Baş Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Emsa Bakı MMC.

Əmək haqqı: 1000 AZN

  • Şəhər: Bakı
  • Yaş: 28 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Ceyran Nəcəfli
  • Telefon: (012) 565-51-61
  • E-mail: hr@emsa.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
– Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
– Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi

– İş rejimi – I-V gün 09:00-dan 18:00-dək
– VI gün 09:00-dan 13:00-dək

Baş Mühasib üçün tələblər

– Ali təhsil (maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması vacibdir)
– Vergi, dsmf, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Analitik təhlil etmə qabiliyyəti
– ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür
– Kompyuter biliyi yüksək səviyyədə (Excel, Word, Outlook)

– Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@emsa.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Baş mühasib şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib

Auditorlar Palatasında Seminar-Təlim keçirilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində Seminar-Təlim keçirilmişdir. Auditorlar Palatası

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci “PL/TM-ə qarşı mübarizə üzrə tələblərə riayət olunması mexanizminin təkmilləşdirilməsi – Monitorinq subyektlərinin PL/TM-ə qarşı mübarizə üzrə məsul şəxsinin eyniləşdirilmə, hesab və əməliyyatlar üzrə məlumatlara çıxışının təmin edilməsinə metodiki dəstəyin təmin edilməsi” və 8.4-cü “Monitorinq rejimi üzrə əməliyyatların əhatə dairəsinin genişləndirilməsi və mərkəzləşdirilməsi üçün tədbirlər görülməsi – Monitorinq subyektlərinin Maliyyə Monitorinqi Xidmətinin məlumat bazasına qoşulmasının təşviq edilməsi” bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatasının, Azərbaycan Respublikası  Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Auditorlar Palatasında 2019-cu il 20 dekabr tarixində monitorinqin digər iştirakçıları olan sərbəst auditorlar və auditor təşkilatları tərəfindən şübhəli əməliyyatlar barədə məlumatların Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları barədə Seminar-Təlim keçirilmişdir. 

Seminar-Təlimi giriş sözü ilə Auditorlar Palatası Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Maarif Abbasov açmış və müzakirə olunan məsələyə dair seminar iştirakçılarına qısa məlumat vermişdir.

Azərbaycan Respublikası  Mərkəzi Bankının “Bank Sertifikat Xidmətləri Mərkəzi”nin Elektron imza üzrə sertifikasiya şöbəsinin rəisi Məmmədyar Novruzov, Şöbənin aparıcı mütəxəssisi Ziyadə Muradlı, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Məlumatların emalı şöbəsinin rəisi Samir Məmmədov və Hüquq departamentinin direktoru Azər Abbasov geniş təqdimatla çıxış edərək Palata üzvlərini məlumatlandırmış və iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

Mənbə: audit.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Auditorlar Palatası seminar-təlim

Vergi təqvimi – 20 dekabr 2019-cu il

posted in: Vergi, Xəbər | 0

vergi təqvimiGəlir vergisi (Xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. vergi təqvimi

Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına təqdim etməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi: Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi: Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi: Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi təqvimi vergi təqvimi vergi təqvimi

Nazirlik bir neçə e-təyinat və e-arayış xidmətini təqdim etdi

posted in: Xəbər | 0

Nazirlik daha 4 sosial təminat növü üzrə e-təyinat sistemini və 4 növ e-arayış xidmətini təqdim etdi.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-təyinat sistemlərinin sayı 14-ə, e-arayış xidmətlərinin sayı 12-yə çatdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 sosial təminat növünün – bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) buna görə aylıq müavinətin, habelə  müharibə  və  20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin təyinatını da elektronlaşdırdı. Həmçinin nazirlik 4 növ e-arayış xidmətini – mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi,  habelə fərdi şəxsi hesablar barədə arayışların alınması üzrə e-xidmətləri istifadəyə verdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində yeni e-təyinat sistemləri və e-arayış xidmətləri ilə bağlı təqdimat tədbirində nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov  əmək, məşğulluq, sosial təminat sahələri  üzrə idarəçiliyin və xidmətlərin elektron texnologiyalar üzərində qurulmasının aparılan islahatların əsas istiqamətlərindən olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu ilin  əvvəlindən ölkəmizdə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi işə salınıb. Həmçinin bu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin e-təyinatı infrastukturunun da qurulması işlərinə başlanıb.

B.Hüseynov qeyd edib ki, hazırda daha 4 sosial təminat növünün  də e-təyinatı sistemləri təqdim edilir və bununla  2019-cu ildə sosial təminat növləri üzrə istifadəyə verilən e-təyinat sistemlərinin sayı 14-ə çatır. Onların sırasına yaşa və əlilliyə görə pensiyanın, uşağın doğulmasına görə birdəfəlik müavinətin, əlilliyə görə, sağlamlıq imkanları məhdud uşağa, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə, müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin, müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezidentin təqaüdünün və s. təminat növlərinin e-təyinat sistemləri daxildir.

Qeyd edilib ki, müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın  vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçirilməsi deməkdir. Eyni zamanda, daha 4 e-arayış xidməti bu gün təqdim edilir ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı artıq 12-yə çatır.

Tədbirdə nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e-təyinat sistemləri barədə məlumat verib. Bildirilib ki,  qeyd edilən müavinətlərin təyinatı vətəndaşların həmin sosial ödənişlərin təyin edilməsi üçün hansısa quruma müraciət etməsinə ehtiyac qalmadan elektron qaydada aparılacaq.  Misal üçün, aztəminatlı ailəyə ünvanlı sosial yardımı elektron  qaydada təyin edildikdə, sistemə daxil edilmiş müvafiq məlumat əsasında həmin ailədəki 1 yaşa qədər olan uşağa da aylıq müavinət avtomatik təyin ediləcək.

K.Əkpərov həmçinin mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi,  fərdi şəxsi hesablar barədə arayışın alınması üzrə e-xidmətlərdən istifadə prosedurlarını diqqətə çatdırıb. Qeyd edib ki, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində “E-arayış” altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək müvafiq quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.

Beləliklə də, qeyd edildiyi kimi, artıq nazirliyin 12 e-arayış xidməti fəaliyyət göstərir. Onların sırasına iş yerinə və əlilliyə dair, müavinət və təqaüdlə, pensiya, maddi yardım və birdəfəlik ödəmə ilə, dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilmə barədə, həmçinin ünvanlı dövlət sosial yardımının təyinatı və bu yardımın ödənişi, fərdi şəxsi hesab barədə e-arayış xidmətləri daxildir.

Mənbə: sosial.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-arayış e-təyinat