İdxal edilən bu məhsul üçün aşağı rüsum həddinin vaxtı uzadılıb

posted in: Xəbər | 0

Azərbaycana idxal edilən kərə yağı üçün aşağı rüsum həddinin vaxtı uzadılıb

rüsum

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır.

Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır.

Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətini sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
rüsum

Bəzi idxal və ixrac gömrük rüsumlarına dəyişiklik edilib

posted in: Xəbər | 0

Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Baş Nazir Əli Əsədov dekabrın 4-də bununla bağlı qərar imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 0207.11.100.0, 0207.11.300.0, 0207.11.900.0, 0207.12.100.0, 0207.12.900.0, 0207.13.100.0, 0207.13.200.0, 0207.13.300.0, 0207.13.400.0, 0207.13.500.0, 0207.13.600.0, 0207.13.700.0, 0207.13.910.0, 0207.13.990.0, 0207.14.100.0, 0207.14.200.0, 0207.14.300.0, 0207.14.400.0, 0207.14.500.0, 0207.14.600.0, 0207.14.700.0, 0207.14.910.0, 0207.14.990.0, 0407.11.000.0, 0407.21.000.0, 0407.90.100.0, 0407.90.900.0, 0702.00.000.0, 0703.10.190.0, 0703.10.900.0, 0707.00.050.0, 0707.00.900.0, 0802.21.000.0, 0802.22.000.0, 0806.10.100.0, 0806.10.900.0, 0808.10.100.0, 0808.10.800.0, 0808.30.100.0, 0808.30.900.0, 0810.70.000.0, 2009.12.000.0, 2009.21.000.0, 2009.31.110.0, 2009.31.190.0, 2009.31.510.0, 2009.31.590.0, 2009.31.910.0, 2009.31.990.0, 2009.41.920.0, 2009.41.990.0, 2009.50.100.0, 2009.50.900.0, 2009.61.100.0, 2009.61.900.0, 2009.71.200.0, 2009.71.990.0, 2202.99.190.1, 2202.99.190.2, 2508.10.000.0, 2520.10.000.0, 2523.10.000.0, 2523.29.000.0, 2523.30.000.0, 2523.90.000.0, 6809.11.000.0, 6809.19.000.0, 6810.11.100.0, 6810.11.900.0, 6810.19.000.0, 6901.00.000.0, 6902.10.000.0, 6902.20.100.0, 6902.20.910.0, 6902.20.990.0, 6902.90.000.0, 6904.10.000.0, 6907.21.100.0, 6907.21.900.0, 6907.22.100.0, 6907.22.900.0, 6907.23.100.0, 6907.23.900.0, 6907.30.100.0, 6907.30.900.0, 6907.40.100.0 və 6907.40.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilsin.

2. 0405.10.110.0, 0405.10.190.0, 0405.10.300.0, 0405.10.500.0, 0405.10.900.0, 0405.20.100.0, 0405.20.300.0, 0405.20.900.0, 0405.90.100.0 və 0405.90.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri                          Əli Əsədov



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal gömrük rüsumları ixrac gömrük rüsumları

Qızıl və zərgərlik məhsullarının satışı ilə məşğul olanların vergi mükəlləfiyyəti

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Qızıl və zərgərlik məhsullarının satışı ilə məşğul olanların vergi mükəlləfiyyəti.

Sual: Fərdi sahibkar kimi mərkəzi univermaqda qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğulam. Sadələşdirilmiş vergi ödəyicisi olaraq hasilatdan 2 faiz vergi ödəyə bilərəmmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Qeyd olunanlara əsasən, qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi uçota alınır.

Əsas: Vergi Məcəlləsi, 218.5.11-ci maddə.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi mükəlləfiyyəti

Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması ilə bağlı hazırlıq işləri tamamlanıb

posted in: Xəbər | 0

“Azərbaycanla Türkiyə arasında elektron imzalar-ın tanınması ilə bağlı lazım olan hazırlıq işləri tamamlanıb”.

Bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Türkiyəli nazirin sözlərinə görə, bundan sonra hər iki ölkə arasında əməliyyatlar daha sürətli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, “Bakutel 2019” sərgisi dekabrın 6-dək davam edəcək.

Xatırladaq ki, 2011-ci ilin sentyabrından etibarən Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. Rəsmi olaraq fəaliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Hazırda dövlət qurumları, hüquqi şəxslər, sahibkarlar və vətəndaşlar olmaqla 4 kateqoriya insanlara 3 illik elektron imza sertifikatları verilir. Bu ilin əvvəlinə olan məlumata görə, ümumilikdə, 40 mindən artıq şəxsə elektron imza sertifikatı verilib.

Türkiyə və Belarus Azərbaycanla qarşılıqlı şəkildə elektron imzaların tanınması üçün anlaşma memorandumu imzalayıb. Hökumət gələcəkdə bütün MDB və digər ölkələrdə də Azərbaycanın elektron imzasının tanınması üçün işləri davam etdirir.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron imzalar,