Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

                              Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?(mənfəət vergisi)

Kompensasiya, gəlirlər,mənfəət vergisi

Sual: A MMC topdansatış fəaliyyəti ilə məşqul olan hüquqi şəxdir. (Mənfəət və ƏDV vergisinin ödəyicisidir). Sentyabr 2019-cu il tarixində logistika şirkəti olan B MMC-nin vasitəsi ilə müştərisi olan C MMC-ə 10,000.00 AZN dəyərində malları təqdim edir. Lakin mallar B MMC tərəfindən müştəriyə yəni C MMC-ə çatdırılan zaman yol nəqliyyat hadisəsi baş verir. Nəticədə mallar yararsız vəziyyətə düşür.

A MMC ilə B MMC arasında bağlanmış müqavilə şərtlərinə görə dəymiş zərər B MMC tərəfindən yararsız vəziyyətə düşmüş malların maya dəyəri (7,000.00 AZN) ilə A MMC-ə ödəniləcəkdir. Bu halda A MMC-ə dəymiş zərərin ödənilməsi mənfəət vergisinə və ƏDV-ə cəlb edilib edilməməyi sualı yaranır. ƏDV və (və ya) Mənfəət vergisinə cəlb ediləcəyi təqdirdə vergi tutulan əməliyyatın dəyəri hər bir vergi növü üzrə necə hesablanacağı haqqında məlumat vermənizi xahiş edirik.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi  malları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların idxalı və ya alınması  zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Hüquqi şəxslərin kompensasiya xarakterli gəlirlərinin mənfəət vergisindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün həmin gəlirlər ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 159.5-ci maddələri.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kompensasiya, gəlirlər,mənfəət vergisi

Hüquqi şəxsin təsisçisinin dəyişilmə proseduru

posted in: Xəbər | 0

xərclər.ƏDV-dən azad, əməliyyatlar,Rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir. (Hüquqi şəxs)

Vergilər Nazirliyinin şərhinə əsasən, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Hüquqi şəxs, dəyişilmə proseduru

Vakansiya: Baş Mühasib – Industrial Business Ltd

Baş mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Industrial Business Ltd.

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • Telefon: (051) 207 32 24
  • E-mail: ang.group@mail.ru / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma əsasında müəyyən olunur.

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması

– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
– Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək

İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-19:00
İş yeri: H.Əliyev pr 187A Offis 78
AR Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə
Əmək haqqı: danışıq yolu ilə müəyyən ediləcək

Namizədə tələblər

Təhsili – Ali
Yaş – 30- 50 yaş
İş təcrübəsi – 5 ildən artıq
Dil bilikləri: Azərbaycan, rus, ingilis

CV-ni (Şəkil olmalıdır) azərbaycan dilində, gözlənilən maaş haqqında məlumat ilə birlikdə ang.group@mail.ru / info@finstaff.az e-mail ünvanına göndərmək lazımdır. Məktubun müvzu sahəsində Baş mühasib yazmağınız xahiş olunur.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib, vakansiya

Əmlak vergisi hesablanarkən amortizasiya xərclərinin çıxılması qaydası

posted in: Vergi, Xəbər | 0

Əmlak vergisi hesablanarkən amortizasiya xərcləri-nin çıxılması qaydası

əmlak vergisi

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsini nəzərə alaraq aparılan əməliyyatları ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının 2 misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər əsas götürülür. Bəs bu zaman həmin hesablamanı aparan şəxs bu il amortizasiya normasının 2 mislini deyil, 1 mislini tətbiq etdiyi halda, həmin hal aşağı norma kimi tətbiq olunması hesab edilərək növbəti ildə 2 əmsal əlavə olaraq tətbiq edilə bilərmi? Suala Vergilər Nazirliyi aydınlıq gətirib.

Nazirliyin şərhində bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Bu kateqoriya vergi ödəyicisi tərəfindən əmlak vergisi hesablanarkən ilin sonuna qalıq dəyəri kimi amortizasiya normasının iki misli tətbiq edilərək çıxıldıqdan sonra qalan dəyər götürülür. Bu maddə ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilmədiyi halda, yaranan fərq növbəti ilə keçirilə bilər.

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər. Məcəllənin 114.3-cü maddəsində isə həmin normalar əksini tapıb:

  • binalar, tikililər və qurğular – 7 faizədək;
  • maşınlar və avadanlıq – 20%-dək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;
  • nəqliyyat vasitələri – 25 faizədək;
  • iş heyvanları – 20 faizədək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 faizədək;
  • qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər – 20 faizədək;

Mənbə: vergiler.az


Bax: 

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Amortizasiya Əmlak vergisi,Amortizasiya xərcləri