Mühasib Köməkçisi tələb olunur

vakansiya, mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Standard Insurance.

Əmək haqqı: Razılaşma.

Vakansiya barədə məlumat

1. Ciddi hesabat blanklarının uçotunun aparılması;
2. İcbari Sığorta Bürosuna blankların sifarişi;
3. Təhvil verilən blankların möhürlənməsi, aktlaşdırılması və maliyyə proqramında işlənməsi;
4. Sifariş verən satış kanalları ilə üzləşmələrin aparılması (blank qalıqları üzrə), təhvil-təslim aktlarının hazırlanması.

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Mühasib köməkçisi üçün tələblər

1. Ali təhsil;
2. Excell proqamını yüksək səviyyədə bilmək;
3. Azərbaycan və rus dillərini bilmək;
4. 1 il iş təcrübəsi;
5. Komandada işləmək bacarığı;
6. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
7. Stressə davamlılıq;

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV hr@standardinsurance.az / info@finstaff.az elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib köməkçisi vakansiya

Tikinti şirkəti 20 min manat cərimə edilib

posted in: Xəbər | 0

cərimə Tikinti şirkətiDövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Ailə Park” MMC barədə inzibati protokol tərtib edib. cərimə tikinti şirkəti

Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Ailə Park” Bakıda hündürmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
tikinti şirkəti cərimə

İdxal əməliyyatları zamanı diqqətlə yanaşılmalı olan bəzi məqamlar

posted in: Xəbər | 0

idxal əməliyyatlarıİdxal əməliyyatları sahibkarların, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarında ən çox həyata keçirdiyi işlərdir. Sərbəst auditor Altay Cəfərov idxal əməliyyatları zamanı vergi ödəyicilərinin diqqətlə yanaşmalı olduqları bəzi məqamları şərh edib.

Malların idxalında ƏDV necə hesablanılır, necə əvəzləşdirilir? İdxalın nəticəsi kimi mallar uçotda necə əks olunmalıdır ? Bu suallarla bağlı müəyyən incəliklərə bir daha misallarla baxaq:

  • Malların idxal əməliyytalarının rəsmiləşdirilməsi Gömrük Məcəlləsinə və bunun bazasında qəbul edilmiş digər normativ hüquqi aktlar əsasında aparılır;
  • Mallar idxal olunanda idxalçı malları müvafiq gömrük orqanlarına bəyan edir;
  • Bəyan olunan mallar üzrə müvafiq gömrük rüsumları, xidmət haqları və ƏDV hesablanılmalıdır və ödənilməlidir;
  • Bunun üçün bəyannaməçi malların gömrük dəyəri haqqında məlumatları gömrük bəyannamələrində əks etdirir və gömrük orqanları bu məlumatların, hesablamaların düzgünlüyünü yoxlayır;
  • Onu da bildirim ki, gömrük dəyərinin hesablanmasının müxtəlif metodları vardır;
  • Gömrük dəyəri formalaşandan sonra artıq əvvəldən qeyd olunduğu kimi rüsumlar, vergilər hesablanılır.

Çox hallarda idxalçıların sualları mallaırn alış (invoys dəyəri ilə) gömrük dəyərinin fərqli olması, hətta xeyli yüksək olması ilə yaranır. İdxal məlumatlarını idxalçı gömrük orqanlarına bəyan edir, gömrük orqanları yoxlayır və fərqlər aşkarlanırsa yenidən hesablayır.

Misal: “AA” MMC 10.000 dollar (17.000 manatlıq) mallar idxal etmişdir. Malların invoys dəyəri 10.000 dollardır. Bəyan olunan zamanı gömrük orqanları malların gömrük dəyərinin 14.000 dollar hesablamışdır (23.800 manat). Gömrük dəyərinə görə 3570 manat gömrük rüsumları, 4930 manat ƏDV, həmçinin 100 manat xidmət haqları, 60 manat broker xidməti, 300 manat saxlanılması xərləri və 500 manat anbara daşınması xərcləri olmuşdur.

Burada “AA” MMC ƏDV hesabatında, malların invoys dəyərinin 17.000 manat (əvəzləşdirmə üçün hesabatlarda gömrük dəyəri götürülür) olmasına baxmayaraq, ƏDV-nin əvəzşləşdirilməsi kimi 4930 manat əks etdirəcəkdir. Vergi uçotunda da malların dəyərini gömrük dəyəri ilə yox, faktiki maya (anbar) dəyəri ilə uçota almalıdır. Yəni bu dəyər Vergi Məcəlləsinin 139.2.-ci maddəsinə əsasən formalaşır.

139.2-ci maddəyə görə, əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Bundan əlavə, “AA” MMC malları satanda gömrük dəyəri ilə yox, malların maya dəyərinə müvafiq qaydada ticarət əlavəsi və ya marjanı gəlməklə satmalıdır. Amma malların satış dəyəri real bazar dəyərində olmalıdır: vergi orqanları kameral və səyyar vergi yoxlamaları zamanı bu məsələlərlə bağlı tələblərə düzgün əməl edilməsinə daha çox diqqət yetirir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal əməliyyatları

Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

posted in: sual-cavab, Xəbər | 0

Sual: Təsisçiyə kassadan müəyyən zamanlarda kassadan pul verilirsə, bu dividend kimi nəzərdə tutula bilərmi? Bu məbləğdən həmin andaca dividend faizi büdcəyə ödənməlidirmi? Ümumiyyətlə dividenddən 10 faiz vergi nə vaxt ödənilir və hesabatı barədə məlumat verərdiz.

Cavab: Bildiririk ki, dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Göründüyü kimi dividend müəyyən zamanlarda deyil, müəssisə tərəfindən xalis mənfəət hesablandıqdan sonra (yəni ümumi gəlirdən xərclər çıxılıb, mənfəət vergisi ödənildikdən sonra) ödənilir. Rezident müəssisə tərəfindən dividend ödənilərkən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Ödənilmiş həmin divivdendlər “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan edilir.

Onu da qeyd edək ki, mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsində səhmdar cəmiyyətinin nizamnaməsində müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilməsi qeyd olunmuşdur.

Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.



Bununla belə xatırladırıq ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla  müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.15-ci14-cü və 122.1-ci maddələri, Mülki Məcəllənin  90.1-ci və 106-3.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
dividend