Vakansiya: Mühasib tələb olunur

Mühasib vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Royal Foods Ltd.

Əmək haqqı: 800 – 1100 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəna Məmmədova
  • Telefon: (012) 562-57-70
  • E-mail: info@royalfoods.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– İş vaxtı: həftənin 5 günü,şənbə günləri yarim iş günü
Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
– Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək

Mühasib üçün tələblər

– Ali təhsil ( Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil)
– Maliyyə-mühasibat sahəsində minimum 2-3 il iş təcrübəsi
– Vergi məcəlləsi üzrə yüksək səviyyədə biliklər
– Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
– Gündəlik hesabatlara ciddi riayət
– Azərbaycan dilində mükəmməl ( yazı və şifahi forması). Rus və ingilis dili arzu olunandır

CV-ni (Şəkil olmalıdır) azərbaycan dilində info@royalfoods.az / info@finstaff.az e-mail ünvanına göndərmək lazımdır. Məktubun mövzu sahəsində mühasib yazmağınız xahiş olunur.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Barter zamanı ƏDV əvəzləşməsi necə həyata keçirilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

           Barter zamanı ƏDV əvəzləşməsi necə həyata keçirilir? (EDV)

ƏDV əvəzləşməsi, barter,EDV

Sual: Təsərrüafat fəaliyyətimiz zamanı bəzi hallarda, barter (yəni tərəfimizdən təqdim olunmuş malların dəyəri müqabilində qarşı tərəfdən bizə lazım olan digər malların alınması) əməliyyatları qaçılmaz olduğundan, bu əməliyyatlara görə, yəni debitor və kreditor borcların əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab fakturaları üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsinin mümkünlüyü barədə məlumat verilməsini Sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri Əlavə Dəyər Vergisinin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 175.1-ci və 176-cı maddələri.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əvəzləşməsi, barter, EDV

2020-ci ilin istehsalat təqvimi təsdiqləndi

posted in: Xəbər | 0

2020-ci ilin istehsalat təqvimi təsdiqləndi.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi                                                                        

Kollegiyasının qərarı 

16 dekabr 2019-cu il 

№ 1905000056 

2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin 

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü və 5-ci  hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin“2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli   712s nömrəli Sərəncamını və “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarını nəzərə alaraq “2020-ci il üçün iş vaxtının norması” və “2020-ci ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).
  2. İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2020-ci il üçün iş vaxtının norması”nın və “2020-ci ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
  3. Qərarın icrasına nəzarət nazir müavini M. Kərimliyə həvalə edilsin.

      Kollegiyanın sədri  Sahil  Babayev

2020-ci il üçün iş vaxtının norması

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən 2020-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar Yeni il bayramı;
20 Yanvar Ümumxalq Hüzn günü;
8  Mart Qadınlar günü;
20, 21, 22, 23, 24   mart Novruz bayramı;
9 May Faşizm üzərində Qələbə günü;
24,25 may Ramazan  bayramı;
28 May Respublika günü;
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş  günü;
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;
31 iyul,1 avqust Qurban bayramı;
9  Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 Dekabr Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və  “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən 2020-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 6 yanvar, 9, 25, 26 mart, 11, 26 may, 3 avqust tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 9, 25 mart, 26 may tarixləri istirahət günləridir.

2020-ci ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

“Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli  Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə  əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq hüzn günü vardır (241+112+18+1-6= 366).

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

2020-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

Qanunvericiliyə uyğun olaraq 2020-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir (235×8 + 6×7 = 1922 saat).

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq  tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat  (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2020-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
istehsalat təqvimi

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı təlim keçiriləcək

posted in: təlim, Vergi, Xəbər | 0

Vergi Məcəlləsi

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. Bu məqsədlə, dəyişikliklərin izahı məqsədi ilə “Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı Qanun Layihəsi və dəyişikliklərin praktiki tətbiqi” adlı təlim-seminar təşkil olunacaqdır. (vergi məcəlləsi,vergi mecellesi)

Nəzərdə tutulan seminar Baş mühasib, mühasib, mühasib köməkçiləri, Sahibkarlar, Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Təlimçi Dövlət Neft Şirkətinin ən böyük qurumlarında Vergilər üzrə rəhbər vəzifədə çalışmış, hazırda Dövlət Neft Şirkətinin Vergilər şöbəsinin rəis müavini vəzifəsində çalışan, CİMA (CİMA CO1-CO5, P1,F1,E1,P2,F2) , DipİFR rus, DipİFR az imtahanlarını müvəffəqiyyətlə vermiş, Vergi üzrə AR Auditorlar palatasının sertifikatı və digər bu kimi sertifikatları müvəffiyyətlə əldə etmiş Azər Qəmbərovdur. 

Vergi uçotu üzrə 10 ildən çox təlim təcrübəsi olan Azər Qəmbərov həmçinin Vergi uçotu, vergi hesabatlarının təqdimatı, hesabatların yoxlanılması və auditi üzrə çoxillik təcrübəyə malikdir. Belə ki, o Mənfəət vergisinin SAP ERP sistemi üzrə avtomatlaşdırılması əsasında vergi uçotu üzrə layihənin (SL modulu) rəhbəri olmuşdur. Həmçinin Vergi qanunvericiliyinin tətbiqinə dair 30-dan artıq elmi məqalənin müəllifidir.

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Yeni Anlayışlar
  • Ləğvetmələr
  • Vergi ödəyicisinin yeni vəzifələri və uçot qaydaları
  • Elektron Qaimə-Fakturaları Növləri
  • E- Qaimə Fakturalarının təqdimetmə vaxtları
  • Elektron Alış Aktları
  • Vergi Nəzarəti və Maliyyə sanksiyaları
  • Vergi Yoxlama dövrü və Ümidsiz Borcların Silinməsi vaxtı üzrə Yeniliklər
  • Mənfəət və Gəlir vergisi üzrə azadolmalar
  • Bina tikintisi fəaliyyəti üzrə gəlir və xərclərin uçotunun aparılması
  • Ödəmə mənbəyində vergi bəyannamələrinin təqdim edilmə vaxtı
  • ƏDV üzrə vergi tutulan dövriyyənin və büdcədən əvəzləşmələrin müəyyən edilmsi vaxtı və azadolmalar
  • Aksiz vergisi üzrə dəyişikliklər
  • Sadələşdirilmiş vergi üzrədəyişikliklər və azadolmalar
  • Keçid müddəaları

Başlama tarixi:                        22.12.2019 (bazar günü)

Son qeydiyyat tarixi:               20.12.2019  saat 16:00-a qədər

Seminarın keçirilmə vaxtı:      09:30-13:30 (15 dəqiqəlik Fasilə ilə – Coffee break) keçirilir

Təlimin müddəti:                     4 saat

İştirakçı sayı:                           18-20

Təlimin Keçirilmə yeri:           Caspian Plaza

Təlim Materialları:                   İştirakçılar elektron təlim materialları ilə təmin olunurlar

Təlimin qiyməti:                      45 manat

Təlimin ödəmə üsulu:            online

Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiz.

https://form.cubics.pro/form/GuiZ5HrR2MzeWJ9rr

Təlimə dair əlaqə üçün:

Telefon: (+994) 12 310 09 29

Mobil:    (+994) 50 225 81 05

Email: info@muhasibat.az

Veb səhifə: www.muhasibat.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi Məcəlləsi, təlim, vergi mecellesi