Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqqı artıb
Azərbaycanda maliyyəçilərin orta aylıq əmək haqqı artıb. maliyyəçi

Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 27,8 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 2,8 min və ya 11,2% artıb. İşçilərin 5,3 min nəfəri və ya 19,1%-i dövlət, 22,5 min nəfəri və ya 80,9%-i isə özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 11,4% artım qeydə alınıb.
Qeyd edək ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.
Rəsmi statistikaya əsasən, yanvar-oktyabr aylarında maliyyə sahəsində orta aylıq nominal əmək haqqı 1 632,8 manat, o cümlədən dövlət sektorunda 1 657,5, özəl sektorda 1 626,9 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əmək haqqında illik 12,2% artım qeydə alınıb.
Mənbə: apa.az

Sual: Faktiki fəaliyyət göstərdiyim fəaliyyət növünün dəyişdirilməsi üçün məlumat dəyişikliyinin aparılması məqsədilə müvafiq elektron prosedurlar etmək istəyirəm. Lakin, www.e-gov.az vasitəsilə “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətdən yararlanmaq mümkün deyil. “The remote server returned an error: (503) Server Unavailable.” qeyd olunur. Zəhmət olmazsa, bu problemin həll olunmasında mənə yardım edin. Öncədən təşəkkürlər. 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (əvvəlki Vergilər Nazirliyi) üzrə dövlət büdcəsindən gələn il üçün ayrılmış xərclərin həcmi 47,14 mln. manat təşkil edəcək.