Sual: İşəgötürən icarəyə avtomobil götürür və icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) də işəgötürən ödəyəcəkdir. (əsas vəsait)
İşəgötürən öz işçinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür və müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün cəkiləcək xəcləri (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) işəgötürən qarşılayacaqdır. Yuxarıda qeyd olunan hallarda bu xərclər gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?
Cavab: Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.
Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri
Mənbə: taxes.gov.az
Həmçinin bax:
Verilmiş güzəşt Mənfəətdən silinə bilər?
Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?
199.3 maddəsi ilə müəyyənləşdirilmiş Vergi güzəşti bütün ailə üzvlərinə şamil edilir?
