» » » Dünyada kimi ilk mühasib hesab etmək olar (1-ci hissə)

Dünyada kimi ilk mühasib hesab etmək olar (1-ci hissə)

posted in: mühasib, Xəbər | 0
birbank biznes

MühasibDünyada kimi ilk mühasib hesab etmək olar

1-ci hissə

Mühasibat uçotunun nə vaxt yaradılması ilə bağlı suala birmənalı cavab vermək çox çətindir. Başlıca olaraq bu mühasibat uçotunun qeyri-müəyyənliyi ilə əlaqəlidir: zamanla sözügedən anlayışın məzmunu dəyişikliyə uğrayıb və dəyişiklik hələ də davam etməkdədir. Dünyada kimi ilk mühasib hesab etmək olar sualı isə bundan da mürəkkəbdir.

Mühasib peşəsinin ilk nümayəndələri ilə bağlı variantlara baxmazdan öncə, “peşə” anlayışının mahiyyətini müəyyən etmək zəruridir. Bu “profiteor” “öz işim elan edirəm” latın sözündən əmələ gəlib. Böyük Ensiklopediya lüğəti peşəni “müəyyən hazırlıq tələb edən və mövcudluq üçün adi mənbə sayılan əmək fəaliyyəti növü” kimi izah edir. Müasir iqtisadiyyat lüğəti bir peşəni “şəxsin iş fəaliyyətinin növü, onun müntəzəm məşğulluq mövzusu, eləcə də bu cür işi peşəkarcasına həyata keçirməsinə imkan verən bilik və bacarıqlarının sübutu” kimi müəyyən edir. Y.V. Sokolov qeyd edir: “Çox vaxt peşəkar olaraq öz peşəsinin vəsaitləri hesabına yaşaya bilən insan nəzərdə tutulur”.

İlk mühasib adı ilə bağlı hipotetik müsabiqəni təsəvvür edək. Belə olan halda iştirakçıların siyahısı bu cür ola bilər:

  • İbtidai icma insanı (e.ə. 100 000 il);
  • Qədim şumer (e.ə. 4 000 il);
  • Qədim yunan bank işçisi (e.ə.VIII əsr);
  • Qədim roma hesabdarı (e.ə. I-II əsrlər);
  • Luka Paçoli (1445-1517-ci illər);
  • Xristofer Ştexer (1498-ci il).

Onlara mühasibat peşəsinə aidiyyatı baxımından yanaşaq.

İbtidai icma insanı

Məlumdur ki, uçotun ilk rüşeymləri ən qədim dövrlərdə peyda olub. Mağaraların divarlarında qorunub qalan rəsmlərdən belə təxmin etmək olar ki, qədim insanlar baş verən hadisələri qeyd ediblər. Amma uçot mağara rəsmlərindən də öncə başlanıb.

Y.V. Sokolov bildirir ki, “təsərrüfat həyatında faktların qeydə alınmasının lazım olmadığı zamanlar olub. O vaxt təsərrüfat barədə bütün məlumatlar bir insanın beynində sərbəstliklə yerləşə bilirdi. Bu o demək deyildi ki, həmin adam yaxşı yaddaşa malik olub. Sadəcə o vaxt təsərrüfatın özü çox kiçik və məlumatlar da hədsiz az idi…

Yazmaq lazım gələnləri qeydiyyatsız da yaddaşda saxlamaq mümkün idi, əmək nəticələri isə çox cüzi olduğundan, hər şey aşkar ortalıqda idi”.  Buna baxmayaraq, geniş mənada mühasibat uçotu fəaliyyətin qeydiyyata alınmasını nəzərdə tutur. Yəni, “təsərrüfatda baş verənləri yadda saxlamaq qabiliyyətinin insandan kənar olaraq baş verməsi”; o səbəbdən ilk mühasibi vahid insan yaddaşı hüdudlarında axtarmaq məsələsindən əl çəkmək və onun axtarışılarını daha müasir dövrlərə keçirmək lazımdır.

O. Sirkeçi və Y.L. Yurt arxeoloq Kristofer Henşvilvudun dəlillərinə əsaslanaraq təsdiq edirlər ki, artıq yüz min il bundan əvvəl ibtidai insanlar “xardal rəngli toz hazırlayır və onunla boyaya bilirdilər”, eləcə də Bergen universitetindən olan arxeoloqların dəlillərinə əsasən erkən ağıllı insan “kimyəvi eksperimentlər aparır və uzunmüddətli planlaşdırma həyata keçirə bilirdi”.

Beləliklə, ibtidai insan müəyyən dərəcədə inkişaf etmiş düşüncəyə və iqtisadi əməliyyatların uçotunu aparmaq qabiliyyətinə malik idi. Buna baxmayaraq, yalnız mövcud hadisələr və fəaliyyət nəticələrini hesablamaq qabiliyyəti sayəsində ibtidai insanın mövcud olmadığını təsəvvür edilməsi çətindir:

Mühasibat uçotu ehtiyacları onun iqtisadi ehtiyacları siyahısında birinci yerdən çox uzaq idi, uçot işlər arası aparılırdı və hər hansı bir sistemləşdirmədən söhbət belə gedə bilməzdi. Buna görə, ibtidai insan mühasibat uçotunun fəxri adını alır və rəqabət yarışını tərk edir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib