Bu məhsullar 2 il müddətinə gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

                 Azərbaycana gətirilən bəzi növ kağızlar 2 il müddətinə gömrük rüsumundan azad edilib. gömrük rüsumu

gömrük rüsumu

Azərbaycana idxal edilən ağardılmamış, ağırlığı 1 m²-də 225 q və daha çox olan digər kraft kağızı və kraft karton 2 il müddətinə görük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərar dərc edildiyi gündən 30 gün sonra – gələn il yanvarın 19-da qüvvəyə minir.

Qeyd edək ki, kraft kağızı sulfat sellülozdan yüksək davamlı bükülmə kağızdır. Həmin kağız sulfat bişirmə prosesində ağacdan hazırlanır və bu proses kraft prosesi kimi tanınır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük rüsumu

Vakansiya: Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Kristal Abşeron MTK.

Əmək haqqı: 800 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Samir Hacıyev
  • E-mail: hr@kristalabsheron.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək

– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
– Əmək haqqı: 800 AZN-dən

Namizədə tələblər

– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq

– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– 1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Elektron ünvan: hr@kristalabsheron.az / info@finstaff.az

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Hüquqi şəxslərdən problemli borcların götürülməsi sadələşdirilə bilər

posted in: Xəbər | 0

problemli borc hüquqi şəxsAzərbaycanda hüquqi şəxslərdən problemli borcların müsadirə olunması proseduru sadələşdirilməli və sürətlənməlidir. (problemli borc, hüquqi şəxs)

Bu barədə “VTB Bank Azərbaycan”ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.

“Biz məhkəmə sistemində aparılan islahatlara bel bağlayırıq. Hüquqi şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident İlham Əliyevin fərmanı müsbət nəticələr verir, bunların xeyli azaldığını görürük. Lakin hüquqi şəxslər tərəfindən kreditlərin yubadılması hələ də yüksəkdir. Bu da məsələlərin çoxunun məhkəmələrdə olması ilə bağlıdır. Bəzi hallarda hüquqi şəxslərdən problemli borcların müsadirəsi 3-5 il vaxt aparır. Bu, çox uzun vaxtdır, nəticədə həm bankların, həm də bütövlükdə iqtisadiyyatın fəaliyyəti ləngiyir. Əslində qarşımızda dəyərini, qiymətini getdikcə itirən pullar var”, – deyən bank rəhbəri “Müflisləşmə haqqında” qanundakı hüquqi şəxslərə dair bölməni ayrıca qanun olaraq ayırmaq təklifini də irəli sürüb.

“Bəzi səhmdarların, rəhbərlərin saxta müflisləşmə əməllərinin qarşısını almaq üçün Azərbaycanda vasitələr əksikdir, halbuki bu kimi əməllərə hüquqi qiymət verilməlidir. Hazırkı vəziyyət belədir ki, borclu tərəf şirkətin aktivlərinin qalmadığını, yalnız borclarının olduğunu bəyan edir və bu qərarı kimin verdiyinə dair sual verən yoxdur. Biz kreditorlar üçün də məsələ müəmmalı qalır, bir sıra suallar meydana gəlir, lakin mövcud qanunlar çərçivəsində həmin suallara aydınlıq gətirmək olmur”, – Y.Kirin vurğulayıb.

Bu məsələnin aradan qaldırılması ilə ölkədə sahibkarlıq mühitinin də xeyli yaxşılaşa biləcəyini dilə gətirən bank rəhbəri dünya reytinqlərində öncül mövqelərdə olan ölkələrin hamısında sözügedən mexanizmin çoxdandır oturuşduğunu qeyd edib: “Belə bir mexanizm zəruridir, Azərbaycanda da məhkəmə islahatı və sonrakı işlər çərçivəsində bu məsələnin həllini tapacağına inanırıq”.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
problemli borc, hüquqi şəxs

Hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq?

posted in: Xəbər | 0

Nazirlər Kabineti (NK) “Aqrar sığorta predmetinin Tərkibi”ni təsdiq edib. kənd təsərrüfatı

Baş Nazir Əli Əsədov Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb. Belə ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Beynəlxalq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.

Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? 

NK-nın qərarı bu suala cavab verir.

Bitkiçilik sahəsində:

ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə

– buğda;

– arpa;

– qarğıdalı;

– kartof;

– şəkər çuğunduru.

İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə

– portağal;

– limon;

– naringi;

– çay;

– tütün;

– çəltik;

– üzüm;

– fındıq;

– pambıq.

Heyvandarlıq sahəsində

Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə –

– 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar

Suda yetişdirilən məhsullar üzrə

Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə

-Balıqların sığortası təmin ediləcək.

Bu məhsulların sığortasında Aqrar Sığorta- Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması

-İnvestisiya risqlərini azaldacaq;

-Fermerlərin himayəsini gücləndirəcək;

-İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;

-Məşğulluğa müsbət təsir edəcək;

-Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;

-Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;

-Ərzaq təhlükəsizliyinə töhfə verəcək

-Sığorta bazarını gücləndirəcək

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kənd təsərrüfatı sığorta