Daha çox8
Daha çox8

Vakansiya: Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: AS Group Investment LLC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@asgroup.az / info@finstaff.az
  • Əmək haqqı: 1000 AZN

 

Vakansiya barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Mal-material uçotunun aparılması
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək və s. rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək

Mühasib üçün tələblər

Ali təhsil: mühasibatlıq, maliyyə, iqtisadiyyat
Ən azı 2 il mühasibatlıq sahəsində iş təcrübəsi
Programlar: 1C (8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00 kimi.
Yaş həddi: 25-30
Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır)
Əmək haqqı: 1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@asgroup.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində Mühasib qeyd etməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Ev kirayəyə verildikdə nə qədər vergi ödənməlidir?

posted in: Vergi, Xəbər | 0

Əmlak ekspertləri Bakının bəzi ərazilərində kirayə qiymətlərində 15-20 faizlik bahalaşmanın müşahidə edildiyini bildiriblər. Ancaq evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıblar. Bəs şəxsi evini kirayəyə verən vətəndaş qeydiyyata alındıqdan sonra nə qədər vergi ödəməlidir? (ev, kirayə)

Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalıdır. Əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir. Bu məqam Vergi Məcəlləsinin 99.3-cü maddəsində əksini tapıb. Məcəllənin 124-cü maddəsində isə göstərilib ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.



Vergi Məcəlləsinin 124.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna edilməklə) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

                              Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?(mənfəət vergisi)

Kompensasiya, gəlirlər,mənfəət vergisi

Sual: A MMC topdansatış fəaliyyəti ilə məşqul olan hüquqi şəxdir. (Mənfəət və ƏDV vergisinin ödəyicisidir). Sentyabr 2019-cu il tarixində logistika şirkəti olan B MMC-nin vasitəsi ilə müştərisi olan C MMC-ə 10,000.00 AZN dəyərində malları təqdim edir. Lakin mallar B MMC tərəfindən müştəriyə yəni C MMC-ə çatdırılan zaman yol nəqliyyat hadisəsi baş verir. Nəticədə mallar yararsız vəziyyətə düşür.

A MMC ilə B MMC arasında bağlanmış müqavilə şərtlərinə görə dəymiş zərər B MMC tərəfindən yararsız vəziyyətə düşmüş malların maya dəyəri (7,000.00 AZN) ilə A MMC-ə ödəniləcəkdir. Bu halda A MMC-ə dəymiş zərərin ödənilməsi mənfəət vergisinə və ƏDV-ə cəlb edilib edilməməyi sualı yaranır. ƏDV və (və ya) Mənfəət vergisinə cəlb ediləcəyi təqdirdə vergi tutulan əməliyyatın dəyəri hər bir vergi növü üzrə necə hesablanacağı haqqında məlumat vermənizi xahiş edirik.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi  malları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların idxalı və ya alınması  zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Hüquqi şəxslərin kompensasiya xarakterli gəlirlərinin mənfəət vergisindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün həmin gəlirlər ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 159.5-ci maddələri.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kompensasiya, gəlirlər,mənfəət vergisi

Hüquqi şəxsin təsisçisinin dəyişilmə proseduru

posted in: Xəbər | 0

xərclər.ƏDV-dən azad, əməliyyatlar,Rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir. (Hüquqi şəxs)

Vergilər Nazirliyinin şərhinə əsasən, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda, bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Hüquqi şəxs, dəyişilmə proseduru
error: Content is protected !!