Daxili Auditor tələb olunur

Daxili Auditor VakansiyaVakansiya: Daxili Auditor.

İşəgötürən: Mətanət A.

Əmək haqqı: Razılaşma ilə.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər.
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@matanata.com / info@finstaff.az

Vakansiya barədə məlumat

– Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
– Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
– Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
– Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını, qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
– Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
– Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək

İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:
– Razılaşma yolu ilə.

Daxili Auditor ilə bağlı tələblər

– Təhsil: Ali
– İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi olan;
– Yaş həddi: 25-45 yaş;
– Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
– Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
– Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
– Şəxsi avtomobilin olması mütləqdir.

Şəxsi keyfiyyətləri:

– İşə planlı yanaşma;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünəinam;
– Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.
– Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

– CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daxili auditor vakansiya

ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməli??

posted in: Vergi, Xəbər | 0

ƏDV öhdəliyi, EDVSual: ƏDV qeydiyyatında olan fiziki şəxs 5 ildən çoxdur ki, heç bir fəaliyyəti yoxdur. ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməliyəm? (EDV)

Cavab: Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) Əlavə dəyər vergisinə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti olaraq dayandırdığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq əlavə dəyər vergisi qeydiyyatı ləğv edilir.

Mənbə: taxes.gov.az



Bax:

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV qeydiyyatının ləğvi, EDV

Mülki Məcəllədə dəyişiklik edilib

posted in: Xəbər | 0

Mülki MəcəlləAzərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Mülki Məcəllə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 8, maddə 1369; Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1640-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 35-ci maddə üzrə:

1.1.1. 35.4-cü maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə” sözləri “sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.1.2. 35.7-ci maddədə “olanların” sözləri “olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların” sözləri ilə əvəz edilsin.”;

1.2. 38.2-ci maddədə “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə” sözləri “sosial xidmət müəssisələrinə” sözləri ilə əvəz edilsin;

1.3. 1103-cü maddə üzrə:

1.3.1. 1103.2-ci maddədə “tərbiyə, müalicə müəssisəsində” sözləri “sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin;

1.3.2. 1103.3-cü maddədə “təhsil, tərbiyə, müalicə müəssisəsinin” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

1.3.3. 1103.4-cü maddədə “təhsil, tərbiyə, müalicə müəssisələrinin” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

1.4. 1104.3-cü maddədə “tərbiyə, müalicə müəssisəsində” sözləri “ sosial xidmət müəssisəsində” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968; 2017, № 7, maddə 1263; 2019, № 1, maddə 9; Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 30-cu maddədə “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilsin;

1.2. 31-ci maddə üzrə:

1.2.1. 1-ci hissədə “uşaqlara baxan müvafiq müəssisələrdə” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin;

1.2.2. 3-cü hissədə “Uşaq müəssisələrində” sözləri “Uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765; 2018, № 5, maddə 872, № 12 (I kitab), maddə 2505; 2019, № 8, maddə 1382) 1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. doqquzuncu abzasda “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrindən” sözləri ilə əvəz edilsin;

2.2. on beşinci abzasda “əhalinin sosial müdafiəsi müəssisələri” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

Mənbə: president.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mülki Məcəllə

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Hesabdarlıq təhlükəli kənar yayınmaları göstərməklə, kompas kimi iqtisadi fəaliyyətin düzgün istiqamətini verir.

Y.M. Krılov

Mühasibatlıq yardımından məhrum edilən sənaye işi sükansız gəmiyə bənzər, yalnız hava imkan verdikdə yoluna davam edə bilər.

V.D. Belov

Ticarəti məşhur mənada dənizdə səyahətlə müqayisə etmək olar. Səyahətin hədəfə çatması üçün isə dörd şərt lazımdır:

  1. Yaxşı hazırlanmış gəmi – kapital
  2. Təcrübəli kapitan – müəssisə rəhbəri
  3. Yaxşı kompas – hesabdarlıq
  4. Yaxşı gəmi heyəti – əməkdaşlar

Badu

Hesabdarlıq – tacirin termometridir; o istənilən an üçün onun kapitalı və işlərinin vəziyyətini göstərir.

Qoldşmidt

Böyük təsərrüfatlarda qeydiyyat və rəqəmlər sahibkarın gözləri və qulaqlarını əvəz edir.

Şmalenbax

 Düzgün aparılan kitab – müəssisə rəhbərlərinin nə qədər təcrübəli olmalarından asılı olmayaraq, baxmalı olduqları gözləridir.

A.Balyaqin

Düzgün hesabdarlıq olmadan, sahibkar kor vəziyyətində olur.

A.E. Vinkler

Hesabdarlıq müəssisədə sahibkar üçün təkcə gözlər və qulaqların rolunu deyil, həm də yaddaş rolunu oynayır.

A.Z. Popov

Hesabdarlıq sahəsinə ən çox müzakirə tələb edən və ən çox diqqət yetirilməli olan bütün bu faktların yığıldığı və sistemdə yerləşdirildiyi sahibkarın yaddaşının bir hissəsi kimi baxmaq olar.

J.G. Kursl-Senel

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu