Koronavirus peşə xəstəliyi hesab edilirmi?

posted in: Xəbər | 0

Koronavirus peşə xəstəliyi hesab edilirmi?

Koronavirus peşə xəstəliyiMövzu başlığına müvafiq olaraq cavab kimi qeyd etmək mümkündür ki, bəli. Koronavirus xəstəliyi də peşə xəstəliyi hesab edilir. Sadəcə olaraq konkret peşədə çalışanlar üçün bu halda ödəniş verilir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən peşə xəstəliyinə tutulmuş şəxslərin həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü halında sığortalandıqları şirkət tərəfindən sığorta ödənişi verilir. Əgər şəxs sığorta olunmayıbsa, onda həmin işçini sığortalamaq vəzifəsi olan işəgötürən öhdəlik daşıyacaq.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na əsasən müvafiq tibb müəssisələrində, infeksion şöbələrdə çalışan şəxslər peşə xəstəliyinə tutulma ehtimalı yüksək şəxslər hesab edilir.

Mövzu çərçivəsində qeyd etmək yerinə düşərdi ki, aşağıdakı şəxslər peşə xəstəliyi nəticəsində şəxsin ölümü zamanı sığorta ödənişi ala bilər:

– şəxsin ölümündən sonra doğulmuş uşağı;

– himayəsində olmuş və 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;

– şəxsin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər;*

– şəxsin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;*

* Son 2 halda göstərilən şəxslərə 18 yaşına çatmayan uşaqları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (lakin ən çoxu 23 yaşına çatanadək), yaşa görə pensiya hüququ yaranan yaxud əlilliyi olan ailə üzvlərini (ata, ana, ər-arvad, övlad) aid etmək olar.

Bu şəxslər olmadıqda isə sadəcə ailə üzvləri ödəniş ala bilər.

Yekunda isə qeyd edək ki, peşə xəstəliyi işəgötürən və səlahiyyətli qurum yaxud məhkəmə tərəfindən təsdiq edilməlidir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Könüllü fəaliyyəti barədə bilmədiklərimiz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2,

maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381 və 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli, 30 mart tarixli 41-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 116.1-ci maddəyə “532,” rəqəmlərindən sonra “533-1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:

“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

190 manat üçün yenidən müraciət edilməlidirmi? – Rəsmi Açıqlama

posted in: Xəbər | 0

Əmək MüfəttişliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərt karantin rejimi tətbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində veriləcək birdəfəlik ödəmə ilə bağlı bəzi detalları açıqlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacağını bildirib.

“Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur”, – o qeyd edib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sərt karantin tətbiq edilən şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək

posted in: Xəbər | 0

Sərt karantin tətbiq edilən şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə veriləcək

xüsusi karantin rejimi

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib.

Qərarda deyilir:

Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun