» » » Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?

Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

                              Kompensasiya xarakterli gəlirlər mənfəət vergisindən azad edilir?(mənfəət vergisi)

Kompensasiya, gəlirlər,mənfəət vergisi

Sual: A MMC topdansatış fəaliyyəti ilə məşqul olan hüquqi şəxdir. (Mənfəət və ƏDV vergisinin ödəyicisidir). Sentyabr 2019-cu il tarixində logistika şirkəti olan B MMC-nin vasitəsi ilə müştərisi olan C MMC-ə 10,000.00 AZN dəyərində malları təqdim edir. Lakin mallar B MMC tərəfindən müştəriyə yəni C MMC-ə çatdırılan zaman yol nəqliyyat hadisəsi baş verir. Nəticədə mallar yararsız vəziyyətə düşür.

A MMC ilə B MMC arasında bağlanmış müqavilə şərtlərinə görə dəymiş zərər B MMC tərəfindən yararsız vəziyyətə düşmüş malların maya dəyəri (7,000.00 AZN) ilə A MMC-ə ödəniləcəkdir. Bu halda A MMC-ə dəymiş zərərin ödənilməsi mənfəət vergisinə və ƏDV-ə cəlb edilib edilməməyi sualı yaranır. ƏDV və (və ya) Mənfəət vergisinə cəlb ediləcəyi təqdirdə vergi tutulan əməliyyatın dəyəri hər bir vergi növü üzrə necə hesablanacağı haqqında məlumat vermənizi xahiş edirik.

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi  malları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların idxalı və ya alınması  zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Hüquqi şəxslərin kompensasiya xarakterli gəlirlərinin mənfəət vergisindən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün həmin gəlirlər ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 159.5-ci maddələri.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kompensasiya, gəlirlər,mənfəət vergisi