“Azərsu”nun maliyyə hesabatını audit edəcək şirkət məlum olub

posted in: Audit, Xəbər | 0

           “Azərsu” auditor seçib. audit

azersu audit

“Azərsu” ASC-nin builki fəaliyyəti ilə bağlı maliyyə hesabatını audit edəcək şirkət məlum olub.

Qurumun bu məqsədlə keçirdiyi açıq tenderin qalibi “RSM Azerbaijan” MMC-dir.

Qalib şirkətə 130 390 manat ödənəcək.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
audit azərsu

Məsləhət xidmətləri göstərən fərdi sahibkarın vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Sual: Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərirəm. Vergilərimi sadələşdirilmiş vergi rejimi ilə ödəyə bilərəmmi? vergi öhdəlikləri

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidməti göstərən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

Əsas: Vergi Məcəlləsi, 218.5.10-cu maddə.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəlikləri məsləhət xidmətləri

Bir sıra xammalların ölkəyə idxalı gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

               Daxildə istehsalı dəstəkləmək məqsədilə bir sıra xammalların ölkəyə idxalı gömrük rüsumundan azad edilib. gömrük rüsumu

Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə iki hissədən ibarət dəyişiklik edilib. Birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15 faizdən 0 faizə endirilib. Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirlib. Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.

Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır. Odur ki, 1) idxalın əvəzlənməsi, 2) daxildə istehsalı dəstəkləmək, 3) ixracı stimullaşdırmaq, 4) istehsalı genişləndirmək, nəhayət, 5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0 faizə endirilib.

Yerli istehsalçı ucuz xammalla təmin edildikdə istehsal edilən son məhsul da 15 faiz ucuz başa gələcək ki, nəticədə məhsulun maya dəyərini aşağı düşəcək. Bu da, öz növbəsində, həmin məhsulların daxili bazarda ucuzlaşmasına, xarici bazarda isə rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaq. Nəticədə, bu iki göstərici həm daxildə, həm də xarici bazarda satışın artmasını stimullaşdıraraq istehsalın genişləndirilməsinə imkan yaradacaq. İstehsalın genişlənməsi isə yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.

Nəhayət, bu qərar bəzi məhsulların ölkəyə idxalının azalmasına və əksinə, ixracın artmasına təsir göstərəcək ki, bu da ölkədən valyuta axınını müəyyən qədər azaltmaqla yanaşı, eyni zamanda, ölkəyə əlavə xarici valyuta gətirilməsini təmin edəcək.

Qərarın 2-ci hissəsi isə ölkədən ferroərintilərin ixracını stimullaşdıracaq. Qərara əsasən, ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5 faizdən 0 faizə endirilib. Məqsəd xarici bazarda onun rəqabətqabiliyyətliliyini artırmaq və ixracı stimullaşdırmaqdır.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük rüsumu

Kassa metodu haqqında məlumat

posted in: Xəbər | 0

kassa metoduVergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı kassa metoduna keçirilir. 1 yanvar 2020-ci il tətbiq olunacaq yeni metoda əsasən, vergi ödəyicisi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı hesab edilir. İqtisadçı ekspert Anar Bayramov dəyişikliyin misallarla şərhini davam etdirir.

Misal 1. ƏDV ödəyicisi olan “A” MMC 15 noyabr 2019-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların elektron vergi hesab-fakturası 17 noyabr 2019-cu ildə təqdim olunsa da, malların dəyəri 2019-cu ildə yox, 30 yanvar 2020-ci il tarixdə ödənilib. Ödənişin 2020-ci il tarixdə daxil olmasına baxmayaraq, təklif edilən dəyişiklərin keçid müddəalarında qeyd edilir ki, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 1 yanvar 2020-ci ilə qədər mövcud olan qaydada həyata keçirilir.

Buna görə də cari Vergi Məcəlləsinə uyğun olaraq, ödəniş 30 gündən artıq ödənildiyi üçün, elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim edildikdə, elektron vergi hesab-fakturanın təqdim olunduğu tarix, 5 gün ərzində təqdim edilmədikdə isə elektron qaimə-fakturanın təqdim olunduğu tarix əsas götürülür.

Baxdığımız misalda elektron vergi hesab faktura 17 noyabr 2019-cu il tarixdə təqdim edildiyi üçün vergi ödəyicisi 540 (3000 x 18%) manatlıq ƏDV-ni 2019-cu ilin noyabr ayında bəyan edəcək.

Misal 2. ƏDV ödəyicisi olan “A” MMC 17 dekabr 2019-ci il tarixdə 2000 manatlıq malları təqdim etsə də, malların dəyəri 7 yanvar 2020-ci il tarixdə ödənilib. Bu zaman 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsinin tələbi əsas götürülür. Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinə uyğun olaraq, ödəniş 30 gün müddətində təqdim olunarsa, əməliyyat tarixi, yəni 7 yanvar 2020-ci il əsas götürüləcək. Vergi ödəyicisi 2020-ci ilin yanvar ayı bəyannaməsində 360 (2000 manat x 18%) manatı bəyan edəcək.

Misal 3. ƏDV ödəyicisi olan “A” MMC tərəfindən 24 dekabr 2019-cu ildə elektron vergi hesab-fakturası ilə təqdim olunan 6.000 manatlıq mallar üzrə ödənişlər iki dəfə həyata keçirilib, birinci dəfə 19 dekabr 2019-cu ildə, sonuncu dəfə 5 fevral 2020-cu ildə. Bu zaman 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsi əsas götürülür. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, ödəmə tam olaraq 30 gündən artıq müddətdə həyata keçirildiyi üçün elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim olunarsa, o zaman elektron vergi hesab-fakturasının tarixi, əks halda isə elektron qaimə-fakturanın vaxtı əsas götürüləcək.

Misalımızda elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim olunduğu üçün 1.080 (6.000 manat x 18%) manatlıq ƏDV 2019-cu ilin dekabr ayında bəyan edilməlidir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
kassa metodu