AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə Asan İmza sertifikatlarının verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Asan İmza

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə Asan İmza sertifikatlarının verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikat xidmətlərinin göstərilməsi haqqında Ərizə” (elektron formada doldurulur) – qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) surəti – biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm ölçüdə) – etibarnamə (müraciət qeyri-rezidentin səlahiyyətli nümayəndəsi tərəfindən edildikdə) (ödəniş ərizənin doldurulması zamanı portal vasitəsilə həyata keçirilir)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyrirezidentlərə elektron imza sertifikatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 12.09.2017-ci il tarixli 1598 nömrəli Fərmanı

Xidmətin göstərildiyi yer: 

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları

Müraciəti emal edən struktur vahidi: 

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları, AR VN

İcra müddəti: 

Sənədlər daxil olduqdan sonra 1 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sim kart – Sim kartdan istifadəyə dair müqavilə

Elektronlaşdırma səviyyəsi: 

Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Asan İmza

Vakansiya: Mühasib Təcrübəçi tələb olunur

Vakansiya Mühasib TəcrübəçiVakansiya: Mühasib Təcrübəçi.

İşəgötürən: Baku Business Consulting MMC.

  • Şəhər: Bakı
  • Yaş: 21 – 23 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Günül xanım
  • Telefon: (012) 480-17-66 / (070) 288-80-05
  • E-mail: office@bakubusinessconsulting.com / info@finstaff.az

Təcrübə barədə məlumat

– Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Elektron qaimə-fakturaların hazırlanmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsinin praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Vergi hesabatlarının hazırlanmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Maliyyə hesabatlarının hazırlanmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək;
– Statistika hesabatlarının hazırlanmasının praktiki izahlarını dəqiq qavramaq və düzgün şəkildə icra etmək.

– İş şərtləri
– İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:30-dan 13:00-dək
– Əmək haqqı razılaşma yolu ilə

Mühasib Təcrübəçi üçün tələblər

– Müvafiq sahə üzrə ali təhsil
– 1C (8.3) proqramında işləmək bacarığı
– MS Office proqramlarından istifadə bacarığı

– Xüsusi tələblər
– Məsuliyyətli olmalı
– Dəqiq və məntiqli olmalı
– İnkişafa meylli və işini sevən olmalı

– Üstünlükləri:
– Rus və İngilis dili biliyi
– Müvafiq sahədə sertifikat

Bütün kriteriyalara cavab verən şəxslər CV-lərini Mühasib-təcrübəçiİ başlığı ilə office@bakubusinessconsulting.com / info@finstaff.az e-mail ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib Təcrübəçi

Subicarə zamanı vergi öhdəlikləri hansı tərəfin üzərindədir?

Sual: Daşınmaz əmlakın icarə verilməsi zamanı (Subicarə nəzərdə tutulmamışdır) icarəyə verən və icarəyə götürən şəxslərin hər ikisi də vergi ödəyicisi kimi Vergi orqanlarında uçotda olarsa (Yəni hər ikisinin aktiv VÖEN-i olarsa) icarəyə götürən şəxs ödəmə mənbəyində vergini tutmadan ödəmə edə və müvafiq vergini icarəyə verən tərəf özü tutub büdcəyə ödəyə bilərmi. Eyni zamanda müvafiq vergi bəyannaməsini icarəyə verən tərəf təqdim edə bilərmi? (vergi öhdəlikləri)

Əgər icarə münasibətlərinin əsas tənzimləyicisi hesab olunan icarə müqaviləsində Ödəmə mənbəyində verginin tutulub büdcəyə ödənilməsi icarəyə verən tərəfin öhdəliklərinə (Vəzifələrinə) aid olunarsa bu hal icarəyə götürən tərəfi müvafiq vergini tutub büdcəyə ödəmək öhdəliyindən azad edirmi? (Hər iki tərəf aktiv VÖEN-i olan fərdi sahibkarlardır)

Cavab: Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu üçün icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Subicarə, vergi öhdəlikləri

ƏDV-nin depozit hesabından silinməsinə yol verilirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sual: ƏDV EDV depozit

Müəssisəmiz Əlavə Dəyər Vergisi ödəyicisidir. Cari ilin yanvar ayının Əlavə Dəyər Vergisi bəyannaməsi üzrə kameral vergi hesablanmışdır. Əlavə Dəyər Vergisi depozit hesabımızda 7.000 manat vəsait var. Vergi orqanı həmin vəsaiti silə bilərmi?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi vergi borcu barədə bildirişi aldığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət vermədikdə vergi orqanı tərəfindən Əlavə Dəyər Vergisi depozit hesabından Əlavə Dəyər Vergisi üzrə vergi borcunun, fazilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.

Vergi ödəyicisi tərəfindən 30 təqvim günü müddətində məhkəməyə və ya Vergilər Nazirliyinə şikayət verdikdə Əlavə Dəyər Vergisi üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların 105 faizi həcmində vəsait depozit hesabında doldurulur və məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun müvafiq tədbirlər görülür.

Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə onun ƏDV-nin depozit hesabından vəsaitinin silinməsi qanunla qadağandır.

Əsas: Vergi Məcəlləsi, 65.2.3-1-ci, 65.2.3-3-cü və 65.2.3-2-ci maddələr.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV Depozit