Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: SinerjiPro.

Əmək haqqı: 800 – 1200 Manat

Vakansiya barədə məlumat

– Satış və anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi;
– Bank, kassa əməliyyatlarının uçotu;
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Debitor və kreditorlarla üzləşdirmələrin aparılması.

Əmək haqqı: 800 -1200 AZN
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən təmin olunur.

Mühasib üçün tələblər

– Ali təhsili (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– Ünsiyyət, rabitə və komandada işləmək bacarığı;
– Cins – kişi/qadın;
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir);
– Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməsi;
– Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi;
– Vergi və Əmək Məcəlləsi üzrə biliklər.

Maraqlananlar CV-lərini mövzu yerinə Mühasib yazmaqla abil.ibrahimov@sinerjipro.net / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Gələn ildən bu məhsulların satışı 4 il müddətində ƏDV-dən azad edilir

posted in: Vergi, Xəbər | 0

ƏDV-dən azad ƏDVGələn il yanvarın 1-dən Azərbaycanda heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Resrublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində əlavə dəyər vergisindən azaddır.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi-gömrük islahatları nəticəsində büdcəyə 1 milyard manatdan çox vəsait daxil olub

posted in: Xəbər | 0

büdcə“Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard dollarlıq müsbət saldo yaranıb”. (büdcə)

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

V.Qasımlı əlavə edib ki, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfə üstələyir.

“2019-cu ildə inflyasiya 2,6% olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16% artıb”, -deyə, o, bildirib.

Onun sözlərinə görə, vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib.

Qeyd edək ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6%-lik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11% artıb”.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
büdcə, 

Azərbaycanda gələn ildən bu şəxslər üçün vergilər yeni qaydada hesablanacaq

posted in: Vergi, Xəbər | 0

vergilərGələn ilin yanvarın 1-dən Azərbaycanda qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır. vergilər

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunacaq.

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək. Yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Məsələn, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək. Evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər