“Sosial müavinətlər haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

sosial müavinətlər“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; 2018, № 3, maddə 400, № 5, maddə 869; 2019, № 3, maddə 380) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları.”;

1.2. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“5.1. Bu Qanunun 4.0.1.1-4.0.1.3-cü, 4.0.1.5-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər.

5.2. Bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir.

5.3. Bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə tətbiq edilmir.”;

1.3. 7.0.5.1-ci maddəyə ”olmadıqda” sözündən sonra “(“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.4. Aşağıdakı məzmunda 9.1-1-ci maddə əlavə edilsin:

“9.1-1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində nəzərdə tutulan şəxslərə ailə başçısını itirməyə görə sosial müavinətin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsinə (yenidən hesablanmasına) yol verilmir.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sosial müavinətlər

“Məşğulluq haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Məşğulluq haqqında” Qanuna dəyişiklik edildi.

məşğulluq

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.21-ci maddədən “ən azı 3 (üç) ay əvvəl” sözləri çıxarılsın;

1.2. 25.6-cı maddədə “5 faizindən” sözləri “20 faizindən, lakin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən” sözləri ilə əvəz edilsin;

1.3. 25.7-ci maddədə “digər iş yerləri üzrə” sözləri “eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Məşğulluq

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

      “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edildi. emek

əmək pensiyaları emek

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382; Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1685-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.”;

1.2. Aşağıdakı məzmunda 14.4-cü maddə əlavə edilsin:

“14.4. Bu Qanunun 18.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir.”.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Mənbə: president.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək pensiyaları emek

Azərbaycan Prezidenti 2020-ci il dövlət büdcəsini təsdiqləyib

posted in: Xəbər | 0

                          Azərbaycan Prezidenti 2020-ci il dövlət büdcəsini təsdiqləyib. dövlət büdcəsi

2020-ci il dövlət büdcəsi təsdiq olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanun imzalayıb

Qanuna əsasən, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 336,95 milyon manat, yerli gəlirləri 797 milyon 550 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 44 milyon 596 min manat, yerli xərcləri 850 milyon 104 min manat) məbləğində təsdiq edilib.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dövlət büdcəsi