Gömrük Komitəsi dövlət büdcəsinə 361 milyon manat küçürüb

posted in: Xəbər | 0

Noyabrda Gömrük Komitəsi dövlət büdcəsinə 361 milyon manat küçürüb

Cari ilin noyabrında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 361 milyon 14 min manat olub.

Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 89 milyon 500 min manat, əlavə dəyər vergisi üzrə 252 milyon 20 min manat, aksizlər üzrə 13 milyon 531 min manat, yol vergisi üzrə isə 4 milyon 962 min manat təşkil edib.

Mənbə: azertag.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Bank, Xəbər | 0

                                           Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb. Mərkəzi Bank uçot dərəcəsi

Mərkəzi Bank uçot

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi isə 9,25% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə yanvarın 31-də baxacaq.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mərkəzi Bank Uçot dərəcəsi

Həmkarlar ittifaqına üzvlük haqqının müəyyən edilməsi

posted in: Xəbər | 0

Həmkarlar ittifaqına üzvlük Həmkarlar ittifaqıBir qayda olaraq, həmkarlar ittifaqına üzvlük əmək haqqı fondunun 2 faizi həcmində həyata keçirilir və üzvlük haqqının neçə faiz olması həmkarlar ittifaqının nizamnaməsinə uyğun müəyyənləşdirilir. Mövzunu İqtisadçı ekspert Anar Bayramov şərh edir.

“Həmkarlar ittifaqları haqqında” Qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibat vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.

Qeyd edək ki, əvvəllər müddət müəyyən edilməsə də, son dəyişikliklərdən sonra qanunvericiliyə konkret 4 iş günü ərzində ödənilməsi tələbi salınıb.

İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibat vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Həmkarlar ittifaqına üzvlük Həmkarlar ittifaqı

Baş Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Baş Mühasib vakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Synergy Group MMC.

Vakansiya barədə məlumat

– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının hazırlanması və göndərilməsi;

– E-Qaimə Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;

– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməs;

– E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək;

– Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək;

– Əmək haqqı: 800 – 1100 AZN İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək. Regiona səfərlər mümkündür.

Baş Mühasib üçün tələblər

– Ali təhsil;

– Ən azı 3 il mühasibatlıq sahəsində iş təcrübəsi;

– Programlar: 1C (8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst;

– Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır);

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Baş Mühasib Vakansiya