Mühasibat uçotunun optimizasiyası

posted in: muhasibat | 0

Bəzi hallarda vergi ödəyicilərinin qanunun icazə verdiyi üsullarla icbari vergilərin ödənişindən qaçmaq və ya ödəniləcək vergini azaltmaq ehtiyacı yaranır. Audit.Az sizə təcrübəli mütəxəssislərin köməyilə tam qanuni, proqnozlara əsaslanan və səmərəli metodlarla vergi ödənişlərini minimuma endirməyi təklif edir.


Kiçik və Orta Biznes üçün – Mühasibat uçotu qaydası təsdiqlənib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu qaydasıMaliyyə Nazirliyinin kollegiyası «Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları»nı təsdiqləyib. mühasibat uçotu qaydası

Bu Qaydalar «Mühasibat uçotu haqqında» qanunun tələblərinə uyğun olaraq maliyyə hesabatlarını KOS üçün MHBS-a uyğun tərtib edən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.

Mühasibat uçotu subyektləri KOS üçün MHBS-a uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.

Mənbə: fed.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibat uçotu qaydası

Qeyri-rezidentlərə göstərilən xidmətlərə ƏDV-nin hesablanması

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən, malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır faiz (0) dərəcəsi ilə tutulur. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. ƏDV-nin hesablanması Qeyri-rezident

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyiciləri tərəfindən malların, xidmətlərin ixracına görə həm də Əlavə Dəyər Vergisinin hansı qaydada hesablandığını və işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi yeri müəyyənləşdirməkdir. Vergi Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, malların ixracı Əlavə Dəyər Vergisinə sıfır (0) dərəcə ilə cəlb olunur. Azərbaycan Respublikasının rezidenti olan Əlavə Dəyər Vergisi ödəycisinin respublikamızın hüdudlarından kənarda göstərdiyi xidmətlər, işlər ƏDV-nin vergitutma obyekti deyil.

Vergi Məcəlləsinin müddəalarına əsasən, Azərbaycan Respublikasında göstərilən bəzi xidmətlər də ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Burada əsas məsələ həmin xidmətlərin qeyri-rezident şəxslərə göstərilməsidir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində olan xidmətləri rezident Əlavə Dəyər Vergisi ödəyicisi Azərbaycan Respublikasında qeyri-rezidentə göstərən zaman həmin əməliyyatlar ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur. Ona görə ki, 168.1.5-ci maddədə olan xidmətlərin göstərildiyi yer kimi xidmətləri göstərən şəxsin yox, xidmətləri alan şəxsin qeydiyyatda olduğu yer qəbul olunur. Ona görə də vergi ödəyiciləri bu məsələlərdə çox diqqətli olmalıdırlar. Bəzi hallar var ki, qeyri-rezident 168.1.5-ci maddədə nəzərdə tutulan xidmətləri rezident üçün xaricdə təqdim edir, amma işlərin təqdim olunma yeri Azərbaycan Respublikası sayılır. Həmin maddədə qeyd edilən xidmətlərin təqdim olunması yeri alıcının yeri sayılır. Ona görə də bu xidmətlər faktiki olaraq xaricdə göstərilsə də, ƏDV-yə cəlb olunacaq.

Misal 1. Əlavə Dəyər Vergisi ödəyicisi olan rezident “A” şirkəti, İtaliyada qeydiyyata alınmış və Azərbaycanda daimi nümayəndəliyi olmayan “B” qeyri-rezident şirkətinə Bakı şəhərində hüquq xidmət göstərmişdir. Müqavilə üzrə göstərilmiş xidmətin dəyəri 30.000 manatdır (Əlavə Dəyər Vergisiz). Bu firmanın hesablamalı olduğu Əlavə Dəyər Vergisini müəyyən edək.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində sadalanan işlərin və ya xidmətlərin (o cümlədən hüquq xidmətinin) ƏDV məqsədləri üçün göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer sayıldığına görə bizim misalda da xidmətin alıcısı “B” qeyri-rezident şirkəti İtaliyada qeydiyyatda olduğu üçün xidmətin Bakı şəhərində göstərilməsinə baxmayaraq, Əlavə Dəyər Vergisi məqsədləri üçün xidmət “ixrac” olunmuş hesab olunur, yəni İtaliyada göstərilmiş sayılır. Bunun üçün də bu xidmət ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır.

Bu halda Əlavə Dəyər Vergisi ödəyicisi olan rezident “A” şirkəti tərəfindən “B” qeyri-rezident şirkətinə vergi hesab-fakturası təqdim olunarkən hesablanmış Əlavə Dəyər Vergisi məbləği 0 manat ( 30.000 x 0% = 0 manat ) olacaqdır.

Misal 2. Müəssisə Əlavə Dəyər Vergisi ödəyicisidir və Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda 2.000 manatlıq məsləhət xidməti, İngiltərə şirkətinə (qeyri-rezidentə) isə 3.000 avroluq hüquq xidməti göstərilib. Bu əməliyyatlar ƏDV-yə necə cəlb olunacaq?

Bu misalda xidmətlərin Bakıda göstərilməsinə baxmayaraq, xidmətlərin alıcısının yerləşdiyi yer Fransa və İngiltərədir. Ona görə də əməliyyatlar xidmətin ixracı kimi nəzərə alınacaqdır. Fransa şirkətinə (qeyri-rezidentə) Bakıda göstərilən 2.000 manatlıq məsləhət xidməti və İngiltərə şirkətinə (qeyri-rezidentə) göstərilən 3.000 avroluq hüquq xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar hesab olunacaqdır.

Misal 3. Naxçıvan şəhərində qeydiyyatda olan rezident şirkət Türkiyədə çap olunan jurnalda öz reklamını yerləşdirmişdir. Bu halda xidmətin alıcısı Naxçıvan şəhərində qeydiyyatda olduğu üçün Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, vergitutma məqsədləri üçün xidmətin Azərbaycan Respublikasının ərazisində göstərildiyi qəbul olunur və Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, qeyri-rezidentə ödənilməli olan məbləğə (Əlavə Dəyər Vergisi nəzərə alınmadan) rezident şirkət tərəfindən ƏDV hesablanmalıdır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qeyri-rezident ƏDV-nin hesablanması

ƏDV-dən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur?

posted in: Vergi, Xəbər | 0

Əlavə Dəyər Vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur?

Sual: Kənd təsərrüfatı müəsisəsi hüquqi şəxsdir və Əlavə Dəyər Vergisindən azad əməliyyatlar aparır. Kənd təsərrüfatı məhsulları istehsal edib satır. Digər Əlavə Dəyər Vergisi ödəyicisindən Əlavə Dəyər Vergisi ödəməklə Ofis malları, avadanlıq, kommunal xidmətlər alır. Kənd təsərrüfatı müəssisəsi ödədiyi ƏDV-ləri əvəzləşdirə biləcək?

Ümumiyyətlə əvəzləşmə prosesi necə olacaq? Aldığı Əlavə Dəyər Vergili malın dəyərini ödəyərkən ödənişi necə edəcək, yəni ƏDV-ni qarşı tərəfin depozit hesabına əsas məbləği bank hesabına ödəyəcək yoxsa hər iki məbləği (əsas və Əlavə Dəyər Vergisin) bank hesabına ödəyəcək?

Cavab: Bildiririk ki , Əlavə Dəyər Vergisindən azad olunan, yaxud Əlavə Dəyər Vergisinə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş Əlavə Dəyər Vergisin məbləği əvəzləşdirilmir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin  175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən Əlavə Dəyər Vergisinin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə Əlavə Dəyər Vergisinin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Bax: Vergi Məcəlləsinin  175.1-ci və 175.6-cı maddələri.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV əməliyyatlar