Gələn il pensiyalar nə qədər artırılacaq?

posted in: Xəbər | 0

pensiya pensiyalarBu il qanuna edilən dəyişikliyə əsasən, pensiya məbləği hər il əvvəlki ilin orta aylıq əmək haqqının artım faizinə uyğun indeksasiya olunacaq. pensiyalar

Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminati şöbəsinin müdiri Eyvaz İsmayılovun sözlərinə görə, 2019-cu ildə orta aylıq əmək haqqında təxminən 14-15 faizlik artım qeydə alınıb. Bu isə o deməkdir ki, pensiya məbləğləri də elə o qədər artırılacaq: “Əvvəlki dövrlərdə pensiyaların yalnız baza hissə indeksasiya olunurdu. Artıq pensiyaların baza hissəsi ləğv olunduğuna görə bu il pensiya məbləği tam indeksasiya olunacaq. Yanvar ayından etibarən pensiya məbləğlərində artımları müşahidə edəcəyik və pensiyaçılar gələn aydan artırılmış pensiya məbləği ala biləcəklər. Məsələn, 200 manat pensiya alan şəxsin pensiyası gələn ilin yanvarından 14-15 faiz indeksləşdirilərək 228-230 manata çatdırılacaq”.

Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşların yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Məsələn, 2019-cu il ərzində infilyasiya səviyyəsi təxminən 4 faiz təşkil edib. Vətəndaşın pensiya kapitalında 30 min manat toplanıbsa, həmin məbləğin üzərinə 4 faiz əlavə vəsait hesablanacaq.

Qeyd edək ki, pensiya kapitalı vətəndaşların pensiyaya çıxması üçün tələb olunan şərtlərdən biridir. Yəni pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı olmalıdır. Bu iki şərtdən biri yerinə yetirilməklə, vətəndaş yaşı çatanda pensiyaya çıxa bilər.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
pensiya pensiyalar

Ölkə hüdudlarından kənarda internet-biznes fəaliyyəti üçün VÖEN-i necə açdırmalı?

posted in: Xəbər | 0

internet-biznes VÖENVergilər Nazirliyindən bildirilib ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. İnternet-biznes VÖEN

Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat yalnız gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İnternet-biznes VÖEN

İcarə münasibətlərinin vergiyə cəlb olunması

posted in: sual-cavab, Xəbər | 0

İcarə münasibətlərinin vergiyə cəlb olunması.

Sual: Müəssisə əmlakını icarəyə verib və fəaliyyətini dayandırıb. Bu halda icarədən əldə olunan məbləğ müəssisənin gəliri sayılırmı? icarə vergiyə cəlb

Cavab: Əmlakın icarəyə verilməsi həmin müəssisə tərəfindən sahibkarlıq fəaliyyətinin göstərilməsi deməkdir. Bu fəaliyyətdən gəlir əldə edən hüquqi şəxs də həmin gəlirini “Mənfəət vergisinin bəyannaməsi” ilə bəyan etməklə, hesablanmış mənfəət vergisini dövlət büdcəsinə ödəməlidir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

icarə vergiyə cəlb

Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Hakanfoods Azerbaijan Trading.

Əmək haqqı: 700 AZN.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Qadın.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: HR@HAKANFOODS.AZ / info@finstaff.az

Vakansiya barədə məlumat

– Satış, iadə və ödəniş qaimələrinin gündəlik 1C proqramına daxil edilməsi;
– Yaranan problemlərin araşdırılması və aradan qaldırılması;
– Gündəlik, həftəlik, aylıq daxili hesabatların hazırlanması;
– Supermarketlər ilə üzləşmə aktının hazırlanması;

İş şəraiti:
Həftədə 6 iş günü
İş vaxtı: 09:00-dan 19:00-dək
İstirahət günü: Bazar günü

Namizədə tələblər

– Yalnız xanımlar
– Ali təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır)
– Uyğun iş təcrübəsi
– Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
– MS Excel və 1C 8.2 proqramlarında işləmək bacarığı

İŞƏ QƏBUL ANCAQ CV ƏSASıNDADIR HR@HAKANFOODS.AZ / info@finstaff.az

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib