» » » Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?

Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Mallar anbara Gömrük yoxsa İnvoys dəyəri ilə mədaxil edilməlidir?

Sual:

Müəssisəmiz ƏDV ödəyicisidir və xarici ölkələrdən mallar idxal edir. İdxal zamanı bəzi mallar gömrük orqanı tərəfindən gömrük dəyəri artırılır.

Misal üçün invoys dəyəri 10000 AZN + nəqliyyat xərci 2000 + gömrük xərcləri 500 = malların dəyəri 12500 AZN. Gömrük orqanı tərəfindən qiymət artırılarsa 10000 AZN + nəqliyyat xərci 2000 + gömrük xərcləri 500 + qiymət artımı 5000 = malların dəyəri 17500 AZN.

Sualım bundan ibarətdir ki , malları anbara mədaxil etdiyimiz vaxt gömrük dəyəri ilə yoxsa invoys dəyəri ilə mədaxil edilməlidir?

Cavab:

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.


Teleqram kanalımıza üzv olun


Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük invoys dəyəri