Bəzi malların idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0

idxal ixracAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 dekabr tarixli 463 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3917 32 000 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:  İdxal və ixrac gömrük rüsumlarının dərəcələri (120 downloads )

Mənbə: cabmin.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal, ixrac,

İşəgötürənlərə iş vaxtının növləri və rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları barədə məlumat verilib

posted in: Xəbər | 0

İşəgötürənlərə iş vaxtının növləri və rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları barədə məlumat verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ucar rayonunda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib. Tədbirdə bölgədə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.

Bildirilib ki, işçi işəgötürənlə bağlanan əmək müqaviləsi əsasında qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Həmçinin, işçi qanunvericiliklə müəyyən olunmuş hallarda qısaldılmış iş vaxtında çalışmaq hüququna malikdir. Gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və onun razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir.

Tədbir zamanı qeyri-formal məşğulluğun mənfi nəticələri barədə də ətraflı məlumat verilib. Hər bir işçi ilə əmək müqaviləsi bağlanılmasının işəgötürənlərin əsas vəzifələrindən biri olduğu qeyd edilib.

İşəgötürənlər “Məşğulluq” altsistemi, onun üstünlükləri, işçi və işəgötürənlər üçün  faydaları haqqında məlumatlandırılıb, bu altsistemdən istifadə qaydaları izah edilib.

Mənbə: sosial.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
iş vaxtının növləri, İşəgötürən

Maliyyə Departamentinə Təcrübəçi tələb olunur

Vakansiya maliyyə təcrübəçiVakansiya: Maliyyə Departamentinə Təcrübəçi.

İşəgötürən: VTB Bank ASC (Azərbaycan).

  • Şəhər: Bakı
  • Yaş: 20 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@vtb.az / info@finstaff.az

Vakansiya barədə məlumat

CV-ləri hr@vtb.az / info@finstaff.az email ünvanına göndərməyiniz xahiş olunur. (Subject bölməsində vakansıyanı qeyd etməyiniz xahiş olunur.)

Namizədə tələblər

Maliyyə və ya mühasibat uçotu sahəsində bakalavr dərəcəsi;

Rus dilini bilmək;

Excel proqramını bilmək;

İş təcrübəsi tələb olunmur.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə, təcrübəçi, vakansiya

“Kapital Bank” sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlərini istifadəyə verib

posted in: Bank, Xəbər | 0

“Kapital Bank” ASC Azərbaycanda kiçik və orta sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər təqdim edib.

Ölkədə ilk dəfə olaraq, “Kapital Bank” öz filiallarında hüquqi şəxslərin imza nümunələrinin notariat kontorlarına getmədən, yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq. Həmçinin bank xidmətlərindən daha rahat və operativ şəkildə istifadə edə biləcəklər.

Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi “Kapital Bank”ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir.

Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS-terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala biləcəklər. Bu xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kapital Bank