» » » Dünyada kimi ilk mühasib hesab etmək olar (2-ci hissə)

Dünyada kimi ilk mühasib hesab etmək olar (2-ci hissə)

posted in: mühasib, Xəbər | 0
birbank biznes

MühasibDünyada kimi ilk mühasib hesab etmək olar 

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotunun nə vaxt yaradılması ilə bağlı suala birmənalı cavab vermək çox çətindir. Başlıca olaraq bu mühasibat uçotunun qeyri-müəyyənliyi ilə əlaqəlidir: zamanla sözügedən anlayışın məzmunu dəyişikliyə uğrayıb və dəyişiklik hələ də davam etməkdədir. Dünyada kimi ilk mühasib hesab etmək olar sualı isə bundan da mürəkkəbdir.

Qədim Şumer

Şumeri yazının vətəni hesab etmək qəbul olunub. Hələ e.ə. IX minillikdə məişətdə maddi dəyərlərin həm sayını (“milşəkilli jeton – vahid, kürə-şar-onluq və ilax”), həm də keyfiyyətini (“malları simvolizə edən jetonlar (dairəvi konus – yağ bardağı, xaçlı disk – oyunlar üçün və ilax…)”) xarakterizə edən və uçotu üçün nəzərdə tutulan, özü də gil və daş jetonlardan – tokenlərdən (ingiliscə tokens)istifadə olunurdu. Oppenheym təsdiq edir ki, “yazı hələ tətbiq olunmadığı dövrdə operativ uçot üçün müvəfəqiyyətlə mühasibat metodlarından istifadə olunurdu. Operativ uçot üçün alətlər (çötkə və birkalar) həmçinin Mesopotamiyada da mövcud idi”.

Bununla yanaşı, sonrakı dövrdə tokenlər şara bənzər gil futlyarlara qoyulurdu ki, bu da onların toxunulmaz qalmasına zəmanət verir və demək olar ki, saxtalaşdırmaları mümkünsüz edirdi. Bir qədər keçdikdən sonra isə futlyar içinə qoyulan bütün tokenlərin izləri onun üzərində də təsvir olunurdu. N.V. Kozırevanın qeyd etdiyi kimi  “bu futlyarı sındırmadan “zərfdə” olan məlumatı hesablamağa imkan verirdi və qeyri-qanuni müdaxilələrin qarşısını ala bilirdi”.

Gil futlyarlar tədricən təsərrüfat qeydlərinin mətnlərini özündə saxlayan lövhələrə transformasiya olunurdu. Babil əyalətində (İraq) Tell al Uhaymirada (həmin zamanda orada şumer şəhəri Kiş yerləşirdi) aparılan qazıntı işləri zamanı böyük ehtimalla ilk qədim yazı sənədi aşkar olunub. Maraqlıdır ki, Şumerdə ilk yazı nümunəsi məhz, təsərrüfat işlərinə həsr olunmuşdu, yəni, bu uçot sisteminin ilk cücərtiləri kimi də qəbul oluna bilər. Y.V. Sokolov qeyd edirdi ki, Mesopotamiyada sintetik və analitik uçotun rüşeymləri mövcud idi, “belə ki, sintetik “cədvəllərdə” – “Taxıl bitkiləri” qeyd olunmuşdu, bu da analitik “hesablarda” – “Buğda”, “Düyü” və s. ilə müvafiq gəlirdi”.

Qədim sivilizasiyanın qanunvericiliklə bağlı abidələri (Ur-Nammu, Enşunnı, Lipit-İştara, Hammurapi kodeksləri) özlüyündə şumer qanunlar külliyyatı kimi ayrıca maraq doğurur. Onlar digər şeylərlə yanaşı həm də ticari-iqtisadi hüquq normalarını əks etdirirdi. Misal üçün, Enşunnı kodeksinin bəzi maddələri “müxtəlif malların qiymətinin müəyyən olunmasına həsr edilib”, bundan əlavə, “istiqraz sövdəlşmələrinə aid məqalələr sələmçiliyin əhəmiyyətli şəkildə inkişafından xəbər verir”.

Hammurapi qanunları külliyyatı da iqtisadi münasibətlərin geniş spektrini tənzimləyirdi, əsasən də bunları:  icarə münasibətləri (subicarə),  şərikli birliklər, agent müqavilələri (komissiya müavilələri), kredit münasibətləri və s. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu qanunlar külliyyatında olan məlumatlar təxmin etməyə imkan verir ki, uçotun aparılması qaydası ciddi reqlamentləşdirilməmişdi və aşkar görünürdü ki, hər bir sahibkar bundan ötrü müvafiq mütəxəssis dəvət etmədən əməliyyatları sərbəst şəkildə özü aparırdı. Beləliklə, uçot Şumerdə mövcud olub və olduqca inkişaf edibmiş, amma, məhz, müstəsna olaraq bununla məşğul olan işçilər o dövrdə hələ yox idi.

Misir mirzələri

Misirdə də uçot sistemi təxminən Şumerdə təşəkkül tapdığı zamanda yaranmağa başlayıb. Registrlər lövhə formasında olub, başlıca uçot üsulu kimi inventarlaşdırmadan istifadə edilib. Uçotun böyük hissəsi maddi dəyərlərin buraxılışı və qəbuluna aid olub və bunlar mirzələr tərəfindən qeydə alınıb. Mirzə vəzifəsi çox prestijli bir iş sayılırdı, su quyusu qazıntısı zamanı bir ay ərzində işçilərə verilən ərzaq normasından bu aşkar nəzərə çarpır. Və bundan Y.V. Sokolovun “Mühasibat uçotu: mənbələrdən bizim günlərə kimi” dərsliyində misal çəkilir. İ. Luryenin müəyyən etdiyinə görə mirzə dəstə rəisi qədər ərzaq norması alırmış.  Baxmayaraq ki, məmurlar mirzələrə elə də hörmətlə yanaşmırdılar, amma, baş mirzələrin vəziyyəti çox əla idi. Q.İ. Mansurovanın fikrinə görə, firon Neferxotepin (XIII sülalə, təxminən, e.ə. 1750-ci il) baş mirzəsi “mühasibat həyat yolunda… çox böyük şərəfə nail olmuşdu. Bundan yuxarı şərəfə yalnız gizli məsləhətçilər və kahinlər layiq görülə bilrdilər”.

Lakin uçotun aparılması mirzələrin yeganə vəzifəsi deyildi. Məlumdur ki, hüquqi sənədlərin tərtibi, inşaat işlərinə rəhbərlik, vergilərin toplanması, taxıl yığımına nəzarət, idarə işləri, ədəbi, dini, tarixi, hüquqi və digər əsərlərin kopyalanması da onlar tərəfindən həyata keçirilirdi.  O səbəbdən, həmin şəxslərin müstəsna olaraq mühasibatlıqla məşğul olduqlarını söyləmək olmaz. Bundan əlavə, mirzələr arasında ixtisas üzrə “əmək bölgüsü” (mirzə-“hüquqçu”, mirzə-“mühasib”, mirzə-“idarəedici” və s.) olub-olmadığı da məlum deyil.

T.N. Malkova peşə iyerarxiyasının mürəkkəbiliyini, bundan əlavə uçot əməyinin differensiyasını qeyd edir: “Mirzələr torpağın, taxılın, ərzağın uçotu ilə, məhsulun, vergilərin və mülkiyyətin bölgüsü, eləcə də bu əməliyyatların düzgün aparılmasına nəzarət edirdilər” və eyni zamanda vəzifə öhdəliklərini yerinə yetirirdilər: “Mirzələr idarəetmə, uçot, kahinlik funksiyalrını yerinə yetirərək, eyni zamanda bir neçə vəzifəni yerinə yetirirdilər”. Nəticə etibarilə, mirzə peşəsini mühasibatlıq da adlandırmaq olmazdı, onlar yalnız müvafiq funksiyaları yerinə yetirirdilər, amma, müstəsna qaydada deyil.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib Mühasib Mühasib