» » » Verilmiş güzəşt Mənfəətdən silinə bilər?

Verilmiş güzəşt Mənfəətdən silinə bilər?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Verilmiş güzəşt Mənfəətdən silinə bilər?

verilmiş güzəşt

Sual:

Müəssisə ƏDV və mənfəət vergisi ödəyəcisidir. İdxalda əvəzləşdirilən mallar üzrə satış həyata keçirmişdir. Beynəlxalq mühasibat uçotu haqqınnda qanunverciliyə uyğun olaraq, sonradan debitora 10% güzəşt tətbiq edir (verilmiş güzəşt). Bu tətbiq edilmiş verilmiş güzəşti müəssisə mənfəətdən silə bilərmi? Xahiş edirik ki, aşağıda misala uyğun cavablandırasınız.

Misal: Debitora 1118 man (ƏDV ilə) satış həyata keçirilmişdir. Bir müddət keçdikdən sonra 236 man (ƏDV ilə) debitora güzəşt tətbiq edir və müştəri borcuna bu məbləğdə azaltma edir. Beynəlxalq mühasibat uçotu standartlarına əsasən , müəssisə tətbiq etdiyi bu 1118 man güzəştə görə büdcədən 118 man ƏDV məbləğini də azaltma etməlidir. Həmçinin il üzrə mənfəətdən 1000 man əsas məbləğ dəyərində azaltma edir. Bütün bu qeyd etdiyim verilmiş güzəşt məbləği ƏDV və vergitutulan mənfəətdən azaltma etmək baxımından Vergi orqanının mövqeyini bilmək istərdim.

Cavab:

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) vergi tutulan əməliyyatlar dəqiqləşdirilməklə həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.
Yuxarıda qeyd olunanlara əsasən siz azaldılmış gəlirləri qiymətləndirmədə dəyişikliyin baş verdiyi ayda ƏDV bəyannaməsində qeyd etməlisiniz.

Həmçinin təqdim etdiyiniz mala görə hesablanmış ƏDV idxalda ödədiyiniz və əvəzləşdirdiyiniz ƏDV-dən az olduqda fərq tərəfinizdən büdcəyə ödənilməlidir.

Eyni zamanda, mallar güzəştli qiymətlə təqdim edilərkən güzəştli qiymət vergi ödəyicisinin 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi 30 faizdən aşağı olduqda ƏDV hesablanarkən vergitutma məqsədləri üçün satış qiyməti olaraq məhsulun bazar qiyməti əsas götürülür.

Əsas: Vergi Məcəlləsinin 14-cü159-cu163-cü maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax:
Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
verilmiş güzəşt