İcbari tibbi sığortanın bölgələr üzrə tətbiqi ardıcıllığı təsdiqlənib

posted in: Xəbər | 0

                                 İcbari tibbi sığortanın bölgələr üzrə tətbiqi ardıcıllığı təsdiqlənib. İcbari tibbi sığorta

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441- VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

 Azərbaycan RespublikasınınBaş Naziri  Əli Əsədov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 27 dekabrtarixli 504 nömrəli

Qərarı ilə təsdiq edilmişdir.

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi
vahidləri üzrə tətbiqi ardıcıllığı

  1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci madəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinə 2020-ci il ərzində aşağıdakı ardıcıllıq nəzərə alınmaqla başlanılır:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

1.2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

1.3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

 1.4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında.

Mənbə: cabmin.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İcbari tibbi sığorta

Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas hədəfləri açıqlanıb

posted in: Vergi, Xəbər | 0

Vergi MəcəlləsiPrezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqinə dair ölkə başçısının fərmanından irəli gələn vəzifələrlə əlaqədar bu gün Vergilər Nazirliyində mətbuat konfransı keçirilir. Vergi Məcəlləsi

Konfransı açan Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib, ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Vergi Məcəlləsinə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib.

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin əsas istiqamətləri, iqtisadi hədəfləri və alətləri barədə ətraflı məlumat verib.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi Məcəlləsi

İdxal və ixrac rüsumlarında dəyişikliklər qeyri-neft sektorunda canlanma yaradacaq

posted in: Xəbər | 0

idxal ixrac rüsumu“Nazirlər Kabinetinin “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilməsi qeyri-neft sektorunda istehsal həcminin artırılması, yerli və milli məhsulların həm daxili bazarda, həm də xarici bazarda rəqabətqabiliyyətli olmasına səbəb olacaq. ixrac rüsumu

Qərarda xammalların nomenklatura kodlarının tərkib hissəsinə baxdıqda müəyyən olunur ki, ölkəmizin ağır sənayesi, o cümlədən qida sənayesinin son məhsul buraxılışının daha da artırılmasına hesablanıb”.

Bunu qurumun departament rəhbəri Nicat Hacızadə bildirib. Onun sözlərinə görə, qərar Azərbaycanda hazırda istehsal olunmayan və yaxın gələcəkdə də gözlənilməyən xammallara yanaşmanı özündə tərənnüm edir: “Ölkəmizin qeyri-neft sənayesi son illər dinamik sürətlə artım statistikasına malikdir. Prezident İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşündə qeyd etdiyi məqamlarda, ixracın artımına mane olan səbəb kimi, daxili istehlakın artmasını xüsusi vurğulayıb. Təbii ki, bu əhalinin alıcılıq qabiliyyətinin artması, məşğulluğun artırılması ilə əlaqədar olaraq yaxşı xəbərdir. Amma ölkəmizin qeyri-neft sektoru xətti ilə yaranacaq valyuta artımına xüsusi ehtiyac var. Xarici valyuta maktoiqtisadi sabitlik üçün əsas zəminlərdən biridir. Bu baxımdan, idxal rüsumunun 15 faizdən 0 faizə endirilməsi, bu xammalardan istifadə edən 500 müəssisənin istehsal həcmini artıracaq, son nəticədə ixrac həcminin yüksəlməsinə dəstək olacaq”.

N.Hacızadə qeyd edib ki, qərarın ixracla bağlı olan hissəsində ferroərintilər üçün ixrac rüsumun 5 faizdən 0 faizə endirilməsi ölkədə yenicə istehsala başlayan müəssisələr üçün əlavə imkan yaradacaq: “Rüsumun bu vaxta qədər tətbiq edilməsi daxili bazarda tələbatın çox olması ilə əlaqədardır. Artıq 2018-ci ildə Sumqayıt Kimya Sənayesi Parkında açılışı olan ferroərintilər zavodunun tam gücü var ki, xarici bazarlarda təmin etsin. İdxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ə dəyişikliklə bağlı qərarda qeyd edilən 500 müəssisə ölkəmizin qeyri-neft sənayesində əsas istehsal gücünə və ixrac potensialına malik olduğundan, son dəyişikliklər 2020-ci ilin qeyri-neft ixracında 2019-cu illə nisbətdə artıma səbəb olacaq”.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
idxal ixrac rüsumu

Əmək müqaviləsinə xitam verilməsi

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsiƏmək müqaviləsinə hansı hallarda xitam verilir və bu zaman işçinin hansı hüquqları əsas götürülür? əmək müqaviləsi

Hüquqşünas Şəhriyar Həbilov mövzuya aydınlıq gətirərək bildirib ki, əmək müqaviləsinə xitam verilməsinin bir neçə əsası mövcuddur. Birinci halda müqavilə tərəflərdən birinin təşəbbüsü ilə başa çatdırılır. Bu halda ya işçi, ya da işəgötürən müqaviləyə xitam verə bilər. İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün o, bir təqvim ayı əvvəlcədən işəgötürənə yazılı ərizə ilə müraciət etməli və ərizədə müqaviləyə xitam veriləcəyi gün göstərilməlidir. İşçi bir ay ərzində fikrini dəyişdikdə xəbərdarlıq müddəti bitənə kimi yeni ərizə ilə əvvəlki ərizəsindən imtina edə bilər. Əgər işəgötürən işçinin birinci ərizəsi üzrə yeni işçi götürübsə və bu barədə işçiyə yazılı müraciət edibsə, işçinin bir ay ərzində əvvəlki ərizəsindən imtina etmək hüququ yoxdur. Əgər işəgötürən işçiyə belə bir müraciət etməyibsə və işçi ikinci ərizə ilə ilk ərizəsindən imtina edirsə, bu zaman onun əmək müqaviləsi xitam edilməyəcək.

