Azərbaycanda ötən ay 8,5 min vergi ödəyicisi qeydiyyata alınıb

posted in: Vergi, Xəbər | 0

                            Azərbaycanda ötən ay 8,5 min vergi ödəyicisi qeydiyyata alınıb. vergi ödəyiciləri

Bu ilin noyabr ayında Azərbaycanda 8 514 vergi ödəyicisi qeydiyyata alınıb.

Noyabr ayında qeydiyyata alınan vergi ödəyicilərinin sayında oktyabr ayı ilə müqayisədə 18,7% azalma qeydə alınıb.

Bu ilin noyabr ayında qeydiyyata alınan vergi ödəyicilərinin 1 339 nəfərini hüquqi, 7 175 nəfəri fiziki şəxslər təşkil edib.

Məlumata əsasən, hesabat ayında 9 993 vergi ödəyicisi fəaliyyətini bərpa edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında 1 410-u hüquqi, 9 061-i fiziki şəxs olmaqla 10 471 vergi ödəyicisi qeydiyyata alınıb.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyicisi vergi ödəyiciləri

Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları təsdiq edildi

posted in: Xəbər | 0

                                       Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları təsdiq edildi. kvalifikasiya standartı

“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və
müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.13-cü bəndinə və “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.4- cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin
uzadılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının 

Baş Naziri              Əli Əsədov

Faylı yükləməklə qaydalara nəzər yetirə bilərsiniz:  Peşə və kvalifikasiya standartının hazırlanması Qaydaları (94 downloads )

Mənbə: cabmin.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
peşə kvalifikasiya standartı

1500 manat əmək haqqı ilə Mühasib axtarılır

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Resant Group.

Əmək haqqı: 1500 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@resantgroup.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabatında əks etdirmək;
– Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirtmək;
– Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar icra etmək;
– Müştəri hesablaşmaları üzrə əməliyyatları icra etmək;
– Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatını aparmaq, gün ərzində kassaya daxil olan nağd pulları qəbul etmək;
– İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib etmək;
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– İşçilərə maaşların və bonusların hesablanması
– Anbar sənədlərinin yoxlanılması və qəbul edilməsi
– Günlük satış əməliyyatlarının müvafiq qeydiyyatlarının aparılması
– Əmək haqqı; 1500 manat
– 5 gün tam iş günü 6 – cı gün yarım iş günü.

Mühasib üçün tələblər

– Ali iqtisadi təhsil;
– Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
– Təşkilati, analitik və idarə etmə bacarıqlar;
– Qida və yeyinti sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək
– 1C və ya İiko proqramla işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@resantgroup.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır

posted in: Uncategorized, Vergi, Xəbər | 0

Samirə Musayeva: “Ölkədə zərərli vergi güzəştləri olmamalıdır”

Azərbaycanda iqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib.

Bunu “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda Bakıda keçirilən dəyirmi masa zamanı çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, vergi yalnız fiskal, deyil, eyni zamanda tənzimləyici rol oynayır. “Tənzimləyici rol iqtisadiyyatın inkişafında daha önəmlidir. İqtisadiyyatın kölgələşməsi ilə mübarizə üçün vergi siyasətinin konkret istiqamətləri müəyyən edilib və bu istiqamətdə müəyyən işlər görülüb. Əsas məqsədlərdən biri sahibkarlar tərəfindən şəffaf uçotun aparılmasına nail olmaqdır. Həyata keçirilən addımlar həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət edir. Ölkədə zərərli vergi güzəştləri olmamalıdır”, – deyə S. Musayeva qeyd edib.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
zərərli vergi güzəştləri