Mən niyə mühasibat uçotunu seçdim?

posted in: muhasibat, Məqalə | 0

Mühasibat uçotuMən niyə mühasibat uçotunu seçdim?

Siz bir sözlə məni təsvir etmək üçün dostlarımın hər hansı birindən xahiş etsəydiniz, cavabların böyük əksəriyyəti belə olacaqdı: praktikidir. Növbəti cavab isə belə olardı: məntiqlidir. Mən təbiətimlə bağlı bu anlayışlarla tamamilə razıyam və əslində onlarla bir qürur duyuram.

Məntiqi düşüncə və praktiklik mənə erkən çağlarımdan valideynlərimdən (yeri gəlmişkən, onlar hazırda Albaniyada yaşayırlar) keçib. Onlar mənə  şəxsi həyatımda ağıllı seçim etməyi öyrədiblər. Təbiətən praktik və məntiqli olmağım səbəbiylə mən mühasibat uçotu sahəsində ixtisaslaşmaq barədə qərar verdim. Bu gün biz pul, onların dəyəri, onların necə istifadə edildiyi və hərəkət etdiyi, daim monitorinq və təhlilə ehtiyacı olan bir cəmiyyətdə yaşayırıq. Mən öz məntiqi düşüncəm üzündən mühasibat uçotu sahəsində ixtisaslaşmaq qərarı verdim: mən kollecə gedirəm, çünki iş yeri əldə etmək istəyirəm, şirkətlərə isə öz maliyyələrini idarə etmək üçün həmişə adamlar lazım gələcək və həmin şəxslərə yaxşı əmək haqqı ödəniləcək. O səbəbdən mən bu sahə üzrə yüksəlmək istəyirəm, həm də mühasibat uçotuna yaxın illərdə tələbat nəinki azalmayacaq, hətta xeyli yüksələcək.

Layiqli əmək haqqı ödənişinin məndən ötrü yeganə motivasiya olmadığına əmin olduqdan sonra  mühasib peşəsini daha çox sevməyə başladım. Yuxarıda qeyd etdiyim kimi mən özümü işgüzar insan hesab edirəm. Onu da başa düşürəm ki, tam dəyərli həyat sürmək üçün insan müəyyən qürur duymalı və öz işindən həzz almalıdır. Mühasibat uçotunun riyazi təbiəti, onun düzgünlüyü və ya yanlışlığı, kitabların balanslaşdırılması, şirkətin pul axınlarının izlənməsi-bütün bunlar məni həyəcanlandırır və maraqlandırır. Burada subyektiv bir şey yoxdur, bu polis işinə bənzəyir. Hansı ki, oturduğunda, özünlə baş-başa qaldıqda rəqəmlər necə formalaşır və ya onlar ümumiyyətlə, niyə yoxdur, bu düşüncələrə dalırsan.

Mən, həqiqətən, ipoteka şirkətində ödənişli təcrübə keçmək istərdim və baxmayaraq ki, orada çox işləmək lazım gələcək. Amma bu həm də mənə bir çox dəyərli biliklər toplamağa imkan yaradacaq. Mühasib ipoteka şirətində nə iş görür, bu necə olur, vəzifələri nədən ibarətdir, bu sahədə özüm üçün, karyeram üçün nələr gözlənilir. Mən həqiqətənmi həmin karyeradan məmnun qalacağam kimi suallarıma da təcrübə keçdiyim zamanda cavab tapa biləcəkdim.

Mən başa düşürəm ki, mühasibat işləri yüksək tələbat duyulan bir sahədir, amma, həm də onu da başa düşürəm ki, mən iş yerində böyük istedadlı rəqabətlə qarşılaşcağam. Mühasib olaraq fərqlənmək və bu sahədə uğurlu karyera əldə etmək üçün ilk növbədə CPA-dan sertifikat əldə etək lazımdır. Eyni zamanda CPA imtahanına iddiaçı olmaq üçün məndən tələb olunan əlavə kreditləri davam etdirirəm. Mən bu kreditləri sona çatdırmağı və mühasibat uçotu sahəsində magistr dərəcəsi almağı planlaşdırıram. Məndə tədris və öyrənməyə də bir həvəs var və mən bu sahədəki təcrübə və biliklərimi gələcək həyatımda ümidverici, gənc mühasiblərə ötürmək istəyirəm.

Mən praktiki və məntiqi şəxs ola bilərəm, amma, həqiqətən mən kiminsə şəxsən uğurlu karyera qura biləcəyinə də inanıram. Mənim mühasib olmaq arzum yoxdur. Mən yad ölkələrdə çox işləmişəm, özü də təhsilimi baş vurmaq üçün lazım olan vəsaitləri ödəməkdən ötrü bir neçə işlərdə çalışmışam. Öz dərəcəmi başa çatdırmaq və yüksək GP-nı qoruyub saxlamaq, elə də asan məsələ deyildi. Lakin, məni həmişə öyrətmişdilər ki, əgər kimsə öyrənməyə vaxtını və səylərini əsirgəmirsə, onun uğura çatması üçün qarşısında hər hansı bir maneə qalmır. Mən öz arzularımı həyata keçirmək üçün bütün imkanlarımdan istifadə etməyi qarşıma bir məqsəd olaraq qoymuşam. İnanıram ki, bu məqsədimə çatmaqda mənə kömək edənlər də tapılacaq.



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son iş elanları və xəbərləri izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibat uçotu

Dövlət qulluğuna qəbul üzrə qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarında dəyişiklik edilməsi barədə dövlət qulluğu

“Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2730) ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə – “Dövlət qulluğu üzrə müraciət Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. Aşağıdakı məzmunda 2.4-cü bənd əlavə edilsin:

“2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________”.

  1. 14-cü hissə ləğv edilsin.
  2. 16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının

Baş Naziri                          Əli Əsədov

Mənbəz: cabmin.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Dövlət qulluğuna qəbul dövlət qulluğu

Vakansiya: Mühasib Köməkçisi tələb olunur

Mühasib Köməkçisi VakansiyaVakansiya: Mühasib köməkçisi.

İşəgötürən: Veka Eurowin.

Əmək haqqı: 600 – 700 Manat

  • Şəhər: Bakı.
  • Yaş: 25 – 37 yaş.
  • Cins: Qadın.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (050) 309 04 06 / (012) 564 08 02
  • E-mail: human_resources.veka@mail.ru / info@finstaff.az

Vakansiya barədə məlumat

• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət
• Rəhbərliyi tələb olunan mühasibatlıq məlumatları ilə təmin etmək
• Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
1C Proqramında mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;

Mühasib Köməkçisi tələb olunur

Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 1-5 il iş təcrübəsi olan;
Yaş həddi:25-37;
Dil bilikləri: Azərbaycan dili;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi.

CV-ni human_resources.veka@mail.ru / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib Köməkçisi

Yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə əvəzlənəcək

posted in: Xəbər | 0

vergi öhdəlikləri NKA nəzarət-kassa aparatıYanvarın 1-dən Azərbaycanda yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə əvəzlənəcək

Gələn il yanvarın 1-dən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran  vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri də daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzlənəcək. 

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Bu müddəa qüvvəyə minənədək istismar edilən nəzarət-kassa aparatının müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejiminə qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil ediləcək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödəniləcək.

Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzlənmir:

– NKA 2019-cu il 1 yanvar tarixədək quraşdırıldıqda;

– nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;

-nəzarət-kassa aparatı 2019-cu il  1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri NKA nəzarət-kassa aparatı