» » » Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (1-ci hissə)

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (1-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

1-ci hissə

Mühasibat keçmişin qüsursuz hakimidir, bu günün yoldaşı və hər bir təsərrüfat müəssisəsinin gələcəyinin bələdçisidir.

İ.F. Şer

Mühasibat ikiüzlü Janus (Roma mifologiyasında ikiüzlü tanrı) kimidir, bir tərəfi ilə keçmişə, digər tərəfi ilə isə gələcəyə yönəlib.

V.D. Belov

Hesabdarlıq – bu keçmişin güzgüsü, gələcəyin rəhbəri, təsərrüfatın bütün sahələrində, müəssisənin statistikası və tarixində qayda-qanun deməkdir.

V. Citti

Qeyd edək ki, hesabdarlığın böyük əhəmiyyəti təkcə cari fəaliyyətin tədqiqində deyil, həm də müəssisənin gələcək həyatı üçün verdiyi praktiki göstərişlərdə də baş verir.

L.İ. Gomberq

Bir sözlə, mühasibat bütün təsərrüfat fəaliyyətini özündə əks etdirərək, keçmişin səhvlərini qələmə alır, gələcəklə bağlı düzgün yol göstərir və hər bir işin dəqiq aparılması üçün zəruri şərt olur.

S.İ. Dyakov

Hər bir müəssisənin mühasibatlığı müəssisənin özü ilə birlikdə doğulur. O, müəssisənin taleyini müəyyən edir.

Q. Arsenyev

Hesabdarlıq – bu, məşhur təsərrüfatın, müəssisənin və ya təşkilatın bütün işlərinin əks olunduğu güzgünün özünün bu və ya digər üstünlüklərindən asılı olaraq və ya ən xırda detallarla, yaxud təhrif edilmiş, eybəcər görkəmlə tam formada əks olunduğu güzgüdür.

M. Primak

Mühasibatlığı güzgü ilə, son zamanlar isə kinematoqrafla müqayisə etmək qəbul edilib.Amma, bu müqayisə qüsurludur, çünki mühasibat haqqında əsl anlayış, həqiqi təsəvvür yaratmır. Mühasibat güzgü və kinematoqrafdan ölçüyəgəlməz dərəcədə yüksəkdə dayanır. Güzgü və kinematoqrafda biz obyektin və ya prosesin yalnız üzünü, nümunəvi tərəfini görürük.  Biz kinematoqrafın butaforiyası arxasında medalın əks tərəfini görmürük. Kinematoqrafiya ilə yalnız bizim süni qaydalar və seçim əsasında qurulan hesabatları müqayisə etmək olar. Mühasibat bu predmetlərdən daha yüksəkdir, çünki müəssisənin dərinliklərinə nüfuz edə bilir və bütün prosesləri ən kiçik detallara qədər göstərə və düzəldə bilir.

S.İ. Dyakov

Hesabdarlıq – bu iqtisadi zülməti işıqlandıran bir məşəldir; bu – gələcəyi görmək istəyənlər üçün işıq kriteriumudur; bu – istehsal hadisələrində, mübadilə, istehlak və özəl və ictimai kapitalın idarəetməsi vaxtı qarışıqlıq zamanı düzgün yolu göstərən bir kompasdır.

E. Leote

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu