» » » Bank sektorunda daha bir innovativ yenilik

Bank sektorunda daha bir innovativ yenilik

posted in: Bank, Xəbər | 0
birbank biznes

bank“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” təsdiqlənib. Bu qaydalar bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi məqsədilə təsdiqlənib. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə edir. Qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir və yeni qaydalar ona imkan verir ki, qeyri-rezidentlər ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirsinlər.

Bunlarla yanaşı, cari il aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və Azərbaycan Banklar Assosiasiyası arasında KOB-ların inkişafına dəstək vermək məqsədilə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində bankların iştirakı ilə strateji plan hazırlanıb və bu strateji plan əsasında formalaşdırılacaq vəsaitlərin 58 faizi KOB-lara, 23 faizi mikrobiznes subyektlərinə, 19 faizi iri sahibkar subyektlərinə veriləcək.

Təbii ki, bütün bu islahatlar uzun müddətdə KOB-ların maliyyələşməsi prosesinə və ümumi dinamikanın get-gedə artmasına müsbət təsir göstərəcək.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank