Rusiyada kiçik biznes üçün vergi bəyannaməsi ləğv edilir

posted in: Vergi, Xəbər | 0

vergi bəyannaməsiRusiyada kiçik biznes üçün vergi bəyannaməsi ləğv edilir

Rusiya Federasiyasının hökuməti sadələşdirilmiş vergi ödəyicisi olan sahibkarlar üçün vergi bəyannaməsinin ləğv edilməsi ilə bağlı qanun layihəsinə baxır. Baş nazir Dmitri Medvedyev hökumətin iclasında Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verib.

“Sadələşdirilmiş vergi sistemi ilə çalışan və vergini gəlir obyektindən ödəyən sahibkarların vergi bəyannaməsi təqdim etməsi ləğv olunur”, – D.Medvedyev bildirib. Hökumət başçısının sözlərinə görə, “vergi əməkdaşlarının xüsusi kassalarda qeydə alınmış məlumatlar əsasında ödənilməsini lazım bildrikləri məbləği göstərdikləri halda, vergi ödəyicisinin öz şəxsi kabinetindən elektron formada məlumat verməsi kifayət edəcək”.

Qeyd edilib ki, bu qərar milli layihələr çərçivəsində hazırlanıb və kiçik biznesə yardım məqsədi daşıyır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi bəyannaməsi

Əlavə nəzarət tədbirləri

posted in: Vergi, Xəbər | 0

əlavə nəzarət tədbirləriMüəssisəmiz riskli vergi ödəyicisi meyarlarına uyğun gəldiyi halda, vergi orqanı tərəfindən müəssisənin fəaliyyəti üzrə əlavə vergi nəzarəti tədbirləri həyata keçirilə bilərmi? əlavə nəzarət tədbirləri

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.

Bununla yanaşı, Məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 87.3-1-ci maddədə isə göstərilib ki, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əlavə nəzarət tədbirləri

Bu il əmək müqavilələrinin sayı 161 min artıb

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsi,  əmək müqavilələrinin sayı2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıb. Onların böyük hissəsi – 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. (əmək müqaviləsi)

Nazirin sözlərinə görə, bu il ölkədə əmək haqqı fondunun 43 faiz, median əmək haqqının 52 faiz artması çox böyük göstəricidir. Median əmək haqqının 52 faiz artması 800 min insanın əmək haqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir, yəni kölgə iqtisadiyyatının daralmasının göstəricisidir.

S.Babayev qeyd edib ki, bu il qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var, 161 min əmək müqaviləsi artımı ilə həmçinin büdcəyə gələn vəsait artır, bununla da nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.

Həssas kateqoriyadan olan insanların məşğulluğu üçün də mütəmadi olaraq işlər aparıldığını deyən nazir məşğulluğu təmin edilə bilməyənlər sosial təminat mexanizmləri ilə əhatə olunur.

S.Babayev onu da xatırladıb ki, bu il ölkədə minimum əmək haqları 93 faiz artırılıb. Müxtəlif kateqoriyadan olan şəxslərin də əmək haqları 50 faizdən 100 faizədək artırıldı: “Azərbaycan əmək bazarında çox ciddi bir dinamizm əmələ gəldi. Sırf bu sahəyə yönəldilən dövlət vəsaitinin məbləği milyardlarla ölçülür. Azərbaycanın dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclər üçün yönəldilib, bu, artan dinamizin göstəricisidir. Qeyd edilən bu sosial islahatların davamı gələn il də gözlənilir”.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək müqaviləsi,  əmək müqavilələrinin sayı

Müasir mərhələdə mühasibat balansının rolu (1-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat balansıMüasir mərhələdə mühasibat balansının rolu Mühasibat balansı

1-ci hissə

Mühasibat balansı təkcə maliyyə hesabatlarının əsas formalarından biri deyil, həm də mühasibat uçotunun aparılması metodologiyasını müəyyən edən mühüm metodoloji şərtləri özündə saxlayır.

Balans aktivində prosesi əhatə edən, fasiləsiz dövriyyə edən təşkilat vasitələri yerləşir:

  • təchizat;
  • istehsal;
  • satış.

Belə ki, təşkilatın müxtəlif vəsaitləri vəsaitlərin dövriyyəsində fərqli iştirak etdiyinə görə, onlar dövriyyə və qeyri-dövriyyə aktivlərinə bölünür.

Dövriyyə aktivlərinə xammal, materiallar, yarımfabrikatlar daxildir ki, bu da sonradan hazır məhsula çevrilir, satışdan sonra hazır məhsul isə pul vəsaitinə çevrilir.

Dövriyyədənkənar aktivlər uzunmüddətli istismar olunan əmlakı əhatə edir, amortizasiya hesablanarkən tədricən köhnəlir və dövriyyə hissələrinə hissə-hissə daxil edilir. Onların dövriyyəsi yavaşlayır və uzun müddət həyata keçirilir.

Daxili uçot praktikasına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, balans aktivində maddələr müəyyən sistem üzrə qurulmuşdur ki, bunun da əsasını əmlakın likvidliyinin hərəkətlilik dərəcəsi müəyyən edilmişdir. Rusiya balansında balans aktivindəki bütün vəsaitlər artan likvidlik qaydasında, yəni balans aktivinin birinci bölməsində uzunmüddətli aktivlər, ikinci bölməsində isə dövriyyə aktivləri əks olunur.

Balans passivində təşkilatın vəsait mənbələri və öhdəlikləri nəzərə alınır. Təşkilatın mülkiyyətçiləri (təşkilatın öz vəsaitləri) və üçüncü şəxslər (banklar, kreditorlar və s.) qarşısında borc vəsaitləri üzərində öhdəliklər mövcuddur. Bu bölgüdə ödəmə təcililiyi müəyyən prinsipial əhəmiyyət kəsb edir. Mülkiyyətçilər qarşısında öhdəliklər balansın daimi hissəsini təşkil edir və təşkilatın fəaliyyəti dövründə ödənilmir. Halbuki üçüncü şəxslər qarşısında öhdəliklər – borc vəsaitləri mütəmadi olaraq ödənilməlidir. Öz növbəsində, borc vəsaitləri ödəmə müddətindən asılı olaraq uzunmüddətli və qısamüddətli öhdəliklərə bölünür. Yuxarıda göstərilənlər balans passivinin quruluş strukturunu müəyyən edir və daxili praktikada balansdakı maddələr öhdəliklərin ödənilməsi üçün artan təcililik dərəcəsinə görə yerləşdirilir.

Xarici şirkətin balansı da onun maliyyə vəziyyətini müəyyən tarixdə əks etdirir. Mühasibat maddələri iqtisadi cəhətdən eyni xüsusiyyətlərə görə təsnif edilir və ya qruplaşdırılır.

Qeyd etmək lazımdır ki, beynəlxalq standartlar balansın və maliyyə nəticələri haqqında hesabatın vahid formasını müəyyənləşdirmir. Yalnız hesabatlarda açıqlanmalı olan məlumatların minimal sayını tənzimləyir və bu informasiyanın təqdim edilməsinin bəzi prinsiplərini müəyyən edir.

Balansın ünvan hissəsinə şirkətin adı, hüquqi statusu və tərtib olunma tarixi daxil edilməlidir. Tərtib tarixi Rusiya hesabatlarından fərqli olaraq hər hansı biri ola bilər. Yeganə tələb seçilmiş tarixin sabitliyidir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibat balansı