Daha çox8
Daha çox8

Bəzi malların Azərbaycana idxalı gömrük rüsumlarından azad edilib

posted in: Xəbər | 0

Azərbaycana idxal edilən jüt liflərindən və ya başlıqdakı digər toxuculuq liflərindən ip (tək iplik) 2 il müddətinə gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərar gələn il yanvarın 19-da qüvvəyə minir. gömrük rüsumu

Qeyd edək ki, jüt lifləri dünyada təbii liflər içərisində ən ucuz başa gələn lifdir, qızılı və ipəkvarı parlaqlığa sahibdir, əsasən çuval, örtük qumaşları, ip və sicim hazırlanmasında, inşaat, avtomobil və dərman sektorunda istifadə edilir. Ancaq səviyyədə yüksək nəmlənməsi və bu zaman çürüməyə başlaması səbəbindən hələ geyimlərin hazırlanmasında istifadə olunmur. Dünyada bu liflərdən geyim hazırlanmasında istifadə edilməsi üçün araşdırmalar aparılmaqdadır. Buna görə də dünyada pambıqdan sonra toxuculuq sahəsində ən çox istifadə edilən ikinci bitkidir. Jüt bitkisi əsasən, Hindistan və Pakistanda becərilir.

Jüt lifləri çürüyərək torpağa qarışdığı və bu zaman ətraf mühitə ziyan vermədiyi üçün ekoloji mühitin qorunmasında səmərəli vasitələrdən biri sayılır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
idxal gömrük rüsumu

Bağışlanmış daşınmaz əmlaka vergi hesablanması

posted in: Vergi, Xəbər | 0

vergi hesablanması daşınmaz əmlakVergilər Nazirliyinin şərhinə əsasən, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan vergi Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir. vergi hesablanması daşınmaz əmlak

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1.000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir. Və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməlidir. Və hesabat təqdim etməlidir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi hesablanması daşınmaz əmlak

Vergi azadolmaları və güzəştləri hansı torpaqlara aiddir?

posted in: Vergi, Xəbər | 0

vergi uçotuVergi Məcəlləsinin 207-ci maddəsinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən torpaqlar istisna olmaqla), habelə Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergidən azad edilmiş torpaqların siyahısına daxildir. (Vergi azadolmaları, vergi güzəştləri)

Bundan əlavə, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da vergidən azad edilib. Xüsusi imtiyazı olan bir çox vətəndaşlara isə torpaq vergisi ilə bağlı güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.2-ci maddəsində belə şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Torpaq vergisi üzrə güzəştlərdən sahibkarlar da yararlana bilir. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlar da bu vergidən azad edilib.

Bunlarla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır. Siyahıda KOB klaster şirkətləri də var: həmin şirkətlər KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad ediliblər.



Onu da deyək ki, bəzi maliyyə qurumları da bu ildən torpaq vergisinə cəlb edilmir. Vergi Məcəlləsinin 207.7-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi və onun mülkiyyətində (balansında) olan torpağa görə 2019-cu il yanvarın 1-dən torpaq vergisini ödəməkdən azaddır.

Azsığorta ASC Auditor vəzifəsi üzrə vakansiya elan edir

auditorVakansiya: Auditor.

İşəgötürən: Azsığorta ASC.

Əmək haqqı: Razılaşma ilə.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: cv@azinsurance.az / info@finstaff.az

Vakansiya barədə məlumat

• Aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
• Müvafiq Audit planına əsasən yoxlamaların aparılması;
• Daxili nəzarət sisteminin effektivliyinin yoxlanılması;
• Korporativ idarəetmənin tətbiqini və effektivliyinin qiymətləndirilməsi;
• Qüvvədə olan AR qanunvericiliyinə, müvafiq nəzarət orqanlarının normativ hüquqi aktlarına və göstərişlərinə, Şirkətin daxili prosedur və qaydalarına riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və s.

Auditor üçün tələblər

• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Sığorta Qanunvericiliyi haqqında biliklər;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Dəqiqlik, detallara diqqət yetirmək və analitik düşüncə qabiliyyətinə malik olmaq.
• 1C proqramında işləmə bacarığı;
• Ünsiyyət qurmaq, komandada işləmək bacarığı;
• Təşəbbüskarlıq, məsuliyyətlilik.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində Auditor qeydi edərək cv@azinsurance.az / info@finstaff.az elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.

Mənbə: finstaff.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
auditor vakansiya
error: Content is protected !!