» » » Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (5-ci hissə)

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (5-ci hissə)

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

İdarəetmənin xarakterik xüsusiyyəti – fəaliyyət göstərməkdir, hesabdarlığın xarakterik xüsusiyyəti isə  – ən düzgün və səmərəli şəkildə fəaliyyət üçün  aydınlaşdırmaq və istiqamətləndirməkdir.

K. Bellini

İqtisadi fəaliyyət və hesabdarlıq arasında , iradə və idrak arasındakına bənzər münasibələr mövcuddur.

L.Y. Kriçevskiy

Hesabdarlığın diqqətindən heç nə yayına bilməz, zira o həqiqətin güzgüsüdür.

Q. Bıçkov

Hesabdarlıq özündə sahibkarın təsərrüfatındakı bütün hadisələri və bütün tədbiləri güzgüdə olduğu kimi əks etdirməlidir.

A.E. Vinkler

Düzgün qurulmuş hesabdarlıq hər bir müəssisənin güzgüsü olmalıdır: ona nəzər yetirən kimi hər şeyin düzgün gedib-getmədiyini görmək olur.

E.N. Yeqorov

Hesabdarlığın bütün praktiki əhəmiyyəti onda gerçəkliyin düzgün əks etdirilməsindən ibarətdir.

V.D. Belov

Hesabdarlığın vəzifəsi, ümumiyyətlə, elə statistik və texniki məlumatların toplanmasından ibarətdir ki, onlar müəssisədə işlərin həqiqi gedişatının tam mənzərəsini elə populyar və sadə şəkildə versin ki, sahibkarları, yaxud onların etibar etdiyi şəxsləri təmin edə bilsin, onlar bu məlumatlardan hər bir halda xüsusi seçim olmadan istifadə edə bilsinlər və bundan öz təsərrüfatlarında sərəncamlarını fayda götürə bilsinlər.

A.Z. Popov

Ticarət mühasibatı müəssisənin xarici münasibətlərinin uçotunu aparır, onun əmlakının tərkibini və təsərrüfat fəaliyyətinin nəticələrini müəyyən edir. İstehsalat mühasibatı müəssisə daxilində bütün istehsal əməliyyatlarını əhatə edir və istehsal prosesini dəqiq əks etdirir.

B. Penndorf

Hesabdarlıq, ümumiyyətlə, müəssisənin bütün göndərişlərini öyrənmir. O, yalnız təsərrüfat gedişlərini və ya ümumiyyətlə, hər bir müəssisənin təsərrüfat həyatını öyrənir.

A.Z. Popov

Məqalənin 6-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibatlığın rolu