» » » Xaricə mal satışı zamanı bank hesablaşmaları

Xaricə mal satışı zamanı bank hesablaşmaları

posted in: Xəbər | 0
birbank biznes

bank hesablaşmalarıXaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur. Gəlir kimi mənfəət vergisi bəyannaməsinin 200-ci sətirində 10.000 ABŞ dollarının manat ekvivalenti olan 17.000 manat, yoxsa 9.970 ABŞ dollarının manat ekvivalenti olan 16.949 manat yazılır? bank hesablaşmaları

Vergilər Nazirliyinin şərhinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu halda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair bağlanmış beynəlxalq Sazişlərə əsasən, Azərbaycan Respublikasının rezidenti tərəfindən digər dövlətdə ödənilmiş vergilərin təsdiqi üçün xarici dövlətin bununla bağlı xüsusi forması olduğu halda həmin forma (DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) üzrə məlumatlar və ya “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması) forması uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənfəət vergisi bəyannaməsinin “Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği” sətrinin xanalarında Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği göstərilir. Xarici ölkələrdə ödənilmiş vergilər həmin ölkənin müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməsi barədə sənədin əsasında nəzərə alınır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank hesablaşmaları