Pandemiya dövründə səyyar vergi yoxlamalarının müddəti

posted in: Xəbər | 0

Pandemiya dövründə səyyar vergi yoxlamalarının müddəti necə tənzimlənir?

səyyar vergi yoxlamasıVergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinə əlavə edilən 222.7-ci maddəyə əsasən, koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.

Misal: Tutaq ki, vergi orqanı 20 fevral 2020-ci il tarixdə otel xidməti fəaliyyətini həyata keçirən vergi ödəyicisində səyyar vergi yoxlamasına başlayıb. Nazirlər Kabinetinin qərarı ilə otel xidməti fəaliyyəti məhdudlaşdırılan sahə olduğundan səyyar vergi yoxlamasını yekunlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən otelin karantin dövründə işləmədiyi dövr səyyar vergi yoxlamasının müddətinə aid edilmir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank kartların müddətini uzatdı

posted in: Bank, Xəbər | 0

Kapital Bank kartların müddətini uzatdı.

Kapital BankMəlumat verdiyimiz kimi, Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə Bank, təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanlara qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

Belə ki, istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinədək uzadılır. Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyondan artıq ödəniş kartı vardır. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. Kapital Bank-ın ölkə üzrə 800-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada yeni verginin ortaya çıxacağı proqnozlaşdırılır

posted in: Xəbər | 0

Rusiya yeni vergiRusiyada yeni verginin ortaya çıxacağı proqnozlaşdırılır

Rusiyada 2030-cu ilədək süni intellekt texnologiyasına vergi və ya lisenziya tətbiq oluna bilər. Bu tədbir cəmiyyət üçün təhlükəli olan İT-həllərin yaradılmasına mane olacaq və tərtibatçıların xərclərini artıracaqdır. Bu haqda PricewaterhouseCoopers (PwC) tərəfindən Rusiyada keçirilən sorğuda iştirak edən mütəxəssislərin fikirlərinə istinadən, RBK nəşri yazıb.

Mütəxəssislər süni intellektin müxtəlif sahələrə tətbiqinin nəticələri arasında foto və videoların saxtalaşdırılmasının, şəxsi məlumatlarla manipulyasiyanın ola biləcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar hökumət bu sahənin tənzimlənməsini sərtləşdirməyə məcbur olacaq. Şirkətləri əvvəlcə texnologiyaların inkişafı və istismarı üçün lisenziya və ya sertifikatlar əldə etməyə məcbur edə bilərlər. Sonra isə süni intellekt vergisi ortaya çıxa bilər.

Yeni yığımın yaranması dövlətə bu yolla əldə edilmiş vəsaiti texnoloji tərəqqi üzündən itirilmiş əməkdaşların xeyrinə yenidən bölüşdürməyə imkan verəcək ki, onlar yenidən ixtisaslaşa bilsinlər. Digital Leader-in meneceri Aleksey Sidorin bildirib ki, sənayenin tənzimlənməsi cəhdləri artıq indidən görünməkdədir. O xatırladıb ki, ABŞ hakimiyyəti Facebook və Google-u ötən prezidentlik kampaniyası zamanı alqoritmlərinin vətəndaşların seçiminə təsir etməsinə imkan yaratmaqda günahlandırır.

Eyni zamanda, Sberbankın məlumatlarının araşdırılması üçün səlahiyyətlərin inkişafı idarəsinin idarəedici direktoru Maksim Yeremenko süni intellekt vergisinin ortaya çıxmasını qeyri-real hesab edir. O izah edib ki, gələcəkdə süni intellektdən, məsələn, elektrik enerjisi və ya digər hasil olunan mənbələrdən istifadə olunduğu kimi tez-tez istifadə olunarsa, belədə vergini istifadə etməyə görə deyil,  “hasilat” vergisi şəklində tətbiq etmək daha məntiqli olardı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadılıb

posted in: Xəbər | 0

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadılıb

Dövlət qulluğu Dövlət qulluğuna qəbulDövlət İmtahan Mərkəzi (DİM) 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə dövlət qulluğuna qəbul üzrə keçiriləcək müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.

Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.

17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqənin müsahibəsi elanları üzrə müsahibələri təxirə salınmış namizədlər 30 iyun saat 23:59-dək Mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək.

Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanmışdır. Təlimata uyğun olaraq namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə 2 metrlik məsafə saxlamalıdırlar.

Məsafədən ölçə bilən termometrlə namizədlərin bədən hərarəti yoxlanıldıqdan sonra onlar müsahibəyə buraxılırlar. Namizədlərin temperaturu 37°C və daha yüksək olduqda, həmçinin normal bədən temperaturunda tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcudluğu halında onlar müsahibəyə gəlməməlidirlər. Qeyd edilən hallar olduqda namizədlərlə keçiriləcək müsahibələr təxirə salınır.

Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 431 63 86 (daxili 120, 117) nömrəsi ilə əlaqə saxlaya və ya dqqeydiyyat@dim.gov.az elektron poçt ünvanına yaza bilərlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun