya əlaqələrini əks etdirir;

2) aktiv müəssisənin vəsaitləri deyil, mənfəət əldə etmək üçün nəzərdə tutulmuş ehtiyatlar, yəni, iqtisadi səmərənin əldə edilməsi gözlənilməyən əmlak aktiv deyil və balansa daxil edilə bilməz. Mənfəət və zərər haqqında hesabatda əks olunmalıdır.

Qeyd etmək lazımdır ki, italyan alimi Cino Dzappa tərəfindən əldə edilmiş nəticələrin unikallığı, əslində, ilk dəfə sistemin ən əhəmiyyətli xüsusiyyətlərindən birini təsvir edərək, balansın öyrənilməsinə sistemli yanaşma tətbiq etməkdən ibarətdir.

1950-ci ildən bu günə qədər olan dövrü əhatə edən və “müasir” adını almış mühasibat uçotunun inkişafının altıncı tarixi mərhələsi tətbiqi iqtisad elmində “mühasibat uçotu” və “mühasibat hesabatı” sistemində kəmiyyət dəyişikliklərinin daha da toplanması ilə səciyyələnir. Qeyd olunan mərhələdə mühasibat uçotu nəzəriyyəsinin və metodologiyasının daha da inkişaf etdirilməsi, mühasibat uçotunun analitik informasiya ilə təmin edilməsinin inkişaf etdirilməsi, yeni informasiya texnologiyalarının, mühasibat uçotu proqramlarının (1C-Mühasibatlıq, Best, Galaxy və s.) və idarəetmə uçotu proqramlarının (SAP, AXART, ORACLE və s.) inkişaf etdirilməsi və tətbiqi davam etdirilir.

Beləliklə, iqtisadi inkişafın müasir mərhələsində Mühasibat uçotu bir tərəfdən digər iqtisadi elmlərlə, məsələn, siyasi iqtisadiyyat, makro – və mikroiqtisadiyyatla, nəzəri və metodoloji əsasları olan iqtisadi elm kimi formalaşmışdır. Təşkilatın iqtisadiyyatının idarə edilməsi sistemində mühasibat uçotunun müasir rolu da qəti şəkildə müəyyən edilmişdir.

Məqalənin 9-cu hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibat uçotu

Fəaliyyət növünün dəyişdirilməsi proseduru

posted in: Xəbər | 0

Vergilər Nazirliyinin şərhinə əsasən, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan telefon nömrəsinin dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün “Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə”ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi saytının “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Hər hansı texniki problem ilə üzləşdiyiniz təqdirdə bu barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fəaliyyət növü