İşçinin istifadə olunmamış məzuniyyətini götürüb və məzuniyyətin son günündən əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququ da vardır. Bununla yanaşı, işçinin yaş və əlilliklə bağlı pensiyaya çıxması, yeni yaşayış yerinə köçməsi, seksual təzyiqə məruz qalması, müvafiq təhsil müəssisəsinə daxil olması və başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda ərizəsində hansı günü qeyd edibsə, əmək müqaviləsinin həmin gün xitam olunmasını tələb edə bilər. Müqaviləyə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncam, qərar) olmalıdır və bu əmrin surəti işçiyə sonuncu iş günü son haqq-hesab və əmək kitabçası ilə birlikdə verilməlidir. İşəgötürən tərəfindən işçinin məcbur edilərək əmək müqaviləsinə xitam verilməsi qadağandır.

Əmək müqaviləsinə son verilməsinin digər səbəbi kimi müqavilə müddətinin bitməsi əsas ola bilər. Müqavilə müddəti bitdikdən sonra bir təqvim həftəsi ərzində əgər tərəflərdən biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə xəbərdarlıq etməzsə, müqavilə uzadılmış hesab edilir. Müddətin bitməsi halında müqaviləyə xitam verilməsi işdə saxlamağa üstünlük hüququ olanlar üçün də dəyişməyən hallardandır. Əgər işçi əmək müqaviləsi müddətinin bitdiyi vaxt məzuniyyətdə, ezamiyyətdə, qismən ödənişli sosial məzuniyyətdə, iş yeri və əməkhaqqı saxlandığı hallarda, yaxud xəstəliyi ilə əlaqədar işə çıxmadığı halda işçi işə çıxan gündən bir təqvim həftəsi ərzində işəgötürən müqaviləyə xitam verə bilər. Müddətsiz bağlanmış, yaxud 5 il müddətdən artıq davam etmiş müqavilələrə müddətin bitməsi əsası ilə xitam verilə bilməz.

Əmək müqaviləsinə xitam verilməsinin daha bir səbəbi müəssisənin mülkiyyətçisinin dəyişməsidir. Bu halda müəssisə rəhbəri, onun müavinləri, baş mühasib və idarə etmə funksiyasını həyata keçirən struktur rəhbərləri ilə bağlanmış müqaviləyə xitam verilə bilər. Digər işçilərlə isə bu əsasla müqavilənin xitam edilməsi mümkün deyil. Əgər müqaviləyə bu əsasla xitam verilirsə, bu halda işçiyə orta aylıq əməkhaqqının azı 3 misli məbləğdə müavinət ödənilməlidir.

Əmək şəraitinin şərtlərinin dəyişilməsi də müqavilə xitam edilməsi üçün əsas ola bilər. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yaranarsa, işəgötürən işçinin peşəsi, vəzifəsi və ixtisasını saxlamaqla əmək şəraitinin şərtlərini dəyişdirə bilər. Bu halda işəgötürən işçini azı bir ay əvvəl ya yazılı məlumatlandırmalı, ya da müvafiq əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadıqda, işəgötürən işçini ya yeni işlə təmin etməli, ya da bağlanmış müqaviləyə xəbərdarlıq müddəti bitdikdən sonra xitam verməlidir. Bu halda əmək müqaviləsinə xitam verilərkən işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəməlidir.

Attestasiya və ya sınaqdan çıxmayan işçilərlə bağlanan müqavilələr də bu səbəbdən xitam edilə bilər. Hazırki iş yerində bir ildən az olmayaraq çalışan və istisna kateqoriyaya düşməyən işçilər hər üç (elmi işçilər 5 il) ildə bir dəfə peşəkarlıq səviyyəsinin yoxlanması üçün attestasiyadan keçə bilər. Bununla yanaşı, bəzi kateqoriya şəxslər istisna olmaqla, yeni işə başlayan işçilərə üç ayadək müddətə sınaq müddəti müəyyən edilə bilər. Attestasiya zamanı işçiyə vəzifəsi, ixtisası, təhsili, işinin nəticələri, əmək funksiyası üzrə suallar verilir. Attestasiyanın nəticələrində tutduğu vəzifəyə uyğun olmadığı halda işçinin əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər attestasiya komissiyası işçinin vəzifəyə uyğun olmadığını, lakin başqa işə keçirməyin mümkünlüyünü qeyd edərsə, işçi başqa işə öz razılığı ilə keçə bilər. Sınaq müddəti ilə bağlı isə qeyd etmək mümkündür ki, sınaq müddəti ərzində tərəflər müqaviləyə üç gün əvvəlcədən xəbərdarlıq etməklə xitam verə bilər.

Qarşılıqlı razılıq əsasında, tərəflərdən asılı olmayan hallarda və kobud pozuntulara yol verildikdə əmək müqaviləsinə xitam verildiyi istisna deyil. Kobud pozuntular dedikdə üzrsüz səbəbdən işçinin bütün iş günü ərzində işə gəlməməsi, alkoqol, narkotik və ya psixotrop maddə qəbulu nəticəsində işə sərxoş vəziyyətdə gəlməsi, mülkiyyətçiyə təqsirli hərəkət(siz)liyi ilə zərər vurulması, əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi, yaxud onların ölümünə səbəb olması, iş vaxtıda inzibati xətalara və ya cinayət məsuliyyəti yaradan əməllərə yol verməsi və s. hallar nəzərədə tutulur. Tərəflərdən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilərkən bəzi hallarda işçiyə və ya onun ailəsinə müavinətlər ödənilir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək müqaviləsi