» » » Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə)

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (4-cü hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

İkili hesabdarlıq tacirə hansı xeyri verir! Bu insan ağlının ən gözəl icadlarından biridir: hər bir sahibkar öz təsərrüfatı üçün ondan istifadə etməlidir.

Höte

Hesabdarlq elə bir obyektdir ki, təşəkkülündən başlamış, öz fəaliyyətini bitirənə kimi heç bir müasir idarə və ya müəssisə fəaliyyət göstərə bilməz.

V. Nikolskiy

Ticarət mühasibatı müəssisənin rəhbərlərinə müəssisənin daxilində baş verən təsərrüfat proseslərini hərtərəfli izləməyə imkan verir.

R. Fişer

Hər bir xalqın milli xarakter xüsusiyyətlərindən və tarixən yaranmış şəraitdən asılı olaraq mühasibat uçotu, onun məqsəd və vəzifələri haqqında öz təsəvvürləri vardır.

Y.V. Sokolov

Mühasibat uçotu dəqiq elm deyil. Bu, daha çox sosial elmdir – onun kökü cəmiyyətin fəaliyyət göstərdiyi dəyərlər sistemində, cəmiyyətin sosial strukturu tərəfindən müəyyən edilmiş və onun vasitəsilə ifadə edilmiş anlayışdır. Beləliklə, mühasibat əsas məqsədləri ilə bağlı ümumi razılığı keçmişdə olduğu kimi gələcəkdə də əldə etmək çətindir.

L.A. Bernstayn

Mühasibat uçotunun vəzifələri tamamilə iqtisadi fəaliyyətin və hüquqi normaların inkişaf dərəcəsindən asılıdır.

A. Malev

Hesabdarlıq müəssisələrin təsərrüfat göndərişlərinə sərəncam vermək və ya özünü zənginləşdirmək məqsədi ilə öyrənmir.

A.Z. Popov

Mühasibat uçotunun məqsədi zaman üzərində qələbədir. O, bizi keçmişə qaytararaq, gələcəyə baxmağa imkan verir.

Q. Emerson

Mühasibatın məqsədi yalnız təsərrüfat həyatının faktlarının hərəkətini qeydə almaqdan, müəyyən edilmiş normalardan qüsurları və sapmaları göstərməkdən ibarət deyildir. Həm də iqtisadi prosesin gələcək inkişafını və mümkün nəticələri proqnozlaşdırmaqdan ibarətdir.

B.A. Borian

Maliyyə idarəetməsində maliyyə qərarlarının yaxın və uzaq nəticələrinin proqnozlaşdırılması məsələsi və arzu olunan gələcəyə aparan həllərin özlərinin müəyyən edilməsi məsələsi aktualdır.

V.V. İqnatoçkin

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu