Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 614 manat olub.

Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 614,2 manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3.060,8 manat, qeyri-neft-qaz sektorunda 559 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 506,9 manat, özəl müəssisələrdə isə 751,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
orta aylıq əmək haqqı emek

Vergilərin hesablanmasında e-qaimənin müddəti əsas götürüləcək

posted in: Vergi, Xəbər | 0

e-qaimənin müddəti e-qaiməVergi Məcəlləsinə son dəyişikliklər mütəxəssislərin diqqət mərkəzindədir. Xüsusilə hesabatların sayının azaldılmasının bu sahədə vergi ödəyicilərinin işinin yüngülləşməsinə gətirib çıxaracağı vurğulanır. Maliyyə eksperti Vüqar Mirheydərov gələn ildən vergi hesab-fakturalarının ləğv edilərək elektron qaimə-fakturalarla (EQV) əvəzlənməsinin tənzimlənmə mexanizmini izah edib:

“Yeni ildən vergi hesab-fakturaları ləğv ediləcək. Bu məqamda bir sual yaranır: EQV-nin verilmə müddəti nə zaman nəzərə alınacaq? Məsələ ondadır ki, Vergi Məcəlləsində vergi hesab-fakturasından fərqli olaraq EQV-nin təqdim olunma müddətləri barədə heç bir məlumat yox idi. Buna görə də Vergi Məcəlləsinin 71-1-ci maddəsinə müəyyən düzəlişlərin edilməsinə ehtiyac yaranmışdı. Qanunvericiliyə son dəyişikliklərdə bunlar nəzərə alınıb. e-qaimənin müddəti e-qaimə

2020-ci ilin yanvarın 1-dən EQF-nin təqdim edilmə vaxtları aşağıdakı kimi müəyyən edilib:

  • malların tıqdim edilməsinə görə EQF-nin təqdim edilməsi – malların göndərildiyi tarix;
  • əvvəlcədən sifariş edilməmiş malların təqdim edilməsinə görə EQF-nin təqdim edilməsi – malların verilməsini təsdiq edən sənəddə göstərildiyi tarixdən 5 (beş) gün ərzində;
  • xidmətlərin göstərilməsi və ya işlərin yerinə yetirilməsinə görə EQF-nin təqdim edilməsi – xidmətlərin göstərildiyi və ya işlərin yerinə yetirildiyi tarixdən 5 gün ərzində.

Bəs EQF təqdim edilmədikdə və ya 71-1 maddəsində göstərilən müddətlərdə verilmədikdə nə baş verə bilər?

EQV təqdim edilmədikdə vergi ödəyicisi Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən, ciddi sanksiyalarla üzləşə bilər. Həmin müddəaya görə, belə hallar ilk dəfə baş verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verildikdə 20 faizi, üçüncü və daha çox dəfə yol verildikdə isə 40 faizi miqdarında cərimə edilir. Maraqlısı odur ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən oxşar maliyyə sanksiyası malların alışını təsdiq edən sənədlər olmadığı halda malları alan tərəfə də tədbiq edilir.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bunu nəzərə alaraq, həm malları, xidmətləri və ya işləri alan, həm də satan tərəfin elektron qaimə-faktura verilməsində maraqlı olduğuna görə iddia etmək olar ki, elektron qaimə-fakturaların ümumiyyətlə təqdim edilməməsi hallarına 2020-ci ildə çox nadir hallarda rast gələcəyik.

EQV-nin Məcəllədə göstərilən müddətlərdən gec təqdim edilməsi hallarında vergi ödəyicisinin keçən ay üzrə vergi öhdəlikləri yenidən hesablana bilər. Əgər həmin məbləğ tam və vaxtında ödənilməyibsə, Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən hər ötmüş gün üçün 0,1 faiz məbləğində faiz tutulur.

Hər bir halda elektron qaimə-fakturaları Vergi Məcəlləsinin 71-1 maddəsində göstərilən müddətlərdə təqdim etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, EQV-ni təqdim etmək Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsiənə əsasən vergi ödəyicilərin vəzifələrinə daxildir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qaimənin müddəti e-qaimə

Dünyada kimi ilk mühasib hesab etmək olar (1-ci hissə)

posted in: mühasib, Xəbər | 0

MühasibDünyada kimi ilk mühasib hesab etmək olar

1-ci hissə

Mühasibat uçotunun nə vaxt yaradılması ilə bağlı suala birmənalı cavab vermək çox çətindir. Başlıca olaraq bu mühasibat uçotunun qeyri-müəyyənliyi ilə əlaqəlidir: zamanla sözügedən anlayışın məzmunu dəyişikliyə uğrayıb və dəyişiklik hələ də davam etməkdədir. Dünyada kimi ilk mühasib hesab etmək olar sualı isə bundan da mürəkkəbdir.

