Avtonəqliyyat vasitəsilə daşınma xidmətinin vergiyə cəlb olunması

posted in: Vergi, Xəbər | 0

daşınma xidməti vergiyə cəlbSual: Hüquqi şəxsə öz avtonəqliyyat vasitəsilə daşınma xidməti göstərən fiziki şəxs hansı verginin ödəyicisi olur? vergiyə cəlb

Cavab: Vergi Məcəlləsinin 156.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ölkə daxilində yüklərin daşınmasını mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisidir.

Həmin şəxs xidmətin həyata keçirildiyi yerdən asılı olaraq, hər bir avtonəqliyyat vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəyir və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəyinə uyğun olaraq növbəti ay, rüb, yarım ilvə ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” alır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Daşınma xidməti vergiyə cəlb

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

İkili hesabdarlıq tacirə hansı xeyri verir! Bu insan ağlının ən gözəl icadlarından biridir: hər bir sahibkar öz təsərrüfatı üçün ondan istifadə etməlidir.

Höte

Hesabdarlq elə bir obyektdir ki, təşəkkülündən başlamış, öz fəaliyyətini bitirənə kimi heç bir müasir idarə və ya müəssisə fəaliyyət göstərə bilməz.

V. Nikolskiy

Ticarət mühasibatı müəssisənin rəhbərlərinə müəssisənin daxilində baş verən təsərrüfat proseslərini hərtərəfli izləməyə imkan verir.

R. Fişer

Hər bir xalqın milli xarakter xüsusiyyətlərindən və tarixən yaranmış şəraitdən asılı olaraq mühasibat uçotu, onun məqsəd və vəzifələri haqqında öz təsəvvürləri vardır.

Y.V. Sokolov

Mühasibat uçotu dəqiq elm deyil. Bu, daha çox sosial elmdir – onun kökü cəmiyyətin fəaliyyət göstərdiyi dəyərlər sistemində, cəmiyyətin sosial strukturu tərəfindən müəyyən edilmiş və onun vasitəsilə ifadə edilmiş anlayışdır. Beləliklə, mühasibat əsas məqsədləri ilə bağlı ümumi razılığı keçmişdə olduğu kimi gələcəkdə də əldə etmək çətindir.

L.A. Bernstayn

Mühasibat uçotunun vəzifələri tamamilə iqtisadi fəaliyyətin və hüquqi normaların inkişaf dərəcəsindən asılıdır.

A. Malev

Hesabdarlıq müəssisələrin təsərrüfat göndərişlərinə sərəncam vermək və ya özünü zənginləşdirmək məqsədi ilə öyrənmir.

A.Z. Popov

Mühasibat uçotunun məqsədi zaman üzərində qələbədir. O, bizi keçmişə qaytararaq, gələcəyə baxmağa imkan verir.

Q. Emerson

Mühasibatın məqsədi yalnız təsərrüfat həyatının faktlarının hərəkətini qeydə almaqdan, müəyyən edilmiş normalardan qüsurları və sapmaları göstərməkdən ibarət deyildir. Həm də iqtisadi prosesin gələcək inkişafını və mümkün nəticələri proqnozlaşdırmaqdan ibarətdir.

B.A. Borian

Maliyyə idarəetməsində maliyyə qərarlarının yaxın və uzaq nəticələrinin proqnozlaşdırılması məsələsi və arzu olunan gələcəyə aparan həllərin özlərinin müəyyən edilməsi məsələsi aktualdır.

V.V. İqnatoçkin

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu

28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim etməliyikmi?

posted in: Xəbər | 0

elektron vergi hesab-fakturası EVHFSual: Cəmiyyətimiz topdansatış fəaliyyəti ilə məşğuldur və ƏDV ödəyicisidir. 28.12.2019-cu il tarixdə elektron qaimə-faktura əsasında dəyəri 10.000 manat olan avadanlıq satıb, lakin bu zaman elektron vergi hesab-fakturası (EVHF) təqdim edilməyib.

Məlum olduğu kimi, yeni dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixdən etibarən malların satışına görə yalnız elektron qaimə-faktura verilir. Bilmək istərdik ki, 28.12.2019-cu il tarixdə təqdim etdiyimiz mallara görə 2020-ci ilin yanvar ayında elektron vergi hesab-fakturası təqdim etməliyikmi?

Cavab: 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunur. 2020-ci ilin 1 yanvar tarixinədək təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir.

Belə ki, qanunvericiliyə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir. Qeyd olunanlara əsasən, 2019-cu ilin dekabr ayında elektron qaimə-faktura əsasında təqdim edilmiş mallara görə malların alıcısına elektron vergi hesab-fakturası təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsi, 71-1-ci, 175.1-ci maddələr və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu , 2.1-ci maddə.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron vergi hesab-fakturası EVHF

Vakansiya: Mühasib tələb olunur

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: AF Holding.

Əmək haqqı: 500 – 1200 Azn

  • Şəhər: Bakı.
  • Yaş: 25 – 40 yaş.
  • Cins: Qadın.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: İnara xanım
  • Telefon: (012) 493 62 67
  • E-mail: ifaradova@gmail.com / info@finstaff.az

Vakansiya barədə məlumat

● Hesablarda mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
● Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
●Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək

Mühasib üçün tələblər

– Təhsil : Ali
– İş təcrübəsi : 5 ildən çox
– Yaş : 25 – 40
– İşə planlı yanaşmaq bacarığı;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünəinam;
– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı

CV-ni ifaradova@gmail.com / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Vakansiya