Xarici ölkə vətəndaşının Azərbaycanda MMC qeydiyyatı üçün rüsum haqqı

posted in: Xəbər | 0

MMC qeydiyyatı rüsum haqqıVergilər Nazirliyi qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istəyi ilə bağlı bildirir ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını nazirliyin rəsmi internet saytının “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə etmək lazımdır. rüsum haqqı MMC qeydiyyatı

Hüquqi şəxsin dövlət qeydiyyatı zamanı aşağıdakı məbləğdə rüsumlar ödənilir:

  • Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün – 220 manat;
  • Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün-3 manat;
  • Digər hüquqi şəxslərin qeydiyyatı üçün – 11 manat.

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MMC qeydiyyatı rüsum haqqı

Gəlir vergisi üzrə şəhid övladlarına tətbiq olunan güzəştlər

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sual: Mən orta məktəbdə işləyirəm. Şəhid övladıyam. Gəlir vergisində mənim üçün güzəşt nəzərdə tutulubmu? gəlir vergisi güzəştlər

Cavab: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə görə, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Maddədə qeyd olunanlara əsasən, siz aşağıda qeyd olunan sənədlərdən birini və doğum haqqında şəhadətnaməni təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilərsiniz:

  • AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir vergisi güzəştlər güzəşt

İcbari tibbi sığortaya dair qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyalarının bölüşdürülməsi prinsipi müəyyənləşib

posted in: Xəbər | 0

İcbari tibbi sığortaya dair qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyalarının bölüşdürülməsi prinsipi müəyyənləşib İcbari tibbi sığorta

Gələn il aprelin 1-dən icbari tibbi sığorta haqları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq olunacaq maliyyə sanksiyalarının bölüşdürülməsi prinsipi müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Beləliklə, “Tibbi sığorta haqqında” qanunun 15-9.2-ci maddəsinə uyğun olaraq həmin qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının 50%-i aşağıdakı kimi bölüşdürüləcək:

– 5% Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

– 22,5% Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

– 22,5% İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür;

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30%-i aşağıdakı kimi bölüşdürülür:

– 5% Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülür;

– 12,5% Azərbaycan İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

– 12,5% İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Agentliyin hesabına köçürülür.

Qeyd edək ki, gələn il aprelin 1-dən aşağıdakı kateqoriyalar müəyyənləşdirilmiş icbari tibbi sığorta haqqı ödəməlidirlər:

– muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5%, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5%;

– Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri)  – minimum aylıq əməkhaqqının 4%-i;

– mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər – gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2%-i, 8 000 manatdan yuxarı olan hissəsinin 1%-i.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İcbari tibbi sığorta maliyyə sanksiyaları

İqtisadiyyat Nazirliyi transmilli şirkətlərin Azərbaycandakı törəmələrinin vergi orqanlarına hesabat verməsinə dair qayda hazırlayacaq

posted in: Xəbər | 0

trasmilli şirkətlər hesabatİqtisadiyyat Nazirliyi transmilli şirkətlərin Azərbaycandakı törəmələrinin vergi orqanlarına hesabat verməsinə dair qayda hazırlayacaq. transmilli şirkətlər

Gələn il yanvarın 1-dən transmilli şirkətlərin Azərbaycandakı törəmələrinə qarşı yeni tələb qoyulur.

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib. Qanuna əsasən, transmilli şirkətlər qrupu müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupudur. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur. Transmilli şirkətlər qrupunun maliyyə ilində məcmu gəliri 750 mln. avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə müvafiq İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müddətdə, formada və qaydada hesabatı vergi orqanına təqdim edəcək. Hesabatın verilməsini şərtləndirən məbləğ həddi transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən ediləcək.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinə 3 ay müddətində  transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatı vergi orqanına təqdim etməsi müddətini, formasını və qaydasını təsdiq edərək Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
trasmilli şirkətlər hesabat