» » » Azərbaycanın ticarət dövriyyəsinin 8 mlrd. dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür

Azərbaycanın ticarət dövriyyəsinin 8 mlrd. dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür

posted in: Xəbər | 0
birbank biznes

 

Yaşıl dəhlizHazırda Azərbaycanda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ümumilikdə, idxal əməliyyatlarının 25%-i, ixrac əməliyyatlarının 27%-i, ticarət dövriyyəsinin isə 8 mlrd. dolları “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.

Komitədən bildirilib ki, risklərin analizi, uçot sisteminin yenidən qurulması, vergi orqanları ilə birlikdə təşkil edilən maliyyə nəzarətinin gücləndirilməsi hesabına “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, gömrük əməliyyatlarında şəffaflığın təmin olunması da həyata keçirilən islahatların nəticəsidir.

“Gömrük orqanlarının 2 il əvvəlki plan-proqnozla müqayisədə nəzərdə tutulandan 2 mlrd. manat artıq vəsaiti toplayaraq dövlət büdcəsinə köçürməsi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində uğurlu addımdır”, – deyə Komitədən bilirilib.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yaşıl dəhliz