Daha çox8
Daha çox8

Ölkə xaricinə təmir üçün ödədiyimiz vəsait ÖMV və ƏDV-yə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

Ölkə xaricinə təmir üçün ödədiyimiz vəsait ÖMV və ƏDV-yə cəlb edilir?

gəlirlər, ƏDV, EDV,Ödəniş,Vergi qanunvericiliyinin pozulmasıSual: Rezident A müəssisəsi özünə məxsus avadanlığı qeyri-rezident B müəssisəsində təmir etdirir. Təmirin (xidmətin) həyata keçirildiyi yer Azərbaycan Respublikasının ərazisi deyil.

Sual belədir; Təmir üçün B müəssisəsinə vəsait ödəyən A müəssisəsi B müəssisəsinə ödədiyi vəsaitdən ödəmə mənbəyindən vergi tutmalıdırmı?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və bu gəliri ödəyən rezident şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Qeyd edilən xidmətə görə qeyri-rezidentə ödənilən məbləğ ƏDV-yə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci maddələri.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2020-ci ildə işəgötürənin işçilərə görə ödənişləri necə olacaq?

posted in: Xəbər | 0

Bu yazımızda ilk dəfə olaraq əvvəlcədən 2020-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.(işəgötürən,işçi,ödəniş)

2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2020-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

– məcburi dövlət sosial sığorta haqqı

– işsizlikdən sığorta haqqı

– icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2021-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində

Göstərilənləri nəzərə alaraq 2020-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

44+7.5+1.25+2.5=55.25 AZN

İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manata görə 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5

44+1185+40.5+80.5=1350 AZN

İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100.manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Xatırladaq ki, bu hesablama hazırda qüvvədə olan qanunvericilik və Milli Məclisdə baxışda olan “Tibbi sığorta haqqında” Qanun əsas götürülməklə həyata keçirilib.

Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
işəgötürən, işçi, ödəniş,işçi,ödəniş,

Mənfəət və gəlir vergisi bəyannamələrinin tərtib edilməsində diqqət yetirilməli məqamlar

posted in: Vergi, Xəbər | 0

mənfəət gəlir vergisiHesabat ilinin sonuna yaxınlaşırıq. Vergi ödəyicilərinin fəaliyyət növlərinə, uçot formalarına uyğun olaraq hüquqi şəxslər illik mənfəət, fiziki şəxslər də illik gəlir vergisi bəyannamələri tərtib etməlidirlər. Gəlirlərin və xərclərin bu bəyannamələrdə əks etdirilməsi onların çəkilmə vaxtı məsələsinə görə müəyyənləşdirilir. Yəni vergi ödəyiciləri gəlir və xərclərini onların çəkilmə vaxtına uyğun olaraq bəyanamələrdə göstərməlidirlər. Bu məslələrdə xüsusi diqqət yetirilməli məqamlara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Bu məsələlər Vergi Məcəlləsinin 132-135-ci maddələri ilə tənzimlənir. Bununla bağlı bir çox vergi ödəyiclərində suallar meydana çıxır: Gəlirlər, xərclər elektron qaimə-faktura ilə nəzərə alınmalıdırmı?; Yaxud elektron vergi hesab-fakturalarını gəlirlər və xərclər üçün nəzərə almaq olarmı? Bu qəbildən müxtəlif suallar meydana gəlir. Bunları sadə misal üzərində nəzərdən keçirək.

Misal: Tutaq ki, “AA” MMC hesablama metodu ilə bəyannamə təqdim edir. 2018-ci ilin dekabr ayında (məsələn, 29.12.2018-ci il) 1.000 manatlıq malları malların təhvil-təslim aktı ilə satmışdır. Və bu mallara görə elektron qaimə- fakturanı 3 yanvar 2019-cu ildə göndərmiş, e-VHF-ni isə 4 yanvar 2019-cu ildə vermişdir.

Digər bir halda isə 29 dekabr 2018-ci ildə 2.000 manatlıq malları təhvil-təslim aktı ilə satmışdır. Və bu mallara görə elektron qaimə-fakturanı 30 dekabr 2018-ci ildə göndərmişdir. E-VHF-ni isə 3 yanvar 2019-cu ildə vermişdir.

Sual meydana çıxır ki, hər iki əməliyyatda gəlirlər bəyannamədə hansı ildə əks olunmalıdır?

Hər iki halda da mənfəət vergisi məqsədləri üçün məbləğlər 2018-ci ilin mənfəət vergisi bəyannaməsində göstərilməlidir. Vergi Məcəlləsinin tələblərinə görə qaimə-faktura birbaşa malların, işlərin, xidmətlərin təqdim edilməsi üçün ilkin sənəd sayılmır. Əgər hər hansı bir ilkin təqdim edilmə sənədi varsa, həmin sənədlər təqdim edilmə üçün əsas sayılır. Bundan əlavə, e-VHF da malların, işlərin, xidmətlərin təhvil verilməsi sənədi yox, ƏDV məqsədləri üçün nəzərdə tutulmuşdur. Odur ki, “AA” MMC-nin satdığı mallara görə elektron qaimə-fakturanın, e-VHF-nin 2019-cu ilə düşdüyünə baxmayaraq, faktiki olaraq təqdim edilmə malların təhvil-təslim aktı ilə 2018-ci ildə verildiyindən 3.000 manatlıq malların dəyəri gəlir kimi 2018-ci ilin mənfəət bəyannaməsində əks olunacaqdır.

Analoji olaraq bu məsələ xərclərə də aiddir. Xərclərdə də xərci təsdiq edən əsas sənəd kimi təhvil-təslim aktları və analoji sənədlər rol oynayır. Yəni xərcləri xərc maddəsi kimi tanımaq üçün bu sənədlər nəzərə alınmalıdır.

Sual yaranır ki, vergi orqanları belə olan hallarda kameral uyğunsuzluqlar göndərməyəcəkmi? Əlbəttə, belə hallarda elektron qaimə-fakturalar üzrə xərclər bəyannamədə olan xərclər ilə fərq yaratdığına gər vergi orqanları uyğunsuzluq göndərəcəkdir. Uyğunsuzluğun aradan qaldırılması üçün qeyd etdiyim sənədlərin surətlərini və lazımı formada açıqlama vermək mümkündür.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mənfəət gəlir vergisi

1000 manat əmək haqqı ilə Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Baku Tours MMC

  • Əmək haqqı: 700 – 1000 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 24 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 464 84 98 / (050) 243 91 04
  • E-mail: info@baku.tours / info@finstaff.az

Vakansiya barədə məlumat

– İş saatı : 09:00-dan 18:00-dək
– İş rejimi: Həftənin 6 günü; istirahət günü – bazar
– İş yeri: Bakı şəhəri
– Mühasibatlıq modulu üzrə baş vermiş əməliyyatların 1C 8.3 versiyasında işlənilməsi
– Alış və satışa aid əməliyyatlar (müqavilə, e-vhf, e-qaimə, təhvil qəbul aktı və s. hazırlanması)
– Yerli və xarici ödənişlərin həyata keçirilməsi (internet bankçılıq və ya ödəniş tapşırığı vasitəsilə)
– Əmək haqqı hesablanması
– Vergi hesabatlarının hazırlanması
– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması
– Statistika hesabatlarının hazırlanması
– Online kargüzarlıqda işlərin görülməsi (məktublar, şəhadətnamə dublikat, obyekt qeydiyyatı və s.)

Mühasib üçün tələblər

– Ali təhsil (müvafiq sahəyə uyğun)
– Maliyyə və mühasibat sahəsi üzrə ən az 3 il iş təcrübəsi
– Vergi və əmək qanunvericilik
– Şəxsi keyfiyyətlər: Analitik təhlil bacarıqlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan
– Komandada işləmək bacarığına malik olması

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibədə dəqiqləşdirləcək.

Uyğun nanmizədlər başlıq Mühasib qeyd etməklə öz CV-nizi info@baku.tours / info@finstaff.az elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib
error: Content is protected !!