Mühasib peşəsinin ilk nümayəndələri ilə bağlı variantlara baxmazdan öncə, “peşə” anlayışının mahiyyətini müəyyən etmək zəruridir. Bu “profiteor” “öz işim elan edirəm” latın sözündən əmələ gəlib. Böyük Ensiklopediya lüğəti peşəni “müəyyən hazırlıq tələb edən və mövcudluq üçün adi mənbə sayılan əmək fəaliyyəti növü” kimi izah edir. Müasir iqtisadiyyat lüğəti bir peşəni “şəxsin iş fəaliyyətinin növü, onun müntəzəm məşğulluq mövzusu, eləcə də bu cür işi peşəkarcasına həyata keçirməsinə imkan verən bilik və bacarıqlarının sübutu” kimi müəyyən edir. Y.V. Sokolov qeyd edir: “Çox vaxt peşəkar olaraq öz peşəsinin vəsaitləri hesabına yaşaya bilən insan nəzərdə tutulur”.

İlk mühasib adı ilə bağlı hipotetik müsabiqəni təsəvvür edək. Belə olan halda iştirakçıların siyahısı bu cür ola bilər:

  • İbtidai icma insanı (e.ə. 100 000 il);
  • Qədim şumer (e.ə. 4 000 il);
  • Qədim yunan bank işçisi (e.ə.VIII əsr);
  • Qədim roma hesabdarı (e.ə. I-II əsrlər);
  • Luka Paçoli (1445-1517-ci illər);
  • Xristofer Ştexer (1498-ci il).

Onlara mühasibat peşəsinə aidiyyatı baxımından yanaşaq.

İbtidai icma insanı

Məlumdur ki, uçotun ilk rüşeymləri ən qədim dövrlərdə peyda olub. Mağaraların divarlarında qorunub qalan rəsmlərdən belə təxmin etmək olar ki, qədim insanlar baş verən hadisələri qeyd ediblər. Amma uçot mağara rəsmlərindən də öncə başlanıb.

Y.V. Sokolov bildirir ki, “təsərrüfat həyatında faktların qeydə alınmasının lazım olmadığı zamanlar olub. O vaxt təsərrüfat barədə bütün məlumatlar bir insanın beynində sərbəstliklə yerləşə bilirdi. Bu o demək deyildi ki, həmin adam yaxşı yaddaşa malik olub. Sadəcə o vaxt təsərrüfatın özü çox kiçik və məlumatlar da hədsiz az idi…

Yazmaq lazım gələnləri qeydiyyatsız da yaddaşda saxlamaq mümkün idi, əmək nəticələri isə çox cüzi olduğundan, hər şey aşkar ortalıqda idi”.  Buna baxmayaraq, geniş mənada mühasibat uçotu fəaliyyətin qeydiyyata alınmasını nəzərdə tutur. Yəni, “təsərrüfatda baş verənləri yadda saxlamaq qabiliyyətinin insandan kənar olaraq baş verməsi”; o səbəbdən ilk mühasibi vahid insan yaddaşı hüdudlarında axtarmaq məsələsindən əl çəkmək və onun axtarışılarını daha müasir dövrlərə keçirmək lazımdır.

O. Sirkeçi və Y.L. Yurt arxeoloq Kristofer Henşvilvudun dəlillərinə əsaslanaraq təsdiq edirlər ki, artıq yüz min il bundan əvvəl ibtidai insanlar “xardal rəngli toz hazırlayır və onunla boyaya bilirdilər”, eləcə də Bergen universitetindən olan arxeoloqların dəlillərinə əsasən erkən ağıllı insan “kimyəvi eksperimentlər aparır və uzunmüddətli planlaşdırma həyata keçirə bilirdi”.

Beləliklə, ibtidai insan müəyyən dərəcədə inkişaf etmiş düşüncəyə və iqtisadi əməliyyatların uçotunu aparmaq qabiliyyətinə malik idi. Buna baxmayaraq, yalnız mövcud hadisələr və fəaliyyət nəticələrini hesablamaq qabiliyyəti sayəsində ibtidai insanın mövcud olmadığını təsəvvür edilməsi çətindir:

Mühasibat uçotu ehtiyacları onun iqtisadi ehtiyacları siyahısında birinci yerdən çox uzaq idi, uçot işlər arası aparılırdı və hər hansı bir sistemləşdirmədən söhbət belə gedə bilməzdi. Buna görə, ibtidai insan mühasibat uçotunun fəxri adını alır və rəqabət yarışını tərk edir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib

Vakansiya: Baş Mühasib tələb olunur

Vakansiya Baş MühasibVakansiya: Baş Mühasib.

İşəgötürən: Veka Eurowin.

Əmək haqqı: 700 – 800 Azn

  • Şəhər: Bakı.
  • Yaş: 26 – 38 yaş.
  • Cins: Qadın.
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 564 08 02 / (050) 309 04 06
  • E-mail: info@eurowin.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və MDSS, Statistika ilə bağlı əməliyyatlar
– Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
– Vergi orqanları ilə yazışmalar
– Bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması. Və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Balansın tərtib edilməsi
– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– Mühasibat uçotu qaydalarına əsasən bütün sənədlərin tərtib edilməsi,yığılması və saxlanılması

Baş Mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.)
– Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Analitik düşüncə qabiliyyəti,proqnoz etmə bacarıqları
– Liderlik xususiyyətləri,müştəriyönümlülük, vaxtın idarəedilməsini bacarmalı
-Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli
– Problemləri təhlil və həll etmə bacarığı

CV-ni info@eurowin.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib