» » » ƏDV-nin depozit hesabından silinməsinə yol verilirmi?

ƏDV-nin depozit hesabından silinməsinə yol verilirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Sual: ƏDV EDV depozit

Müəssisəmiz Əlavə Dəyər Vergisi ödəyicisidir. Cari ilin yanvar ayının Əlavə Dəyər Vergisi bəyannaməsi üzrə kameral vergi hesablanmışdır. Əlavə Dəyər Vergisi depozit hesabımızda 7.000 manat vəsait var. Vergi orqanı həmin vəsaiti silə bilərmi?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi vergi borcu barədə bildirişi aldığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət vermədikdə vergi orqanı tərəfindən Əlavə Dəyər Vergisi depozit hesabından Əlavə Dəyər Vergisi üzrə vergi borcunun, fazilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir.

Vergi ödəyicisi tərəfindən 30 təqvim günü müddətində məhkəməyə və ya Vergilər Nazirliyinə şikayət verdikdə Əlavə Dəyər Vergisi üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların 105 faizi həcmində vəsait depozit hesabında doldurulur və məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun müvafiq tədbirlər görülür.

Vergi ödəyicisinin şikayətinə baxılan müddətdə onun ƏDV-nin depozit hesabından vəsaitinin silinməsi qanunla qadağandır.

Əsas: Vergi Məcəlləsi, 65.2.3-1-ci, 65.2.3-3-cü və 65.2.3-2-ci maddələr.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV Depozit