» » » AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə Asan İmza sertifikatlarının verilməsi

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə Asan İmza sertifikatlarının verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0
birbank biznes

Xidmətin adı: Asan İmza

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə Asan İmza sertifikatlarının verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikat xidmətlərinin göstərilməsi haqqında Ərizə” (elektron formada doldurulur) – qeyri-rezidentin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) surəti – biometrik identifikasiya tələblərinə uyğun 1 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm ölçüdə) – etibarnamə (müraciət qeyri-rezidentin səlahiyyətli nümayəndəsi tərəfindən edildikdə) (ödəniş ərizənin doldurulması zamanı portal vasitəsilə həyata keçirilir)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyrirezidentlərə elektron imza sertifikatlarının verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 12.09.2017-ci il tarixli 1598 nömrəli Fərmanı

Xidmətin göstərildiyi yer: 

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları

Müraciəti emal edən struktur vahidi: 

AR-nın diplomatik nümayəndəlikləri və konsulluqları, AR VN

İcra müddəti: 

Sənədlər daxil olduqdan sonra 1 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı – AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə – Sim kart – Sim kartdan istifadəyə dair müqavilə

Elektronlaşdırma səviyyəsi: 

Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Asan İmza