Daha çox8
Daha çox8

Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, ƏDV öhdəlikləri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

hərbi qulluqçular əlavələrSual: Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq, bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda bəzi maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən, yaranacaq ƏDV öhdəlikləri ilə əlaqədar məlumat verməyinizi xahiş edirəm. (maya dəyəri)

Cavab: Əlavə dəyər vergisi məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın Əlavə dəyər vergisi nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış Əlavə dəyər vergisi idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsindən 30 faizdən aşağı olduqda Əlavə dəyər vergisi hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu, 163-cü maddələri.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Vaxtı keçmiş malVaxtı keçmiş mal silinərkən hansı vergi öhdəliyi yaranır?

Sual: Vaxtı keçmiş mal müvafiq qayda da utilizasiya olunub, yəni silinib. Mal idxal olunarkən ƏDV ödənilib və YGB əsasında əvəzləşdirilib.

Vaxtı keçmiş mal silinərkən hansı vergi öhdəliyi yaranır və ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Qeyd olunan əməliyyatlar “Əlavə dəyər vergisi bəyannaməsi”nin 301.1-ci sətirində və “Əlavə dəyər vergisinin bəyannaməsinə 3 nömrəli əlavə”nin 301.3-cü sətirində göstərilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vaxtı keçmiş mal

Verilmiş güzəşt Mənfəətdən silinə bilər?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Verilmiş güzəşt Mənfəətdən silinə bilər?

verilmiş güzəşt

Sual:

Müəssisə ƏDV və mənfəət vergisi ödəyəcisidir. İdxalda əvəzləşdirilən mallar üzrə satış həyata keçirmişdir. Beynəlxalq mühasibat uçotu haqqınnda qanunverciliyə uyğun olaraq, sonradan debitora 10% güzəşt tətbiq edir (verilmiş güzəşt). Bu tətbiq edilmiş verilmiş güzəşti müəssisə mənfəətdən silə bilərmi? Xahiş edirik ki, aşağıda misala uyğun cavablandırasınız.

Misal: Debitora 1118 man (ƏDV ilə) satış həyata keçirilmişdir. Bir müddət keçdikdən sonra 236 man (ƏDV ilə) debitora güzəşt tətbiq edir və müştəri borcuna bu məbləğdə azaltma edir. Beynəlxalq mühasibat uçotu standartlarına əsasən , müəssisə tətbiq etdiyi bu 1118 man güzəştə görə büdcədən 118 man ƏDV məbləğini də azaltma etməlidir. Həmçinin il üzrə mənfəətdən 1000 man əsas məbləğ dəyərində azaltma edir. Bütün bu qeyd etdiyim verilmiş güzəşt məbləği ƏDV və vergitutulan mənfəətdən azaltma etmək baxımından Vergi orqanının mövqeyini bilmək istərdim.

Cavab:

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) vergi tutulan əməliyyatlar dəqiqləşdirilməklə həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Yuxarıda qeyd olunanlara əsasən siz azaldılmış gəlirləri qiymətləndirmədə dəyişikliyin baş verdiyi ayda ƏDV bəyannaməsində qeyd etməlisiniz.

Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış ƏDV idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Əsas: Vergi Məcəlləsinin 14-cü159-cu163-cü maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax:
Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
verilmiş güzəşt

Bank sektorunda daha bir innovativ yenilik

posted in: Bank, Xəbər | 0

bank“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təsdiqlənib. Bu qaydalar bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi məqsədilə təsdiqlənib. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə edir. Qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir və yeni qaydalar ona imkan verir ki, qeyri-rezidentlər ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirsinlər.

Bunlarla yanaşı, cari il aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və Azərbaycan Banklar Assosiasiyası arasında KOB-ların inkişafına dəstək vermək məqsədilə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində bankların iştirakı ilə strateji plan hazırlanıb və bu strateji plan əsasında formalaşdırılacaq vəsaitlərin 58 faizi KOB-lara, 23 faizi mikrobiznes subyektlərinə, 19 faizi iri sahibkar subyektlərinə veriləcək.

Təbii ki, bütün bu islahatlar uzun müddətdə KOB-ların maliyyələşməsi prosesinə və ümumi dinamikanın get-gedə artmasına müsbət təsir göstərəcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank
error: Content is protected !!