Vakansiya: Mühasib Təcrübəçi – Kamilov və Partnyorları MMC

Vakansiya Mühasib TəcrübəçiVakansiya: Mühasib Təcrübəçi tələb olunur.

İşəgötürən: Kamilov və Partnyorları MMC.

  • Şəhər: Bakı
  • Yaş: 22 – 26 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 594-73-81
  • E-mail: hr@kamilov.az / info@finstaff.az

Təcrübə barədə məlumat

Kamilov və Partnyorları Şirkəti 2012-ci ildən kiçik və orta biznes sahiblərinə mühasib xidmətləri göstərməkdədir. Sahibkarlara və yeni biznes qurmaq istəyənlərə Mühasibat , Vergi , Hüquq və İnsan Resurslari üzrə dəqiq və davamlı xidmətlər təklif edir, dəstək modulunda konsultasiyalar həyata keçiririk.

Məqsədimiz Kiçik və orta Sahibkarlara mühasibatlıq sahəsində yüksək keyfiyyətli xidmət göstərməkdir. Peşəkar heyətimiz müştərilərimizin etimadını dəyərləndirməklə məmnunluq hissinin yüksəldilməsi üçün daim çalışır.

Ünvan : Cəfər Cabbarlı 44, Caspian Plaza 2-ci korpus, mərtəbə 3

– İş Günləri : 5 günlük

– İş Qrafiki : 09:00-dan 18:00-dək

Təcrübəçi üçün tələblər

– İqtisadiyyat üzrə Ali Təshil

– Hərbi Xidmətdə olmuş (oğlanlar üçün )

– Office proqramlarında işləmək bacarığı

– Yüksək Riyazi Biliklər

– Analitik Təhlil bacarığı

– Rus dili biliyi (üstünlükdür)

– Yaş həddi 22-26

Özünü peşəkar mühasib görmək istəyən gənclər 1-3 ay müddətində ödənişsiz təcrübə proqramına müraciət edə bilərlər. Seçilmiş namizədlər arasından müsahibədən uğurla keçmiş 2 nəfər gənc mühasib təcrübəsi qazanmaqla yanaşı, işin keyfiyyətlə həyata keçirilməsi yollarını öyrənmək imkanı əldə edəcək.

Göstərilən tələblərə cavab verən şəxslər mövzu yerində Təcrübəçi Mühasib yazmaqla CV-lərini hr@kamilov.az / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Təcrübəçi, vakansiya

Auditorlar Palatası imtahan keçirəcək

posted in: Audit, Xəbər | 0

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.

İclasda Şura üzvləri və Şura yanında Komitə sədrləri iştirak ediblər.

İclas iştirakçıları aşağıdakı məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul edib:

– Şura yanında Keyfiyyətə nəzarət üzrə komitənin 2019-cu ilin 9 ayı üzrə fəaliyyətinin yekununa dair hesabat;

– Auditorlar Palatasının 2019-cu il üzrə iş planında dəyişiklik edilməsi;

– Auditorlar Palatasının “Fəxri üzv” statusu verməsi;

– Ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar imtahan keçirilməsi.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar Palatası

Müəssisənin yaranmış cərimələri

posted in: sual-cavab, Xəbər | 0

müəssisənin yaranmış cərimələri cəriməSual: cərimələr Müəssisənin yaranmış cərimələri

Müəssisə istehsal ehtiyacları üçün xaricdən alınmış malların yüklənməsi, daşınması və rəsmiləşdirilməsi zamanı yaranmış cərimələri anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid etməlidir, yoxsa ayrıca inzibati xərc kimi tanımalıdır?

Cavab:

vergi tutlan idxalın dəyəri malların gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan, eləcə də ƏDV və yol vergisi nəzərə alınmadan, digər vergilərdən ibarətdir.Həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri də bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, həmin Məcəllənin 10-cu fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bundan başqa, Vergi Məcəlləsinin 119.1.2-ci maddəsində gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlərin, dəbbə pulunun, cərimənin, icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsinin və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb.

Yəni sorğuda qeyd olunan cərimələr malın maya dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müəssisənin yaranmış cərimələri cərimələr

Vakansiya: Mühasib tələb olunur

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Az-Tex MMC

  • Əmək haqqı: 500 AZN.
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: ofis@aztexgroup.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar,
– Beynəlxalq ödənişlər etmək
– 1C proqramında nomenklaturaların yığılması
– Baş Mühasib tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.
– İş vaxtı: 09:00-18:00
– İş günü: 6gün
– Əmək haqqı: 500 azn.

Mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə-mühasibatlıq sahəsinə üstünlük verilir)
– Maliyyə sahəsində iş təcrübəsi
– Excel və 1C (8.3) mühasibat proqramını istifadəçi səviyyəsində bilməli
– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– Azerbaycan və İngilis dil biliyi olanlara üstünlük verilir

Şəxsi keyfiyyətlər:
– Kollektivlə işləmə
– Nitq mədəniyyəti
– Yüksək təqdimat bacarığı.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya mühasib