» » » Müəssisənin yaranmış cərimələri

Müəssisənin yaranmış cərimələri

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

müəssisənin yaranmış cərimələri cəriməSual: cərimələr Müəssisənin yaranmış cərimələri

Müəssisə istehsal ehtiyacları üçün xaricdən alınmış malların yüklənməsi, daşınması və rəsmiləşdirilməsi zamanı yaranmış cərimələri anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid etməlidir, yoxsa ayrıca inzibati xərc kimi tanımalıdır?

Cavab:

vergi tutlan idxalın dəyəri malların gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan, eləcə də ƏDV və yol vergisi nəzərə alınmadan, digər vergilərdən ibarətdir.Həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri də bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, həmin Məcəllənin 10-cu fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bundan başqa, Vergi Məcəlləsinin 119.1.2-ci maddəsində gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlərin, dəbbə pulunun, cərimənin, icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsinin və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb.

Yəni sorğuda qeyd olunan cərimələr malın maya dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Müəssisənin yaranmış cərimələri cərimələr