Tibbi sığorta haqları gələn ilin aprelindən toplanacaq

posted in: Xəbər | 0

Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər qəbul edilib. Dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olmayacaq. Zərf vahid toplu şəklində ambulator-poliklinika və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edəcək. Qanuna görə, 2020-ci ilin yanvar ayının 1-dən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu isə o deməkdir ki, əgər vətəndaş aylıq olaraq 8.500 manat əməkhaqqı alırsa, 8.000 manatın 2 faizi, qalan 500 manatın isə 0,5 faizi miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 1 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə bu sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8.000 manatadək (8.000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.

Həmçinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.

Qanuna əsasən, dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla, digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanılması nəzərdə tutulur.

2023-cü ildən isə Qanunun 15-2.3.6-cı maddəsinə əsasən, müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulub. Məsələn, hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250 manatdır. Həmin məbləğin 48 faizi miqdarında – təqvim ili üçün 120 manat – icbari tibbi sığorta haqqı hesablanır.

Qanunda “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə də 1 aprel tarixindən başlanılacaq.

Yeni qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlərdən yararlanmada bərabər hüquqa malikdir. Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərə, cəzaçəkmə müəssisələrində (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) cəza çəkən şəxslərə, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla Miqrasiya Məcəlləsinə əsasən Respublikada müvəqqəti olan, müvəqqəti və daimi yaşayan şəxslərə şamil edilmir.

Qanuna edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə Agentlik tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Qeyd edək ki, Qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
tibbi sığorta haqqı

Vergitutma obyektinin müəyyən edilməsi

posted in: Vergi, Xəbər | 0

Ödənilməli olan vəsait düzgün hesablanmadığı hallarda və ya kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Mövzunu Vergilər Nazirliyi yanında Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov şərh edir. vergitutma

Vergi ödəyicisinin vergi uçotuna alınmadan fəaliyyət göstərdiyi hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda vergi orqanı vergini bu maddəyə uyğun olaraq hesablaya bilər.

Burada əsasən, iki informasiya qaynağından istifadə olunur:

  • vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı əlaqəli məlumatlar;
  • analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatları.

Əlaqəli məlumatlar aşağıdakılardan ibarətdir:

  • vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;
  • vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;
  • vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;
  • vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;
  • vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;
  • vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;
  • vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
  • vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;
  • vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.

Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, vergi ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən hesablanır.

Onu da qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Bununla yanaşı, əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır.

Əlaqəli məlumatlara əsasən, hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır.

Yuxarıda göstərilən əlaqəli məlumatlar vergi ödəyicisinin ödəməli olduğu vergini ödəməyə tam imkan vermədikdə, vergi, əgər varsa analoji fəaliyyətlə məşğul olan digər vergi ödəyicisinin məlumatları nəzərə alınmaqla hesablanır. Bu zaman verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.

Bunu aşağıdakı şəkildə göstərə bilərik:
G×k;
k=Van/Gan;
X×k;
k=Van/Xan.

Burada:
– vergi ödəyicisinin gəliri;

– vergi ödəyicisinin xərci;

Van – analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövrü üçün ödəməli olduğu vergi məbləği;

Gan – analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövründə gəliri;

Xan – analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövründə xərci;

– analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müvafiq hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsal.

Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

Vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi aşağıda göstərilən meyarlar nəzərə alınmaqla müəyyən edilir:

  • eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;
  • eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;
  • fəaliyyət göstərilən ərazi.

Əlaqəli məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda, əgər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisini müəyyən etmək olmazsa, mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır. Bu maddə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında – konkret olaraq isə Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı əsasında hesablanmasını nəzərdə tutur.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergitutma

Xaricə mal satışı zamanı bank hesablaşmaları

posted in: Xəbər | 0

bank hesablaşmalarıXaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur. Gəlir kimi mənfəət vergisi bəyannaməsinin 200-ci sətirində 10.000 ABŞ dollarının manat ekvivalenti olan 17.000 manat, yoxsa 9.970 ABŞ dollarının manat ekvivalenti olan 16.949 manat yazılır? bank hesablaşmaları

Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu halda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair bağlanmış beynəlxalq Sazişlərə əsasən, Azərbaycan Respublikasının rezidenti tərəfindən digər dövlətdə ödənilmiş vergilərin təsdiqi üçün xarici dövlətin bununla bağlı xüsusi forması olduğu halda həmin forma (DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) üzrə məlumatlar və ya “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması) forması uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənfəət vergisi bəyannaməsinin “Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği” sətrinin xanalarında Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği göstərilir. Xarici ölkələrdə ödənilmiş vergilər həmin ölkənin müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməsi barədə sənədin əsasında nəzərə alınır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank hesablaşmaları

Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya istifadə edilməməsinə görə maliyyə sanksiyaları tətbiq olunacaq

posted in: Xəbər | 0

POS-terminalAzərbaycanda POS-terminal quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub.

Bu barədə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

“Bu hala təqvim ili ərzində ilk dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üçüncü dəfə yol verildikdə 6 000 manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, nəzarət-kassa aparatının tətbiq edilməməsinə bərabər tutulan maliyyə sanksiyalarıdır”, – deyə S. Musayeva qeyd edib.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
POS-terminal,